Novruz Məmmədov: Azərbaycanın öz müstəqil yolu, öz maraqları var
20.01.2015 [09:28]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov KİV-ə müsahibə verib:
- Novruz müəllim, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfərini iki ölkə münasibətlərinin inkişafı kontekstində, o cümlədən, regional əməkdaşlıq və təhlükəsizlik baxımından necə dəyərləndirirsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çox möhtəşəm, tarixi səfər idi. Bu, forma və məzmun etibarilə təkcə iki ölkə münasibətlərində yox, beynəlxalq münasibətlər sistemində özünə yer tutan səfər oldu. Səfər zamanı iki ölkə münasibətlərinin 2020-ci ilə qədər inkişaf istiqamətlərinin müəyyən edilməsi istiqamətində çox mühüm addımlar atılıb.
Bu, Prezident İlham Əliyevin 2015-ci ildə ilk rəsmi səfəri idi. Hətta Avropa və Qərb mətbuatında da səfərə xüsusi diqqət yetirildi, bunun da səbəbi var. Çünki hazırda dünyada əməkdaşlıq və təhlükəsizlik baxımından çoxsaylı problemlər var. Dünyadakı bu gərginlik müəyyən dövlətlərin geosiyasi maraqlarını əsas götürərək atdığı addımlarla bağlıdır. Bu görüş regionun inkişafı üçün 2015-ci ildə bir başlanğıc oldu. Bu, Qərb mətbuatında da belə dəyərləndirilir.
Səfər zamanı 2020-ci ilə qədər və ondan sonrakı dövrdə münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıldı. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, turizm, infrastruktur layihələri, mədəniyyət və xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın müzakirəsinə xüsusi yer verildi. Düşünürəm ki, iki ölkə arasında əməkdaşlıq daha geniş vüsət alacaq. Prezident İlham Əliyev bildirdi ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan iki dövlət tapmaq çətindir. Bunu ölkələrin, ölkə rəhbərlərinin və xalqlarının maraqlarının üst-üstə düşməsi şərtləndirir.
Səfər zamanı Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının iclası keçirildi ki, bu da əməkdaşlığın inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Adətən Azərbaycan və Türkiyə prezidentləri ildə iki dəfə görüşürlər, bu il isə belə görüşlərin sayı dörd ola bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi “G20” sammitinə dəvət etməsi münasibətlərin inkişafına dəlalət edən mühüm göstəricilərdəndir. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Çanaqqala savaşının 100 illiyinə həsr olunmuş tədbirə də dəvət edilib. Bu tədbirə bir çox böyük dövlətin rəhbərləri qatılacaqlar.
- Müstəqil daxili və xarici siyasət kursuna malik olan Azərbaycana qarşı ikili standartlara və müəyyən təzyiq cəhdlərinə də rast gəlinir. Bu, xüsusilə də Qərbin timsalında müşahidə olunur. Bu məsələyə münasibətiniz necədir?
- Biz bu müstəqillik illərində - 23 ildən artıq müddətdə öz siyasi kursumuzu seçmişik və ona sadiqik, bu istiqamətdə də gedirik. Lakin bir şeyə diqqət yetirmək lazımdır ki, indiki beynəlxalq münasibətlərdə hansı proseslər hökm sürür? Hər bir dövlət öz maraqlarını ortaya qoyub onun həyata keçirilməsini tələb edəcəksə, bu dünya, doğrudan da, xaos və etimadsızlıq vəziyyətinə gəlib çıxacaq.
Bu gün dünyada baş verən proseslər əsasən böyük dövlətlərdən asılıdır. Doğrudan da, bunlar sabitliyi, təhlükəsizliyi, inkişafı təmin etmək istəyirlərsə, onda bu iddialardan bir qədər çəkinməlidirlər. Bu iddialar “mən nə istəyirəmsə, onu etmək lazımdır, onu etməlisiniz” prinsipinə gəlib çıxır. Bunu isə, şübhəsiz ki, müstəqil dövlətlər qəbul etməyəcək. Bu baxımdan, Azərbaycan müstəqilliyi dövründə bütün vektorlarla çox uğurlu, səmərəli nəticələri, nailiyyətləri olan əməkdaşlıq əlaqələri formalaşdırıb. O vektorların ən mühümlərindən biri Avropa və ABŞ-dır.
Azərbaycan siyasi islahatlar sahəsində xeyli yol qət edib, çoxsaylı nailiyyətlər əldə edib. Azərbaycan enerji təhlükəsizliyinin, regional və beynəlxalq əməkdaşlığın təmin olunması istiqamətində müstəsna rol oynayıb. Məhz müstəqil siyasət kursuna malik olan Azərbaycan bərabərhüquqlu əməkdaşlıq və milli maraqlara qarşılıqlı hörmət prinsipləri əsasında fəaliyyət göstərir. Biz bütün dövlətlərin maraqlarına hörmət edirik və bütün dövlətlərdən də tələbimiz ondan ibarətdir ki, onlar da bizim maraqlarımıza hörmət etsinlər. Yəni bu əlaqələr qarşılıqlı faydalı olmazsa, qarşılıqlı hörmət üzərində qurulmazsa, onda nəticə indiki vəziyyətə gətirib çıxaracaq. Çox təəssüf ki, bizə qarşı münasibətlərdə çox qərəzli, ədalətsiz, həqiqətə uyğun olmayan yanaşmalar görürük. Müəyyən dövlətlərdə müəyyən dairələrin istədikləri bizim üçün bir qanun, qayda prinsipi ola bilməz və biz onu qəbul edə bilmərik. Bizim bütün dövlətlərlə ilk illərdən qurduğumuz əməkdaşlığı davam etdirmək üçün qapılarımız açıqdır.
Azərbaycan bütün hadisələrdə, proseslərdə, beynəlxalq aləmdə göstərir ki, onun öz xarici siyasət kursu var. Biz bəzi hallarda ikili standartlarla qarşılaşırıq, xüsusilə də bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özünü göstərir. Dağlıq Qarabağ və ətraf 7 rayon 20 ildən artıqdır işğal altında qalıb, Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü var. Bütün bunlar haqqında Avropada və Amerikada hər hansı QHT, qurum və təşkilat bir söz demir.
Azərbaycanın öz müstəqil yolu, öz maraqları var. Biz öz yolumuza sadiqik, bütövlükdə, Qərbin Azərbaycana təzyiq cəhdləri heç bir nəticə verməyəcək.
- Novruz müəllim, regional təcrid vəziyyətində olan, daxili və xarici siyasət prizmasında iflasa uğrayan Ermənistanın gələcəyi sual altındadır. Son proseslərin fonunda işğalçı ölkənin durumu ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Dünyada baş verən gərginlik və böhran Ermənistana əvvəlkindən daha artıq təsir edir. Ümumiyyətlə, hər bir ölkənin inkişafının bir mayakı olmalıdır. Ermənistanda isə bu mayak yoxdur. Onlar nə edəcəklərini bilmirlər. Deyirlər ki, Rusiyanın qulu, forpostudurlar. Eyni zamanda, Ermənistan rəhbərləri təxminən 3 il yarım, bəlkə də, artıq Avropa İttifaqı ilə danışıqlar apardılar. Dəfələrlə onların nümayəndələri, deputatları “biz Avropa İttifaqı iləyik” deyiblər. Daha sonra gözlənmədən Sarkisyan bəyanat verdi ki, Avrasiya İttifaqına daxil olurlar. Bununla bağlı hər hansı bir izahat və açıqlama da verilmədi. Bundan sonra da Ermənistanın nə ilə qarşılaşacağı bəlli deyil, bu ölkənin gələcəyi faktiki olaraq qeyri-müəyyəndir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

