Evdən çıxmadan mütaliə et...
14.04.2020 [15:34]
Yaxud kitabxanalar karantin günlərində oxucular üçün hansı onlayn xidmətləri təqdim edirlər?
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında yeni növ koronavirus infeksiyasının (COVID - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə görülən tədbirlər mədəniyyət ocaqlarımızı da əhatə edir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyəti də sözügedən qərara uyğun olaraq tənzimlənir. Məhz bu konteksdə vurğulamaq yerinə düşər ki, kitabxanaların zəngin elektron resurslarından istifadə imkanları, onlayn xidmətləri bu günlərdə daha da genişləndirilir.
Belə ki, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Evim yeni iş yerim” layihəsinə qoşulan Milli Kitabxananın kollektivi öz evlərini iş yerinə çevirərək onlayn rejimdə bütün xidmətlərini davam etdirməkdədir. "Yeni Azərbaycan" qəzetinə verilən məlumata görə, kitabxana çoxlu sayda xidmətlərlə yanaşı, əməkdaşların hazırladıqları metodik tövsiyələri də onlayn rejimdə təqdim etməyə başlayıb. Məsələn, Milli Kitabxana hazırladığı “Nəriman Nərimanov - 150” http://anl.az/down/N.Nerimanov-150.pdf adlı ilk virtual metodik vəsaiti onlayn rejimdə kitabxanaçılara və oxuculara təqdim edib.
“Molla Nəsrəddin” jurnalının yaranma tarixi münasibətilə virtual sərgi hazırlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı isə Cəlil Məmmədquluzadənin baş redaktoru olduğu "Molla Nəsrəddin" jurnalının yaranma tarixi ilə bağlı virtual sərgi hazırlayıb. İdarədən bildirilib ki, sərgidə Şərqdə böyük əks-səda doğurmuş, insanları cəhalətdən ayırıb, maariflənməyə çağıran jurnaldan, burada yazılarla çıxış edən müəlliflərdən, həmçinin işıqlandırılan mövzulardan bəhs olunub.
Yeri gəlmişkən, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başladığı #menoxudumsəndəoxu çağırışına da qoşulub. İdarədən bildirilib ki, kitabxananın əməkdaşı Salatın İbrahimova uşaqlar üçün hazırladığı "Tıq-tıq xanım" nağılının virtual sərgi və fotokollajını təqdim edərək oxuculara #evdeqalmütaliəsizqalma söyləyib.
www.azlibnet.az saytı karantin müddətində gənclərimizin köməyinə gəlir
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası isə karantin rejimi müddətində gənclərin asudə vaxtının səmərəli təşkilinə yönəldilmiş mütaliə imkanlarını genişləndirmək və tədrisinə kömək məqsədilə təsisçisi olduğu www.azlibnet.az saytında fəaliyyətini davam etdirir. Kitabxanadan qəzetimizə bildirilib ki, www.azlibnet.az saytı istifadəçilərin evdən çıxmadan mütaliə imkanlarının artırılmasına xidmət edir.
Belə ki, saytın mütaliəyə həsr olunmuş bölümündə mütaliə və onun əhəmiyyəti, mütaliə etmək üçün ümumbəşəri keyfiyyət daşıyan Azərbaycan və dünya ədəbiyyatından olan kitabların siyahısı gənc istifadəçilərə təqdim olunur. Eyni zamanda, bu sayt vasitəsilə istifadəçilər 14 bölmədə toplanmış çoxlu sayda kitablardan yararlanmaq imkanına malikdirlər. Tarix, iqtisadiyyat, elmi-texniki, bədii ədəbiyyat və digər kateqoriyalardan əlavə, gənclərə saytın virtual kitabxanasında ali məktəb tələbələrinin tədrisinə kömək məqsədilə müxtəlif elm sahələrini əhatə edən Azərbaycan və rus dillərində dərsliklərin tam mətni təqdim edilir.
Evdə qaldıqları müddətdə tələbə-gənclər onları maraqlandıran dərsliklərin tam mətnini http://ebooks.azlibnet.az/textbooks.html linki vasitəsilə həm onlayn oxuya, həm də yükləyib istifadə edə bilərlər. Gənclərin həmin saytdan istifadə etmələrinə kömək məqsədilə kitabxana karantin dövründə xüsusi videoçarx da hazırlayıb “Instagram” və “Facebook” səhifələrində yerləşdirib.
Kitabxananın ryl.az@mail.ru elektron ünvanı 24 saat ərzində fəaliyyət göstərir və www.azlibnet.az saytında kitab yüklənməsi ilə bağlı problem yarandıqda kitabxananın elektron poçtuna istənilən istifadəçi sorğu ilə müraciət edir və əməkdaşlar həmin kitabın tam mətninin linklərini onlara göndərir. Karantin müddətində kitabxananın elektron poçt ünvanına daxil olan kitab və dövri mətbuat materialları ilə əlaqədar sorğular operativ olaraq cavablandırılıb.
Binəqədi rayon MKS “Evdə qal, öyrən” layihəsinə başlayıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) dünyanı bürümüş koronavirus pandemiyasına qarşı qoruyucu tədbirlər çərçivəsində həyata keçirilən sosial layihələrə qoşularaq öz “Instagram” və “Facebook” səhifəsi üzərindən #evdəqalöyrən layihəsini təqdim edib. İdarədən bildirilib ki, Binəqədi rayon MKS xarici dil öyrənənlərə kömək məqsədilə “Telegram” messenceri kanalları üzrə keçidlərin siyahısını tərtib edərək, öz sosial şəbəkələrində izləyicilərlə paylaşıb. Bu cür keçidlərin müxtəlif dillərdə gündəlik olaraq izləyicilərə təqdim olunması nəzərdə tutulub. Təqdim olunan kanallar dil öyrənməyə başlayan və bildiyi dili təkmilləşdirən müxtəlif yaş qrupundan olan istifadəçilər üçün və asudə vaxtın səmərəli təşkili baxımından məqsədəuyğundur. Hər bir “Telegram” messenceri kanallarına çox sayda post yerləşdirilib ki, istifadəçi ona lazım olan post məlumatlarından yararlana bilir. Təqdim olunacaq “Telegram” mesenceri kanallarının siyahısı Binəqədi rayon MKS-nin “Facebook” və “Instagram” səhifəsində yerləşdiriləcək.
Respublika Uşaq Kitabxanası ilə şagirdlər arasında onlayn görüş...
Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbinin 3-cü sinif şagirdləri, uşaq yazarı Sevinc Nuruqızı və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında online görüş keçirilib. Görüşün keçirilməsində məqsəd koronavirus infeksiyasının ölkə ərazisində yaratmış olduğu vəziyyətlə əlaqədar kitabxananın virtual xidmət göstərdiyi günlərdə oxuculara saytdan düzgün istifadə qaydalarını izah etmək, evdə qaldıqları müddətdə onlara maarifləndirici tövsiyələr vermək olub. Görüş zamanı Ş.Qəmbərova uşaqlara uşaq ədəbiyyatından, kitabxananın internet ünvanında edilən yeniliklərdən və onlardan düzgün istifadə qaydalarından eləcə də karantin müddətində kitabxananın həyata keçirdiyi layihələr barədə geniş məlumat verib. Kitabxananın əhəmiyyətini vurğulayan Ş.Qəmbərova uşaqları daim mütaliəyə və kitab oxuyaraq inkişaf etməyə yönləndirmək baxımından olduqca vacib olduğunu söyləyib. Uşaq yazarı Sevinc Nuruqızının da iştirak etdiyi görüşdə uşaqlarla maraqlı diskussiyalar aparılıb və onları maraqlandıran bütün suallar ətraflı cavablandırılıb. Qeyd edək ki, bu cür görüşlərin digər oxucularla da keçirilməsi nəzərdə tutulub.
Bununla yanaşı, sözügedən kitabxana kiçik yaşlı oxucularını kitabxananın internet ünvanında olan multimedia bölməsindəki uşaq mahnıları ilə tanış olmağa dəvət edir. Bir çox tanınmış bəstəkarların bəstələrinin də daxil olduğu bölmə uşaqlara bu günləri daha səmərəli keçirməkdə kömək olacaq.
Qeyd edək ki, hazırda kitabxananın clb.az saytında kiçik yaşlı oxuculara ümumilikdə 85 uşaq mahnısı təqdim edilir.
Respublika Uşaq Kitabxanası, həmçinin görmə, eşitmə və nitq qabiliyyəti zəif olan uşaqları kitabxananın internet ünvanında olan “Bərpanəşr” layihəsi çərçivəsində jest dilinə tərcümə edilmiş 10 adda kitabda yer alan hekayələrlə tanış olmağa dəvət edir. Bunun üçün kitabxananın internet ünvanında olan yeni ədəbiyyat bölməsinin bərpa nəşr hissəsindəki jest dili adlı yeni rubrikaya daxil olmaq lazımdır. Bu link (http://clb.az/jest-dili_k97.html) vasitəsilə jest dilinə tərcümə edilmiş hekayələrlə tanış olmaq mümkündür.
Vurğulayaq ki, əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, o cümlədən informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, bununla da həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etməkdir.
Xəzər rayon MKS-nin mərkəzi kitabxanası virtual fləşmob keçirib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanası #şeirdepozitivol çağırışına qoşularaq, oxucularına və sosial şəbəkə istifadəçilərinə yeni layihəsini təqdim edib. Səməd Vurğunun “Azərbaycan” şeiri əsasında virtual rejimdə fləşmob hazırlanıb. Kitabxana əməkdaşlarının və oxucularının hazırladığı layihə maraqla izlənib.
“Tarixi qələbəmiz” adlı virtual sərgi hazırlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Aprel döyüşləri ilə bağlı "Tarixi qələbəmiz" başlığı altında virtual sərgi və məlumat saatı hazırlayıb.
Sosial şəbəkələrdə yayımlanan virtual sərgi 2016-cı il aprelin əvvəllərində Milli Ordumuzun Azərbaycanın ön cəbhə xətti boyu mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldığı zaman əks-hücumla təxribatların qarşısını almasından və rəşadətindən bəhs edir. Azərbaycan tarixində şanlı səhifə olan Aprel döyüşlərinin qəhrəmanları daim yaddaşlarda qalacaq və xalqımızı daha böyük qələbələrə ruhlandıracaqlar.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15

