Dusenin fransızsayağı erməni sevdası...
14.05.2024 [10:16]
Qərbi Azərbaycan İcması Fransadan destruktiv əməllərinə son qoymağı tələb edib
Fransanın hazırkı mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənilərin maraqları naminə bu ölkə beynəlxalq hüquqa hörmətsizlik edir, bəşəri dəyərləri ayaqlar altına atır. Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Eyni zamanda, Fransa parlamentinin qərarları beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımdır. Fransa parlamenti hələ 2020-ci ilin noyabrında - Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərdən qısa müddət sonra o vaxt Qarabağdakı separatçı rejimin tanınmasının zərurəti haqda qətnamə qəbul etmişdi. Eləcə də, ordumuz Qarabağda erməni separatizminin kökünü kəsərək suverenliyimizi tam bərpa etdikdən sonra rəsmi Paris ölkəmizə qarşı qərəzini daha da artırıb. Fransanın Ermənistanı silahlandırması isə Cənubi Qafqazda yeni müharibə təhlükəsi yaradır.
Bugünlərdə isə Fransanın Lion şəhərinin meri Qreqori Duse erməni diasporunun bir qrup radikal üzvü ilə birlikdə “böyük Ermənistan” adlanan sərsəm xülyanın xəritə təsviri qarşısında foto çəkdirərək region ölkələrinin ərazi bütövlüyünə qarşı qəsd etmiş və bölgədə gərginliyi artırmaq üçün Ermənistandan alət kimi istifadə etməyə cəhd göstərib. Bu, Qreqori Dusenin ilk ermənipərəst davranışı deyil. O, həmişə ermənilərə, Qarabağ separatçılarına dəstək verib. Xatırladaq ki, hələ ötən il aprelin əvvəlində Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti fəallarının keçirdiyi ekoaksiyasının davam etdiyi zaman Lion meri İrəvana səfər edərək orada separatçıların nümayəndələri ilə görüşmüşdü. Həmin hadisələr zamanı Qreqori Duse, görünür, Azərbaycanın sərhədlərini qanunsuz keçməyə cəsarəti çatmayıb, Xankəndiyə gələ bilməsə də, separatçılarla İrəvanda görüşərək təlimatlarını vermişdi. Amma fransız mer və onunla həmfikir olanlar bilməlidirlər ki, daha əvvəlki xəyallar və rəvayətlər dövrü bitib, Azərbaycan öz sərhədlərini əminliklə qoruyur, artıq Qarabağ separatçılardan da tam təmizlənib.
Bununla belə, görünür ki, fransız siyasilər beynəlxalq hüquq və qanunları kobud şəkildə pozurlar. Lion şəhər merinin uydurma “böyük Ermənistan” xəritəsinin önündə şəkil çəkdirməsi də növbəti təxribatdır. Əslində Ermənistan cəmiyyəti anlamlıdır ki, bu kimi tendensiyalar məhz özlərinə zərər vurur. Çünki belə xəyallarla yaşamaq, başqa xalqların torpağına göz dikmək onları fəlakətə sürükləyir. Bu səbəbdən də fransız Qreqori Duse kimilərinin təxribatçı davranışlarına, ümumilikdə Fransanın yalan vədlərinə inanmamalıdırlar.
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması Lion şəhər merinin sözügedən təxribatı ilə bağlı bəyanat verib. Bəyanatda Fransanın siyasi dairələri, təxribatçı əməllərini davam etdirdiyi qeyd olunub: “Xatırladaq ki, Qreqori Duse vaxtilə məlum separatçı dairələrlə müntəzəm görüşlər keçirərək Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətə fəal dəstək verib. Bundan əlavə, Lion meri Ermənistanda Azərbaycan mədəni irsinin yer üzündən silinməsində yaxından iştirak edir. Məhz onun təşəbbüsü ilə Lion meriyası və İrəvan bələdiyyəsi İrəvandakı tarixi Təpəbaşı məhəlləsinin qalıqlarının dağıdılması layihəsinə başlamışlar”.
Qərbi Azərbaycan İcması Qreqori Dusenin təxribatçı hərəkətlərini və Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb, Fransadan destruktiv əməllərinə son qoymağı tələb edib.
Onu da qeyd edək ki, Fransada şəhər bir çox merlərinin ermənipərəst olması sanki “ənənəyə” çevrilib. Buna misal olaraq Parisin meri Ann İdalqonu da göstərmək olar. Bu, həmin İdalqodur ki, 2020-ci ilin Vətən müharibəsindən dərhal sonra Paris meriyasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşdığı ilə bağlı bəyanat yaymışdı. Ötən il Laçın yolunda quraşdırılan sərhəd buraxılış məntəqəsinə görə Azərbaycanı “hədələyən” İdalqo hətta Fransadan Laçın məntəqəsi istiqamətində göndərilən “TIR karvanı”nına da başçılıq etmişdi. Paris merinin Ermənistanın həm əvvəlki, həm də indiki siyasi hakimiyyəti ilə sıx əlaqədədir, onun ən yaxın adamı, müavini isə Fransada erməni təşkilatlarının koordinasiyası şurasının rəhbəri Jan-Mark Ara Tonoyanın qızı Anuş Toronyandır.
Əlbəttə, belə faktların sayını kifayət qədər artırmaq mümkündür. Bütün bunlar deməyə əsas verir ki, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Rəsmi Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45

