Bakıda “Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq” adlı tədbir keçirilib
19.07.2018 [09:45]
Bakı Yunus Əmrə İnstitutu və İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ikinci ildönümünə həsr olunan “Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizdəki diplomatik korpusun təmsilçiləri, Milli Məclisin deputatları, media nümayəndələri və digər şəxslər iştirak ediblər.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himni səsləndirilib və 15 iyul hadisələrinə dair film nümayiş olunub.
Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirib ki, türk milləti vətəni üçün canından keçməkdən heç vaxt çəkinməyəcək. Bu hadisəni törədənlər gücünü xaricdən alan satılmış xainlərdir. Bu xainlər əməllərinin cəzasını alacaqlar.
Bu gün Türkiyənin müxtəlif terror təşkilatları ilə mübarizə apardığını deyən səfir sabitliyi pozmaq istəyən bütün xainlərin cəzalandırılacağını qeyd edib. Vurğulayıb ki, heç bir güc xalqın milli iradəsinin qarşısına keçə bilməz.
Diplomat əlavə edib ki, Türkiyədə terrora qarşı çox ciddi mübarizə aparılır. FETÖ-nün öz niyyətini həyata keçirmək üçün xaricdən də dəstək aldığını vurğulayan səfir diqqətə çatdırıb ki, bu barədə faktlar məhkəmə proseslərində tam sübuta yetirilir.
Diplomat qeyd edib ki, Azərbaycan dövləti FETÖ terror təşkilatına qarşı mübarizədə hər zaman Türkiyəni dəstəkləyib.
Səfir Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən də danışıb. O, qardaş ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında deyib ki, 15 iyul tarixində Türkiyə Cümhuriyyəti yenidən doğulmuş sayılır: “FETÖ terrorizmi erməni terrorizmi qədər qəddardır. Bəs, bu terrorun arxasında kim dayanır? Bu, heç də erməninin, FETÖ-nün ağlı deyil. Bunun arxasında qlobal imperializm durur. Nəyin baş verdiyini dərk etməsək, səbəblərini ortaya çıxartmasaq, bənzər hadisələrlə yenidən üz-üzə gələ bilərik”.
Hikmət Babaoğlu deyib: “Türk xalqı və hökuməti 15 iyul hadisələrinin baş verməsində maraqlı olan qüvvələrə layiqincə cavab verməyi bacardı”.
İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir tədbirdə çıxış edərək qeyd ediblər ki, türk milləti bir olarsa, bu cür hadisələr bir də yaşanmaz. Diqqətə çatdırılıb ki, dünya tarixində bəlkə də ilk dəfədir türk xalqı çevriliş cəhdini dəf edə bilib. Xainlərə əyilməz, dönməz, yurdsevər, ölkəsevər olduğunu sübut edib. 15 iyul gecəsi Türkiyə xalqı bir dastan yazdı. Bir daha sübut etdi ki, heç kəs mənim vətənimə, bayrağıma, birlik və bütövlüymə, dini inancıma, həyat tərzimə əl uzada bilməz!
Tədbirdə Dünya Gənc Türk Yazıçılar Birliyi məsləhət Şurasının rəhbəri Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, İLESAM-ın Azərbaycanda təmsilçisi Xəyal Rza və başqaları 15 iyul hadisələrinə Azərbaycan vətəndaşlarının, eləcə də qələm adamlarının ayıq reaksiya verdiyini bildiriblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

