“Jara-2018” Beynəlxalq Musiqi Festivalı başa çatıb
31.07.2018 [09:54]
İyulun 29-da Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalının dördüncü - sonuncu günündə geniş konsert proqramı, Valeri Meladzenin və Lyubov Uspenskayanın yaradıcılıq gecələri keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları sırasında olub.
“Jara-2018”in sonuncu günü də ənənəvi olaraq iştirakçıların xalı üzərindən keçidi ilə başlanıb. Vaxtanq Kikabidze, Anastasiya Spiridonova, Aleksandr Marşal, Danil Buranov, Yulya Baranovskaya, Bella Potyomkina, Aygün Kazımova, Emil Qədirov, Valeri Meladze, Albina Canabayeva, Timur Rodrigez, Aleks Malinovski, Sergey Kojevnikov, Vera Brejneva, “Jara v Baku” filminin aktyorları, Anjelika Aqurbaş, Diana Arbenina, festivalın təşkilatçıları - müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artistləri Qriqori Leps, Sergey Kojevnikov və başqaları festival günlərinin təəssüratlarını bölüşüblər. Müğənnilər Bakının gözəlliyindən, Azərbaycanın milli mətbəxindən söhbət açıb, xalqımızın qonaqpərvərliyini vurğulayıblar. Azərbaycanın üç ildir ev sahibliyi etdiyi “Jara” Beynəlxalq Musiqi Festivalına böyük həvəslə hazırlaşdıqlarını söyləyən ifaçılar bu tədbiri musiqi aləmində mühüm hadisə kimi dəyərləndiriblər.
Qırmızı xalıdan keçənlər sırasında MBAND qrupundan Anatoli Tsoy festival günlərinə təsadüf edən doğum gününü Bakıda qeyd etməsindən məmnun olduğunu deyib. MuzTV-nin baş direktoru Arman Davletyarov festival çərçivəsində Heydər Əliyev Mərkəzinin həyətində konsert proqramının möhtəşəm keçdiyini vurğulayıb. Diana Arbenina “Jara” Beynəlxalq Musiqi Festivalını keçirməyin böyük bacarıq tələb etdiyini, bu musiqi bayramına hər il həvəslə qatıldığını söyləyib.
Qırmızı xalıdan keçid mərasiminin aparıcıları Yana Koşkina və Konstantin Tarasyuk olub.
Festivalın sonuncu gününün konsertində Aygün Kazımova, Vaxtanq Kikabidze, Aleksandr Marşal, MBAND, Albina Canabayeva, Anjelika Aqurbaş, Vera Brejneva, Soso Pavliaşvili, Timur Rodrigez, Diana Arbenina, İrina Dubtsova, Lyubov Uspenskaya, Lolita və başqaları tamaşaçılara xoş anlar yaşadıblar.
Valeri Meladzenin yaradıcılıq gecəsi “Jara-2018”in yadda qalan tədbirlərindən biri olub. Səhnəyə çıxan müğənni yaradıcılıq gecəsinin Bakıda təşkilindən çox şad olduğunu bildirib və populyar mahnılarını səsləndirib. Onun Ani Lorak, Diana Arbenina, Qriqori Leps, Albina Canabayeva və başqaları ilə duetləri, EMIN və Vera Brejnevanın dueti, MBAND, A`Studio, Artik & Asti qruplarının, Danil Buranovun, Timur Rodrigezin və digər müğənnilərin Valeri Meladzenin repertuarından mahnılar səsləndirməsi festivalın sevgi, musiqi dolu hərarətini daha da artırıb.
Musiqi bayramının sonuncu günündə unikallığı ilə seçilən digər tədbir isə Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olub. Gecədə Nastasya Samburskaya, Anastasiya Spiridonova, Ani Lorak, Qriqori Leps, Anjelika Aqurbaş, Denis Klyaver, Slava, EMIN, Qlyuk’oza, İntars Busulis və başqaları Lyubov Uspenskayanın repertuarından mahnılar səsləndiriblər.
Lyubov Uspenskaya yaradıcılıq gecəsinin Bakıda keçirilməsindən məmnunluğunu bildirib, gecədən xeyli keçməsinə baxmayaraq tədbirə gəlmiş hər kəsə təşəkkür edib. Tanınmış müğənni sevimli mahnılarını ifa edib. Onun Azərbaycan dilində oxuduğu “Ağ çiçəyim” mahnısı xüsusi alqışlarla qarşılanıb. Gecədə Lyubov Uspenskaya Soso Pavliaşvili, Dominik Coker, Aleksandr Panayotov və başqaları ilə duetlər də oxuyub. Şövqlü ifa və rəqslər tamaşaçılarda xoş anlar yaşadıb.
Lyubov Uspenskayanın yaradıcılıq gecəsi “Jara-2018” çərçivəsində sonuncu tədbir olub.
Festival iştirakçıların səhnəyə çıxaraq birgə ifası və atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, festivalda çıxış edən 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi dörd gün ərzində Bakının mədəni həyatına sevgi, hərarət, coşqunluq gətirib. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun musiqini dinləyə biliblər. Başqa cür ola da bilməzdi. Belə ki, “Jara-2018”in hazırlıq işlərinə ondan əvvəlki festival yekunlaşdıqdan bir neçə gün sonra başlanılıb. Festivalı yüksək səviyyədə keçirmək üçün təşkilatçılar maksimum səylə çalışıblar. Çünki onlar festival zamanı tamaşaçıların unudulmaz anlar yaşayacaqlarına söz vermişdilər. “Jara”nın hər gününün konsert proqramı, müğənnilərin bir-birindən maraqlı ifaları, müxtəlif instalyasiyalar, əsrarəngiz şou, konsert proqramlarının müasir standartların tələblərinə cavab verən möhtəşəm səhnədə, eləcə də hovuzu olan məkanda nümayişi təşkilatçıların verdikləri sözə əməl etdiklərini təsdiqlədi. Musiqi ilə yanaşı, xoreoqrafiya səhnəcikləri, fərqli dekorasiyalar, təşkilatçıların ən xırda detalları belə nəzərə almaları, müasir səhnə tərtibatı, işıq və lazer şousu tamaşaçıların zövqünü oxşadı, “Jara”nı unudulmaz anlar, xoş xatirələr və əsl bayram tədbirinə çevirdi.
Festival günlərində konsertlərdə Yana Çurikova və Nikolay Baskov aparıcılıq ediblər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

