Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Pakistan mətbuatında “Bakının qala divarları: Dünya Mədəni İrsi“ adlı məqalə dərc olunub

Pakistan mətbuatında “Bakının qala divarları: Dünya Mədəni İrsi“ adlı məqalə dərc olunub

14.07.2020 [14:55]

Pakistanda nəşr edilən “İslamabad Post” qəzetində, “Diplomatic News Agency” və “Dispatch News Desk” xəbər agentliklərində, eləcə də “Centreline” jurnalında İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə əlaqədar “Bakının qala divarları: Dünya Mədəni İrsi“ adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə qədim Bakının tarixi və memarlıq incisi olan İçərişəhərin açıq səma altında muzey olduğu və Bakının akropolu və ya Qədim Şəhər adlandırıldığı bildirilib. XIX əsrin sonlarında Azərbaycanda neft sənayesinin inkişafı ilə əlaqədar olaraq şəhərin qala divarlarından kənara çıxaraq genişləndiyi, divarların xaricində bir çox binaların inşa edildiyi və Bakının sürətlə böyüdüyü qeyd olunub.

Müəllif İçərişəhərin əzəmətinin, onun misilsiz memarlıq abidələri və şəhər planlamasının əsl küçə mənzərələri ilə vəhdətini özündə əks etdirməsini ifadə edir. İçərişəhərin ən qədim abidəsinin Bakının simvolu - Qız Qalası olduğunu bildirən müəllif XII-XV əsrə aid Şirvanşahlar Sarayının da Azərbaycan memarlığının incisi olmasından bəhs edib .

Məqalədə İçərişəhərin ərazisi, idarəedilməsi, tarixi abidələri və onların qorunması, eləcə də Qız Qalası və Şirvanşahlar Sarayı barədə ətraflı məlumat da oxucuların diqqətinə çatdırılıb.

Materialın sonunda İçərişəhərdə ümumbəşəri, milli və yerli əhəmiyyətli çoxsaylı tarixi binaların olduğu qeyd olunub və bu tarixi məkanın UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olduqdan sonra şəhər rəhbərliyi tərəfindən Qız Qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi, Bəylər məscidi və digər tarixi abidələrin qorunması və bərpası istiqamətində işlərin uğurla başa çatdırılmasından bəhs olunub.

Paylaş:
Baxılıb: 910 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30