Sietse Bakker: "Baku Crystal Hall" struktur baxımından ən müasir tikililəri belə kölgədə qoyur
19.05.2012 [12:42]
“Eurovision” Mahnı Müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri (event supervisor) Sietse Bakkerin APA-ya eksklüziv müsahibəsi:
- Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision 2012” mahnı müsabiqəsinin təşkilatçılığını necə qiymətləndirirsiniz?
- Yarışmanın yüksək səviyyədə keçməsi üçün işçi heyəti var-qüvvəsi ilə çalışır. Ən çox xoşuma gələn hal isə Bakıya gələn bütün nümayəndə heyətlərinin, ümumiyyətlə iştirakçıların Bakını çox bəyənmələridir. Hər kəs insanlarınızın nə qədər istiqanlı və gülərüz olduqlarından danışır. Bu isə şounun yüksək səviyyədə keçməsi üçün önəmli amillərdən biridir.
- Artıq bir neçə gündür ki, məşqlər başlayıb. Gündəlik olaraq keçirilən məşqlər haqda düşüncələriniz nədir?
- Məşqlər qrafik üzrə heç bir ləngimə və təxirəsalma olmadan davam edir. Səhnədə məşq edən bütün təmsilçilər yarışmanın təşkilatından, səhnə çıxışlarından və video çəkilişlərdən razılıq edirlər. Yarımfinalların əsas məşqlərinin keçiriləcəyi tarixə hələ vaxt var. Səhnə quruluşçuları hər bir iştirakçının səhnə çıxışlarının mükəmməl səviyyədə keçməsi üçün lazımi hər şeyi edirlər. Əsas şoulara qədər hazırlıq işləri mükəmməl səviyyəyə çatdırılacaq.
- “Baku Crystal Hall”da qurulmuş texnika haqqında nə deyə bilərdiniz? Bildiyimiz qədər bu arenada bir çox yeniliklərə imza atılıb.
- İlk öncə onu qeyd etmək istərdim ki, “Crystal Hall” yeni tikilmiş məkandır və “Eurovision-2012” mahnı müsabiqəsi ilə böyük tədbirlərə açılışını edəcək. Struktur baxımından ən müasir tikililəri belə kölgədə qoyan “Baku Crystal Hall”, ecazkar səhnə şousu yaratmaq üçün ən müasir texniki avadanlıqlarla təchiz olunub.
- Müsabiqəni işıqlandırmaq üçün neçə jurnalist artıq paytaxtımıza gəlib?
- Artıq 500-ə yaxın jurnalist Bakıdadır. Yaxın 3 gün ərzində əlavə 500 jurnalistin paytaxtınıza gələcəyi gözlənilir. Yarımfinal gününə qədər isə yerdə qalan 500 jurnalist şounu işıqlandırmaq üçün şəhərinizdə qonaq olacaqlar.
- Bəs Ermənistan mətbuatından şounu işıqlandırmaq üçün Bakıya gələn olacaq?
- Ermənistan mətbuat nümayəndələri akkreditasiyadan keçmədikləri üçün yəqin ki, Bakıda onları görməyəcəyik.
- Bildiyimiz qədər həm yarımfinal və final şoularının biletləri satılıb qurtarıb. Bu gün belə bir çox insanlar bu şounu izləmək üçün bilet axtarışındadırlar.
- Bu, əla göstəricidir. Demək ki, şoular zamanı “Crystal Hall” zalı tamaşaçılarla tam dolacaq. Tamaşaçıların çoxluğu isə səhnədə çıxış edən təmsilçilərə ruh yüksəkliyi verir.
- Şəhərimizdə ən çox bəyəndiyiniz nədir? Milli mətbəximizlə tanış olmusunuz?
- Dənizkənarı parkda gəzməyi çox sevirəm. Axşamlar isə şəhəriniz romantik bir görkəmə bürünür. İnsanlarınızın kömək etmək həvəsi, gülərüzlülüyü sözlə ifadə oluna bilməz. Qaldığım otelin pəncərələrindən şəhərə açılan görüntünü izləmək iş yorğunluğumu tamamilə unutdurur. Bakıda olduğum müddətdə milli mətbəxinizlə, mədəniyyətinizlə, adət-ənənələrinizlə tanış olmaq fürsəti qazanmışam. çay içmək mədəniyyətinizi çox bəyənirəm.
- Şəhərimizə turist kimi gələnlərə haralara getməyi məsləhət görərdiniz?
- Düşünürəm ki, “Eurovision” mahnı müsabiqəsi Bakıya səyahət etmək üçün gözəl fürsətdir. Mütləq Dənizkənarı Milli Parkda axşam gəzintisinə çıxsınlar, İçərişəhəri görməmiş geri dönməsinlər.
- Builki təmsilçilər arasında favoritiniz varmı? Yarımfinal və final şouları zamanı kimə səs verəcəksiniz?
- Yarışmada yer alan bütün mahnıların bir tarixi var. Bu isə tamaşaçıların diqqətini cəlb etmək üçün vacibdir. Səs verməyə gəlincə, şoular zamanı başım elə qarışıq olur ki, səs verməyə heç imkanım belə olmur...
Xəbər lenti
Hamısına baxSosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Gündəm
15 Sentyabr 12:22
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40

