/ / Bakıda “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib
Bakıda “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib
19.12.2019 [09:52]
Dekabrın 18-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçən tədbirdə dövlət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək deyib ki, nümunəvi tolerantlıq və multikulturalizmin hökm sürdüyü, dinc birgəyaşayış və dialoq mədəniyyətinin, mənəvi harmoniyanın mövcud olduğu Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu dövlət başçımızın qlobal təşəbbüsü və səyləri, siyasi iradəsi sayəsində layiqli şəkildə həyata keçirir.
Qeyd edib ki, Azərbaycan dövləti ötən ay beynəlxalq müstəvidə dini, siyasi və elmi ictimaiyyətin qlobal problemlərin birgə müzakirəsini təmin etməklə nümunəvi ilkə imza atıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs və çağırışı ilə ərsəyə gəlmiş Dünya dini liderlərinin II Bakı sammiti Azərbaycanın dünya miqyasında mədəni-mənəvi dəyərlər mərkəzi statusunu bir daha təsdiq edib. Dünyanın 500-ə yaxın tanınmış din, dövlət və ictimai xadiminin iştirakı ilə baş tutan, bəşəriyyəti narahat edən problemlərin mənəvi dəyərləndirməsi üçün özəl əhəmiyyət kəsb edən qlobal miqyaslı bu Zirvə görüşü Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq platformasında qabaqcıl rolunun göstəricisi olaraq, dinlərarası əməkdaşlıq tarixinin səhifələrinə həkk olunub.
Azərbaycanın müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirən, qlobal əhəmiyyətli ideyalar ətrafında cəm edən, sülh və qarşılıqlı anlaşma mühitinə xidmət edən bu missiyasını davamlı və ən yüksək səviyyədə həyata keçirən dövlət kimi dünyanın diqqət mərkəzində olduğunu söyləyən Allahşükür Paşazadə bildirib: “Dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycanın dövlət başçısı qlobal miqyasda ümumbəşəri ideyaların ətrafında cəm olmağa çağırmaqla insani həmrəylik, humanizm ideallarının bərqərar olmasına öz töhfəsini verir. Dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir. Beləliklə, bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, dünya dini liderlərinin sammitlərinə ev sahibliyi, qlobal hərəkata çevrilmiş “Bakı Prosesi”nə rəhbərlik edir. Prezident İlham Əliyevin dövlət-din siyasəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında siyasi-mədəni sahədə dəyərli fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin, mədəniyyətlərarası və dinlərarası harmoniyanın unikal nümunəsidir”.
Allahşükür Paşazadə, həmçinin Prezident İlham Əliyevi qarşıdan gələn doğum günü münasibətilə təbrik edib və Ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoqun ən müxtəlif formaları dövlət səviyyəsində dəstəklənir, ölkəmiz bu dialoqun əsas mərkəzlərindən biri kimi qəbul olunur: “Bu, Azərbaycan Prezidentinin ardıcıl fəaliyyəti ilə bağlı olan prinsiplərdir. Ölkəmizdə, sözün əsl mənasında, müstəqillik dövründə Azərbaycançılıq prinsipinə əsaslanan və digər xalqların mədəniyyətləri ilə zənginlənmiş yeni tipli bir mədəniyyət formalaşıb. Bu mədəniyyət Azərbaycanda birgəyaşayışa, çoxmillətli cəmiyyətin harmoniyasına, multikultural dəyərlərin ön mövqeyə çəkilməsinə, dinlərarası harmoniyanın möhkəm üzvi sintezinin yaranmasına gətirib çıxarıb. Bu da həmrəylik, ictimai-siyasi cəhətdən möhkəm Azərbaycan modelini ortaya qoyub. Bu isə cəmiyyətin, iqtisadiyyatın bütün sahələrində, hətta beynəlxalq səviyyədə ölkəmizin dinamik inkişafının möhkəm əsaslarına çevrilib”.
Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, bu il bizim üçün uğurlu il olub, paytaxtımız dörd mühüm tədbirə ev sahibliyi edib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası, Qoşulmama hərəkatı, Dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsi ölkəmizdəki tolerantlıq mühitindən xəbər verir. “Ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ötən 10 ildə elə bir nüfuz qazanıb ki, artıq nə beynəlxalq təşkilatlar, nə də hər hansı bir dövlət bu nüfuzu şübhə altına sala bilməz. İki il əvvəl BMT-nin Baş katibi və bu il BMT-nin Baş Assambleyası Mədəniyyətlərarası Dialoq Forumunu dünyanın ən əsas qlobal platformalarından biri kimi elan etdi. Bu siyasət dünya miqyasında qəbul olunan siyasətdir. Bu istiqamətdə Azərbaycanda keçirilən tədbirlər də ölkəmizin mövqeyini daha da artırır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sayəsində 13 qeyri-maddi və 3 mədəni irsimiz UNESKO-nun siyahısına daxil edilib. Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həm də mədəniyyət, tarix, tolerantlıq nümayiş etdirir. Müxtəlif mədəniyyətlərə hörmət xalqımızın mədəniyyətinin bir parçası kimi formalaşaraq inkişaf edib. Xalqımız hər zaman müxtəlif mədəniyyətlərə, dinlərə hörmətlə yanaşıb və bu gün də belədir”, - deyə nazir vurğulayıb.
Mədəniyyətlərarası və dinlərarası harmoniyanın müasir dünyamızın ən mühüm çağırışlarından biri olduğunu deyən DQİDK-nın sədri Mübariz Qurbanlı qeyd edib ki, bu gün baş verən hadisələrin kökünü tarixin hansısa hissəsində görürük. Komitə sədri son üç əsr dünyada baş verən hadisələrə, problemlərə nəzər salaraq bu problemlərin həll edilməsi üçün sivilizasiyalararası, dinlərarası, mədəniyyətlərarası dialoqun vacibliyini vurğulayıb. Bildirib ki, bu gün dini və etnik zəmində onlarla münaqişənin davam etdiyi bir dövrdə öz mədəniyyətimizin, dilimizin, dinimizin qorunması olduqca vacib məsələdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə biz dini-mənəvi, həm də mədəni dəyərlərimizi mühafizə edə bildik. Prezident İlham Əliyevin sayəsində isə bu dəyərləri daha da zənginləşdirdik, onu həm ölkəmizin, həm də dünyamızın inkişafı üçün böyük potensiala çevirdik. Bu prosesdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri xüsusi vurğulanmalıdır.
Komitə sədrinin sözlərinə görə, mədəniyyətlər və dinlərarası dialoq dedikdə ilk ağıla gələn ölkələrdən biri də Azərbaycandır. Hər kəs ölkəmizi sülhün, dialoqun mərkəzi və dəstəkçisi kimi tanıyır və qəbul edir.
Konfransda çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət-din münasibətlərinin inkişaf dinamikası, Azərbaycan cəmiyyətinə xas olan tolerant və multikultural ənənələrin dövlətin dəstəyi ilə daha da inkişaf etməsi, dini konfessiyalara dövlət qayğısı, ölkəmizin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə verdiyi töhfələrdən söz açıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

