“Uşaqlara qarşı oğurluq, sui-qəsd və cinsi istismarla bağlı ömürlük cəza növü seçilməlidir”
21.05.2014 [09:15]
Musa Quliyev: Zorakılıq halları adətən normal ailələrdə baş vermir, bu, daha çox o ailələrdə baş verir ki, həmin ailələrdə müəyyən problemlər var...
Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin Gün.az-a müsahibəsi:
- Musa müəllim, çox təəssüflər olsun ki, son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlara qarşı zorakılıq hərəkətləri, o cümlədən uşaqlara qarşı cinsi istismar halları və sairə artmaqdadır. Artıq qardaş Türkiyədə bununla bağlı qanunvericilikdə ciddi sərtləşdirmələrin aparılması nəzərdə tutulur və Baş nazir Rəcəb Tayyib Ərdoğanın özünün təşəbbüsü ilə bununla bağlı qanun layihələri Türkiyə Böyük Millət Məclisinə göndərilib. Bu baxımdan, Azərbaycan dövləti və parlamenti də göstərilən istiqamətdə analoji addımlar ata bilərmi?
- Ümumiyyətlə, zorakılığa qarşı mübarizə tədbirləri həmişə lazımdır. Bütün cəmiyyətlərdə, o cümlədən, Azərbaycanda da bu yöndə mübarizə aparılır. Azərbaycanda konkret olaraq həm uşaqlara, həm də qadınlara qarşı olan zorakılıqlarla bağlı qanunvericilik aktları qəbul olunub. Bununla belə, hesab edirəm ki, bu yöndə cəzaların sərtləşdirilməsi heç də çıxış yolu deyil. Burada daha çox maarifləndirmə işi və profilaktik tədbirlər aparmaq lazımdır. Eyni zamanda, onu da deyim ki, zorakılıq halları adətən normal ailələrdə baş vermir, bu, daha çox o ailələrdə baş verir ki, həmin ailələrdə müəyyən problemlər var...
“Küçədə gedərkən görürsən ki, zəif bir insanı incidirlər, ancaq insanlar ona qarşı, demək olar ki, biganədir, hamısı çəkilib kənara gedir”
- Hansı problemlər var?
- Psixoloji problemlər var, mənəviyyat problemi var, əxlaq problemi var və yaxud da ailədə hansısa bir ailə üzvü, xüsusən, ailənin kişi üzvü kriminal xüsusiyyətlərə malik bir adamdır. Bunu da heç şübhəsiz ki, qohumlar bilirlər, qonşular bilirlər. Uşaqla bağlıdırsa, bunu məktəb bilir və əslində bunu elə məktəb də bilməlidir. Yaxud da yerli bələdiyyə, yerli icra orqanları bilməlidirlər. Sadəcə, elə bil cəmiyyətdə biganəlik bir az artıb. Hətta küçədə gedərkən görürsən ki, zəif bir insanı incidirlər, ancaq insanlar ona qarşı, demək olar ki, biganədir, hamısı çəkilib kənara gedir. Lakin əvvəllər belə deyildi. Məsələn, bizim gənclik illərimizdə belə deyildi. 70-ci illərdə, 60-cı illərdə belə deyildi. Hesab edirəm ki, cəmiyyətin də biganəlik buzunun əridilməsi üçün tədbirlər görmək lazımdır. Ancaq bunlarla yanaşı, qanunvericilikdə də, şübhəsiz ki, kifayət qədər ciddi və sərt cəza növləri nəzərdə tutula bilər və tutulmalıdır. Hesab edirəm ki, uşaq oğurluğuna, uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilə bilər və sərtləşdirilməlidir. Çünki uşaqların yaşadığı bu cür hallar ömrü boyu onları izləyəcək bir stressdir, onların valideynləri üçün stressdir və əslində uşaq oğurluğu elə uşaq ölümünə bərabər bir cinayət hesab olunmalıdır. Yəni, bu baxımdan, həmin cinayəti edənə ömürlük cəza tətbiq olunmalıdır.
“Son “Eurovision” qalibini bizim cəmiyyət üçün qəbul edə bilmirəm”
- Qadınlara qarşı zorakılıqlarla bağlı bəs nə deyərdiniz?
- Bilirsiniz, bir çox cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətdə də bir islahat gedir. Biz bütövlükdə Qərbə açılmış açıq bir cəmiyyətik. İnformasiya bolluğu var, xüsusən, kompüter texnologiyasının, informasiya-kommunikasiya texnologiyasının inkişafı Qərbdəki bütün dəyərləri bir anın içində bura gətirməkdədir. Amma biz o dəyərləri qəbul və həzm etməyə hazır deyilik.
Məsələn, şəxsən mən özüm son “Eurovizion” qalibini bizim cəmiyyət üçün qəbul edə bilmirəm. Amma Qərb, görünür, bunu normal hesab edir. Qərbin normal hesab etdiyini biz qəbul edə bilmədiyimizə, amma ayrı-ayrı insanlar, şəxslər onu özləri üçün bəlkə də haradasa kumir, yaxud da bir inkişaf kimi hesab etdiyinə görə, görürsən, bəzən ailə-məişət daxili konfliktlər baş verir.
Ona görə hesab edirəm ki, biz ənənələri qoruyub saxlamalıyıq və biganəlik buzunu aradan qaldırmalıyıq, maarifləndirmə və profilaktika işini gücləndirməliyik. Cəzanın artırılması, görünür, burada bu qədər böyük rol oynamayacaq.
Yalnız uşaqlara qarşı oğurluq və sui-qəsdlə, cinsi istismarla bağlı hesab edirəm ki, ömürlük cəza növü seçilməlidir...
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34

