30 il gecikmiş etiraf
10.04.2024 [10:45]
Fransanın bir neçə yüzilliyi əhatə edən müstəmləkəçilk siyasəti Afrikada, dənizaşırı ərazilərdə qanlı izləri ilə fərqlənib. Bu ölkə uzun müddət əsarətdə saxladığı, sərvətlərini taladığı müstəmləkələrinə yaxşı heç nə gətirməyib. Əvəzində yerli xalqları məhrumiyyətlərə və faciələrə düçar edib. Fransa tarixinin ona başıaşağılıq gətirən utancverici səhifələrini silməyə çalışsa da, bu, alınmır. Zaman ötdükcə Fransanın öz nəzarətində saxladığı ölkələrdə törətdiyi vandalizm əməllərinin, soyqırımların üstü açılır və bu haqda yeni təfərrüatlar bəlli olur. Bu ölkə həm də Ruanda soyqırımına görə məsuliyyət daşıyır. Bu günlərdə Prezident Emmanuel Makron ifadə etdiyi fikirlərlə əslində onun ölkəsinin Ruanda faciəsində iştirakını təsdiqləyib. Bunu 30 il gecikmiş etiraf kimi də dəyərləndirmək mümkündür.
“Afrika Holokostu” - Ruanda faciəsi
Cari il aprelin 7-də bəşər tarixinin ən qanlı hadisələrindən biri kimi tanınan Ruanda soyqırımının 30 ili tamam olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciədə təxminən 800 min insan kütləvi şəkildə qətlə yetirilib. Soyqırımı aktı hutu hökumətinin əmri ilə silahlandırılmış qruplar tərəfindən əsasən tutsi etnik azlığının nümayəndələrini əhatə edib.
Qətliamla bağlı Ruanda hökuməti dəfələrlə Fransaya etirazını bildirib, ancaq qarşı tərəf buna reaksiya verməyib. 1998-ci il yanvarın 12-də Fransanın ozamankı prezidenti Fransua Mitteran ölkəsinin mövqeyini “Le Fiqaro” qəzetinə müsahibədə açıq mətnlə ortaya qoyub. “Həmin ölkələrdə soyqırımının baş verməsi o qədər də önəmli bir şey deyil”, - deyə sabiq prezident bildirib.
Ruanda Fransanı soyqırımının təşkilində rol oynamaqda suçlayaraq Parisin qətliamı törədən hutu qəbiləsindən olan hərbçiləri hazırladığını bəyan edib. Lakin indiyədək Fransa bu ittihamlara qətiyyən məhəl qoymayıb və müxtəlif əks arqumentlər səsləndirib. Üzə çıxan həqiqətlər Fransanın faciədə yer aldığını təsdiqləyir. Belə təkzibolunmaz faktlar çoxdur. 2021-ci il martın 26-da tarixçilərdən ibarət “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul Komissiya” tərəfindən Fransa Prezidentinə təqdim edilmiş sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinə mənsub 800 mindən çox insanın qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanıb. Ümumiyyətlə, soyqırımı Fransa və Ruanda arasında gərginlik mənbəyi olub. Təsadüfi deyil ki, Ruanda hökumətinin sifarişi ilə hazırlanan son hesabatda Fransanın 1990-cı illərdə Ruanda rejiminə verdiyi dəstək ilə qan tökülməsinə “imkan yaratmaq”da “aparıcı” rol oynadığı qeyd olunub.
Paris isə adekvat davranmayıb həmişə faciənin məsuliyyətindən yayınmağa çalışıb. Məsələn, faciənin 10 illiyi ilə bağlı keçirilən mərasimi yada salaq. Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Ruanda prezidenti Pol Kaqamenin Parisi sərt formada tənqid atəşinə tutmasına etiraz olaraq tədbiri tərk edib. Prezident bəyan edib ki, Paris Ruanda soyqırımına görə məsuliyyətin bir hissəsini daşıyır.
“Afrika Holokostu” kimi tarixə düşən bu soyqırımı ilə bağlı hazırda matəm tədbirləri keçirilir. Maraqlı olan odur ki, son 30 ildə faciədə kimin günahkar olduğu sualına hələ də dəqiq cavab tapılmayıb: münaqişə tərəfləri bir-birini və beynəlxalq ictimaiyyəti günahlandırmaqda davam edir. Ruanda məhkəmə sistemi məlum olaylarla əlaqədar açılmış minlərlə cinayət işinin öhdəsindən gələ bilmir, qırğınların təşkilatçılarının bir çoxu xaricdə sığınacaq tapıb. Qurbanların yaxınları isə ədalətə nail ola bilmədiklərinə görə qisas almağı yeganə çıxış yolu sayırlar.
Üzürü qəbahətindən betər
Həqiqət qızıl kimidir, gec-tez üzə çıxır və həqiqi dəyərini alır. Prezident E.Makronun Ruanda faciəsinin 30-cu ildönümü ilə bağlı səsləndirdiyi fikirlər bu həqiqəti bir daha təsdiqləyir. “Fransa 1994-cü ildə Ruandada tutsilərə qarşı törədilən soyqırımın qarşısını ala bilərdi, lakin bunu etmək istəməyib”. Bu fikirlər Makronun Ruandada qırğınların başlanmasının 30-cu ildönümü ilə bağlı videomüraciətində yer alıb. Videomüraciətdə məlum olur ki, Fransa Qərbdəki və Afrikadakı müttəfiqləri ilə birlikdə soyqırımı dayandıra bilərdi, lakin ölkənin bunu etmək istəyi olmayıb.
Xatırladaq ki, Makron hələ 4 il bundan əvvəl Ruanda soyqırımına görə Fransanın məsuliyyətini qəbul edib. Ancaq Fransanın dövlət başçısının üzürü qəbahətindən betərdir. Ruanda dövləti Parisdən rəsmi qaydada üzr istəməyi tələb edir. Bu tələbə məhəl qoymayan qarşı tərəf isə yenə də ortaya hikkə qoyaraq adekvat addım atmağa tələsmir. 2006 və 2009-cu illərdə Paris və Kiqali arasında diplomatik münasibətlərin pozulmasına gətirib çıxaran Fransanın soyqırımından əvvəl, soyqırımı zamanı və ondan sonrakı rolu ilə bağlı suallar illərdir aktual mövzu olaraq qalır. Bu səbəbdən də Ruanda da və beynəlxalq ictimaiyyətdə Fransanın yaxasını məsuliyyətdən kənara çəkdiyinə görə qınaqlar artır. Ruanda Mülki Partiyalar Alyansının (CPCR) həmtəsisçisi Alən Qotye Fransa prezidentinin bu etirafını tamamilə doğru hesab etsə də, yetərli olmadığını qeyd edib. Bildirib ki, Fransanın Ruanda genosidində əli olduğunu tanımasını və bununla bağlı təzminatlar ödəməsini istəyirlər.
Genosidlə bağlı Parisdə keçirilən konfransda bir neçə insan haqları assosiasiyası Ruandada tutsi soyqırımı zamanı əsgərlərin və fransız məmurlarının iddia edilən məsuliyyətlərini hədəf alan hüquqi proseslərdə Fransa hakimiyyətinin davamlı maneələrini və bu soyqırımı ilə bağlı qadağaları pisləyib. Bildirilib ki, Fransa hakimiyyət orqanlarının tutsi soyqırımı ilə bağlı prosedurlara mane olmasına, eləcə də cəzasızlığa son qoyulmalıdır.
Tarixçilərin hesabatında Fransanın ağır və təkzibedilməz məsuliyyət daşıması, o dövrün sosialist hakimiyyətinin belə bir irqçiliyə göz yumması, Parisin o vaxt dəstəklədiyi hutu hökumətini soyqırımına sürükləməsi qənaətinə gəlinib. Fransa 90-cı illərin əvvəllərində Ruandada etdiyi bütün səhvlərini tanımaqla ən doğru addım atmış olardı. Bir çox assosiasiyalar soyqırımında əli olduğunu rəsmən tanımaqla və təzminat ödənilməsi də daxil olmaqla digər hüquqi prosedurları yerinə yetirməklə Fransanın daha da irəli getməsi istəyində olduqlarni, E.Makron hakimiyyətinə qarşı sonadək mübarizə aparacaqlarını bildiriblər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

