Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçiriləcək
28.08.2019 [09:20]
Avqustun 30-31-də Şamaxı rayonunun Meysəri kəndində Azərbaycan Üzüm və Şərab Festivalı keçiriləcək. Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.
Festival günlərində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq.
Avqustun 30-da festivalın açılış mərasimi keçiriləcək, qonaqlara musiqili proqram təqdim olunacaq. Rəqqas və nağaraçıların, həmçinin nəfəsli alətlər orkestri, eləcə də festivalın emblemi olan fiqur və kuklaların iştirakı ilə parad təşkil ediləcək. Qonaqları şərabçılıqla bağlı al-əlvan geyimli müxtəlif personajlar qarşılayacaqlar.
Festivalın rəmzləri olan çeşidli dekorasiyalar və instalyasiyalarla bəzədiləcək ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, həmçinin qastronomik və etno zonalar fəaliyyət göstərəcək. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə - misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri təqdim ediləcək. Festivala ev sahibliyi edən Şamaxı xüsusi guşə ilə təmsil olunacaq.
Tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edəcək, məhsullarını dequstasiya üçün təqdim edəcəklər. İştirakçılar üçün həmçinin Azərbaycanda şərabçılığın tarixinə dair mühazirə keçiriləcək.
Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil ediləcək.
Festival çərçivəsində ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzularında dəyirmi masa keçiriləcək. Tədbirdə yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak edəcəklər.
Burada beynəlxalq və yerli ekspertlərin iştirakı ilə somalye kursları da təşkil olunacaq.
Festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətində üzüm və şərab motivlərinə həsr olunmuş seminar keçiriləcək. Həmçinin şərabı vəsf edən Şərq və Azərbaycan poeziya nümunələrindən ibarət ədəbi kompozisiya təqdim olunacaq; Ömər Xəyyam, Seyid Əzim Şirvani və digər klassiklərin əsərləri səsləndiriləcək.
İştirakçılar və şərab istehsalçıları üçün oyun və viktorinalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.
Festivala ailəvi qatılan iştirakçıların övladları uşaq əyləncə zonasında vaxtlarını maraqlı keçirə biləcəklər. Burada onlar mini zooparkda heyvanlarla tanış ola biləcək, müxtəlif viktorina və ustad dərslərində iştirak edəcəklər.
“İnadkarın ram edilməsi” filmindən Adriano Çelentanonun rəqs səhnəsi çoxlarının yaddaşına üzümün ayaqla sıxılmasını - Avropada əvvəllər şərabın hazırlanma prosesini maraqlı və əyləncəli bir məşğuliyyət kimi yazıb. İştirakçılar bu zövqü festivalda yaşaya biləcəklər. Çəlləklərdə üzümün şirəsini tapdalayaraq sıxandan sonra ayaq izlərini əks etdirdikləri dəsmalları da özləri ilə xatirə olaraq apara biləcəklər.
Ərazidəki nəhəng butulkalar isə festival iştirakçısı olan yerli şərab istehsalçılarının hər birinin məhsullarını təcəssüm etdirəcək. Bundan əlavə şərab şüşəsi tədbirdə həm də yaradıcılıq obyekti kimi istifadə olunacaq; iştirakçılar butulkaları arzu etdikləri tərzdə və rəngdə boyamaq, yaradıcı fantaziyalarını reallaşdırmaq imkanı qazanacaqlar.
Kompleks ərazisindəki göldə işıqların şousu nümayiş olunacaq, yelkənli qayıqda musiqi nümunələri ifa olunacaq. İştirakçılara, həmçinin şərab badələrində müxtəlif musiqi nömrələri təqdim ediləcək.
Festival çərçivəsində Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Natiq Şirinov, Əməkdar artist Miri Yusif və digər tanınmış incəsənət ustaları və qruplarının iştirakı ilə konsert proqramları keçiriləcək, diskotekalar təşkil olunacaq, açıq havada şərabçılığa dair filmlər nümayiş etdiriləcək.
Avqustun 31-də festival tədbirləri başlayanadək həm də yoqa, karate və gimnastika məşqlərində iştirak etmək mümkün olacaq. Festival çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasına gecə turları, İsmayıllı rayonunun Lahıc kəndinə ekskursiyalar, Şamaxı, İsmayıllı, Ağsu rayonları ərazisində yerləşən şərab təsərrüfatlarına dequstasiya turları da təşkil ediləcək.
Ərazidə festival günlərindən xatirələri əbədiləşdirmək üçün foto zona da olacaq.
Festivalda iştirak əvvəlcədən qeydiyyat ilədir və ödənişsizdir. Elektron qeydiyyatdan festivalın rəsmi saytında (www.winefest.az) keçmək mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05

