Miqrant axını...
17.04.2024 [10:32]
Böyük Britaniya qanunsuz miqrantları Ermənistana göndərə biləcəkmi?
Miqrant problemi Avropa ölkələri üçün artıq ciddi narahatlıqlar yaratmağa başlayıb. Bir sıra ölkələrdə miqrantlarla bağlı qayda-qanunların sərtləşdirilməsi təklifləri səsləndirilir. Avropa ölkələri miqrant məsələsini terrorla daha çox əlaqələndirirlər. Bu baxımdan onlar qanunsuz miqrantların öz ölkələrinə qaytarılmasını müzakirə edirlər. Böyük Britaniya hökuməti isə Krallıqdan qovulan qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb. Onların arasında Ermənistan da var.
“The Times” qəzetinin yaydığı məlumata görə, krallığın Xarici İşlər Nazirliyi qanunsuz miqrantların ölkədən çıxarılması məsələsinin dörd dövlət - Ermənistan, Botsvana, Kot-d`İvuar və Kosta-Rika - ilə müzakirəsini aparır. Qəzet yazır ki, London məhz bu dörd ölkə ilə Böyük Britaniya və Ruanda arasında əvvəllər əldə edilmiş razılaşmanın analoqunu bağlamağı gözləyir. Braziliya, Kolumbiya, Paraqvay, Peru və Ekvadorla mümkün əməkdaşlıq məsələsi də qaldırılsa da, Krallığın Xarici İşlər Nazirliyi bu ölkələrin hakimiyyət orqanlarının bununla xüsusi maraqlanmayacaqlarını da istisna etmir. Britaniyanın dialoqa başlaya biləcəyi Anqola, Kabo-Verde, Tanzaniya, Toqo, Seneqal və Syerra-Leonenin daxil olduğu Afrika dövlətlərinin ehtiyat siyahısı da mövcuddur. Qambiya, Mərakeş, Namibiya və Tunis isə krallıqla məsələni müzakirə etməkdən imtina ediblər.
Qəzet xatırladıb ki, Böyük Britaniya artıq bir il yarımdır, krallıqdan qovulmuş qeyri-qanuni mühacirləri qəbul etməyə hazır olacaq ölkələri axtarır. Baş nazir Rişi Sunak ötən ilin payızında müvafiq sazişlər bağlamağa ümid etsə də, Britaniya səlahiyyətliləri Ruandaya bir nəfər də olsun qanunsuz miqrantgöndərə bilmədiyi üçün danışıqları dayandırıb. Qəzetin vurğuladığı kimi, London İrəvanla texniki danışıqlara ötən ilin sentyabrında krallığın xarici işlər nazirinin müavini Leo Dokertiİrəvana səfər edərkən başlayıb. Ancaq Britaniya parlamenti yeni qanuna səs verdikdən sonra Ermənistan hakimiyyəti Ruanda ətrafında vəziyyətin inkişafını gözləyir.
Rəsmi İrəvan da məsələyə öz münasibətini bildirib. Xarici İşlər Nazirliyi qanunsuz miqrantların Ermənistana göndərilməsi ilə bağlı xəbəri cavablandırıb. Qeyd olunub ki, Ermənistan və Böyük Britaniyanın geniş siyasi dialoq gündəliyi var, lakin konkret bir nəşrdə (“The Times”) qaldırılan məsələ ilə bağlı heç bir əsaslı və texniki danışıqlar aparılmayıb. Ümumiyyətlə, bu hadisə Avropada erməni miqrantların gələcəyini gündəliyə çıxarır. Qeyd edək ki, hazırda Böyük Britaniyada ermənilərin sayı 20 mindən çoxdur. Krallıqda bir neçə erməni təşkilatı var - Erməni Ümumi Xeyriyyə İttifaqı (AGBU), Erməni İcması və Kilsəsi Şurası, Erməni İnstitutu və başqaları. Bundan başqa, Britaniyada birgünlük məktəblər, idman cəmiyyətləri və s. fəaliyyət göstərir. İngiltərədə erməni dilində 20 qəzet nəşr olunur. Erməni icması üzvlərinin çoxu Birinci Dünya müharibəsi illərində krallığa köç edib. Sovet İttifaqı dağılandan sonra ermənilərin krallığa yeni miqrasiyası başlayıb. 2020-ci ildən sonra onlar Fransaya, oradan isə La-Manş boğazından keçməklə qanunsuz olaraq Böyük Britaniyaya keçiblər.
Hazırda Böyük Britaniyanın bu istiqamətdə atdığı addmlar bu ölkəyə qanusuz miqrasiya etmiş ermənilərə də aiddir. Təbii ki, istənilən dövlətin qapısı qanunsuz miqrasiyaya bağlıdır. Çünki onlar keçmək istədikləri ölkə üçün yalnız sosial problem yaratmır, həm də perspektivdə dövlətin təhlükəsizliyinin təhdid mənbəyi olurlar. Bu baxımdan erməni icması da yerləşdiyi istənilən ölkədə terror quruluşlarına dəstək verə bilər. Ermənilərin Avropada türklərə qarşı belə cinayətlər törətmələrinin “ənənəsi” mövcuddur. ASALA terror qruplaşmasının fəaliyyət göstərdiyi ölkələr sırasında Livan, Türkiyə, ABŞ, Fransa, Yunanıstan, İsveçrə, İspaniya, Avstriya ilə yanaşı, Böyük Britaniya da var.
Eləcə də, Rusiya ilə Ermənistanın münasibətlərinin perspektivdə mümkün pisləşməsi ermənilərin Avropaya, xüsusilə Fransaya yeni köçünə təkan verə bilər. Bu halda La-Manş boğazından qanunsuz köçkünlər, o cümlədən ermənilərin Britaniya keçməsi mümkündür. Lakin Britaniyadan Ermənistana miqrant axını bu ölkə üçün yeni problemlər yaradacağı şübhə doğurmur. Sosial böhran məngənəsində olan Ermənistana miqrant axını yeni çətinliklər yaradacaq. Burada İngiltərə hökuməti İrəvana müəyyən qədər maliyyə dəstəyi versə də, bu, vəziyyəti dəyişdirməyəcək. Rusiya Dövlət Dumasının deputatı AlekseyQovirin də hesab edir ki, Ermənistanın hüquq-mühafizə sistemi və hakimiyyət orqanları Böyük Britaniyadan gələn immiqrant axınına tab gətirə bilməyəcək. Onun sözlərinə görə, bu, tam şəkildə ölkənin məhvi ilə nəticələnə bilər. Dumanın deputatı Ukraynadan olan qaçqınların taleyini xatırladıb və qeyd edib ki, britaniyalılar əvvəlcə yüz minlərlə ukraynalıları sənədsiz qəbul ediblər, daha sonra qaçqınların özgə ərazidə saxlamaq və problemləri başqasının hesabına həll etmək üçün Afrikaya göndərilməsi haqqında qanun qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

