TV rəhbərliyi, yoxsa tamaşaçı...
22.04.2022 [10:29]
Kimin televiziya tamaşalarına ehtiyacı yoxdur?
Diqqət! “Ay moment”. Azərbaycanın ilk televiziya musiqili tamaşası “Ordan-burdan” başlayır.
İlk dəfə 1987-ci il yanvarın 1-də efirə gedən “Ordan-burdan” tamaşası bütün ailəni mavi ekran qarşısında toplayardı. Üzeyir bəyin xatirəsinə həsr olunmuş “Ordan-burdan” zərif rəqs ilə bənzərsiz musiqinin vəhdətinin ən gözəl nümunəsi idi. Bayram günlərinin əvəzolunmaz sənət əsərinin bəstəkarı Rauf Hacıyev, ssenari müəllifləri isə Zəminə və Fuad Hacıyevlər idi.
Rollarda Yaşar Nuri (Əlibəy), Rafael Dadaşov (Həmid), Rafiq Əzimov (İsmayıl), Zemfira Nərimanova (Rəna), Gülşən Qurbanova (Pəri), Cahangir Novruzov (Salman bəy), Ağaxan Salmanov (Bayram bəy), Telman Adıgözəlov (rəqs müəllimi) və başqaları çəkiliblər. Həmin insanların çoxu artıq dünyada yoxdur. Onların yoxluğu elə tele tamaşaların itkisi deməkdir.
İlk dəfə - kişi aktyorlarımız qadın geyimində
Azərbaycan sərhədlərini aşan, Sovet İttifaqının mərkəzi televiziyasının 1-ci kanalı ilə yayımlanan ilk tele tamaşa idi. O dövrün Azərbaycan tamaşaçıları ilk dəfə kişi aktyorlarını qadın geyimində görürdü. Yaşar Nuri və Rafael Dadaşov bu obrazların öhdəsindən peşəkarlıqla gəlmişdilər.
Ekran əsəri dövrün qlobal problemlərini, Həmidlə Rənanın saf məhəbbətini, fotoqraf Əlibəyin simasında dostluq məfhumunu, eləcə də “Pul elə bir şeydir ki, adamı intelligent edər” və yaxud “Pul elə şeydir ki, qocanı cavan edər. Pulsuzluq da cavanı qoca...” deyən Salman bəyin gerçək simasını bizə göstərirdi. Bir sözlə, güldürməklə yanaşı, həm də düşündürürdü.
Ramiz Mirzəyevin (Həsənoğlu) rejissorluğu ilə tamaşa o qədər uğurlu və peşəkarcasına alınmışdı ki, günün aktual problemlərini sərgiləməkdən belə çəkinməmişdilər. “Belə də yol olar? Bütün küçələri qazıblar. Elə bil “nöyüt” axtarırlar” deyimi elə bu günümüzlə də səsləşir.
Dövrümüzün Salman bəyi
Bir az sizə Salman bəy haqqında danışmaq istərdik. Salman bəy DUMA-ya üzv seçilmək və gənc qızla evlənmək istəyən, ətrafındakı hər kəsi pul ilə əldə etməyə çalışan, təhsilsiz, mühafizəkar milyonçudur. Salman bəy obrazına əvvəl Hamlet Qurbanov, daha sonra Siyavuş Aslan çəkilməli imiş. Tale belə gətirdi ki, sonda rol Cahangir Novruzova həvalə edilib. O, cəmi 9 gün məşq edərək rola hazırlaşsa da, tamaşaçı “Ordan-burdan”dan sonra aktyoru kəşf edib. “Hamı mənə hörmət edəcək. Hamı qabağımda mim duracaq. Mənim puluma minnət” sitatı ilə yaddaşlarda qalıb.
Az qala bütün replikalarını əzbər bildiyimiz ekran əsərində yüksək peşəkarlıqla yazılmış dialoqlar və onu tamaşaçıya çatdıran məharətli aktyorların oyunu... daha nələr yox idi ki?
35 ildir ki, tamaşaçı bu zövqdən məhrum edilib. Nə belə tamaşalar, nə də ailə ilə birlikdə izlənəcək səhnə əsərləri var. Görəsən, niyə?
Vətənpərvər və düşünən beyinlər lazımdır
Tamaşanın Salman bəyi, səhnəmizin sonuncu mogikanlarından olan Cahangir Novruzov ilə həmsöhbət olduq. Hazırda Türkiyədə yaşayıb-yaradan sənətkar deyir ki, “Ordan-burdan” bir çox yerlərdə telemüzikl kimi təqdim edilir. Belə bir janr yoxdur. Bu, yolverilməzdir: “Hazırda Azərbaycanda nəinki televiziya musiqili tamaşaları, peşəkar səhnə əsərləri belə yoxdur. Hər şey cırlaşıb, adiləşib. Yeni tele tamaşaların olması üçün Ramiz Həsənoğlu, Tariyel Vəliyev, rəhmətlik Məhərrəm Bədirzadə kimi rejissorların televiziyada olması lazımdır. Sadəcə, musiqili tamaşalar deyil, heç normal başqa tamaşalar da yoxdur. Tamaşanı ərsəyə gətirmək üçün vətənpərvər və düşünən beyinlər lazımdır. Azərbaycan televiziya tamaşalarının, həm də teatrlarının əsas problemi yaradıcı beyinlərin azlığı və yaxud olmamasıdır”.
Televiziya tamaşası dövrü bitdi?
“Doğrudanmı, televiziya tamaşası dövrü bitdi?” sualına ekran əsərinin rejissoru belə cavab vermişdi: “Yəqin ki... Əgər tələb yoxdursa... Bilirsiniz, tələb televiziyanı idarə edənlərdə yoxdur, amma tamaşaçı soruşur, istəyir. Qalırsan ortada, bilmirsən nə deyəsən. Mən rəssam deyiləm ki, istədiyim ideyanı rəsmə çevirim. Mən rejissoram, bütün sənətləri özündə birləşdirən sahənin adamıyam. Sifariş yoxdursa, mən nə edə bilərəm?”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22

