Paşinyan erməni “üçlüyünü” dağıdır...
30.05.2024 [10:35]
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılığın əldə olunması və Qazax rayonunun 4 kəndinin geri qaytarılması erməni cəmiyyətində revanşist qüvvələri fəallaşdırıb. Bu qüvvələr vəziyyətdən sui-istifadə edərək Paşinyan hakimiyyətini devirməyə çalışırlar. Etiraz aksiyalarına Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri olmuş arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir. Keşiş Baqrat baş nazir vəzifəsinə namizədliyini irəli sürdüyü üçün dini vəzifələrini “dondurub”. Onun rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatı son günlər Ermənistanda sabitliyi pozub. Tavuş vilayətindən yürüş təşkil edərək mayın 9-da İrəvana çatan Baqrat bir neçə gündür ki, Ermənistan hökuməti üçün başağrısına çevrilib.
Keşiş mayın 27-də Ermənistanda vətəndaş itaətsizliyi elan etsə də, polis iğtişaş törədənlərə qarşı sərt tədbirlər gördü, xeyli sayda etirazçı həbs olundu. Nədənsə, insan hüquqları və demokratiyadan danışan Qərb ölkələri və beynəlxalq təşkilatlar Ermənistandakı etiraz aksiyalarının iştirakçılarına güc tətbiq edilməsini pisləmədilər.
Artıq etiraz aksiyaları getdikcə zəifləyir, Baqratın çağırışına əməl edənlərin sayı da azalır. Mayın 27-də keşişin çağırışı ilə İrəvanda bir sıra küçələr, o cümlədən magistral yollar bağlanılsa da, polis qısa zamanda yolların açılmasını təmin edib. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda ölkə müxalifətinin birinci siması kimi görünən keşiş Baqrat Qalstanyanla görüşməkdən də imtina edib və bu barədə suala zarafatla cavab verib: “Vətəndaşlarla və müxtəlif insanlarla görüşlər keçirirəm, mənimlə görüş prosedurları var, mənimlə görüşmək üçün növbəyə yazılmaq istəyənlər bunu pulsuz edə bilərlər”.
Hətta Ermənistanın daxili işlər naziri də keşiş Baqratla görüşməkdən imtina edib. Belə ki, B.Qalstanyan tərəfdarları ilə birlikdə mayın 29-da Ermənistan Daxili İşlər Nazirliyinin binasına gəlsə də, məqsədinə çatmayıb. Etirazçılar Qalstanyanla daxili işlər naziri Vahe Qazaryan arasında görüş tələb ediblər. Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan Baqrata yaxınlaşaraq nazirin hazırda görüşlər keçirdiyini və onu qəbul edə bilməyəcəyini bildirib. Dünən etirazçıların Paşinyanın da olduğu parlament binasını mühasirəyə almaq cəhdləri də uğursuz olub.
Əlbəttə, keşiş Qalstanyanın bu prosesdə təkbaşına deyil, başqalarının dəstək aldığı məlumdur. Ona dəstək verənlər kilsə, erməni diaspor-lobbi təşkilatları və ölkədəki revanşist müxalifətdir. Kilsə, diaspor-lobbi təşkilatları və revanşist müxalifətdən ibarət olan üçlüyün məqsədi indiki hakimiyyəti tezliklə devirməkdən ibarətdir. Lakin N.Paşinyan gedişləri ilə həmin erməni üçlüyünün ittifaqını dağıtmış olur.
Ümumiyyətlə, Ermənistanda hakimiyyət bölgüsündə din xadimlərinin yeri yoxdur. Paşinyan keşişin başladığı “hərəkatla” bağlı deyib ki, onların gömrükdən keçirdikləri mallarını siyahısını əldə etdikdə fərqli mənzərə ortaya çıxar: “Ancaq bu mallar arasında “İncil”, “Əhdi-cədid” və dinə dair başqa məsələləri görə bilməzsiniz. Onların mənəvi məsələlərlə əlaqəsi olmadığı üçün siyasi çıxış etmələrində təəccüblü heç nə yoxdur. Bəlkə, onlar heç Müqəddəs Kitabı da axıradək oxumayıblar”.
Üçlüyə daxil olan erməni kilsəsi Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının əsas tərəflərindən biridir. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında, ermənilərin işğalçılıq siyasətini davam etdirməyə ruhlandırılmasında II Qareginin “əməyi” çox yüksəkdir. Bu da məlumdur ki, indiyə qədər region və Ermənistan üçün bütün ciddi hadisələr zamanı kilsə özünün məqsədlərinə uyğun olaraq müdaxilələr edib. Həm də, II Qaregin də erməni xalqının başına gələn bəlalarda Koçaryan və Sarkisyan qədər cavabdehlik daşıyır. Revanşist müxalifət olan Koçaryan-Sarkisyan cütlüyü erməni cəmiyyətində nüfuzu olmadığı üçün kilsənin kölgəsində gizlənməyə çalışır. Digər tərəfdən, kilsə və siyasi revanşistlər xaricdəki erməni diasporu və lobbisi ilə fəal əlaqədədirlər. Onlar Paşinyanın devrilməsində diasporla lobbinin imkanlarından yararlanmaq istəyirlər.
Göründüyü kimi, revanşist təfəkkürlü din xadimləri erməni cəmiyyətinin önündə gedir. R.Köçəryan və S.Sarkisyanın timsalında revanşist siyasi müxalifətin Ermənisan cəmiyyətində heç bir nüfuzu olmadığı üçün bu dəfə kilsəni qabağa veriblər. İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs almayan bu üçlük öz xalqını revanşizmə meylləndirmək üçün xüsusi canfəşanlığa davam edir. Lakin N.Paşinya onlara qarşı müəyyən arqumentlər ortaya qoyur, xüsusilə son 20 ildə üçlüyün Ermənistanın gələcəyi üçün heç bir addım atmamaqda ittiham edir. Paşinyan həmçinin ölkəsinin indiki vəziyyətə düşməsinin məhz sözügedən üçlüyün “xidməti” hesab edir. Ona görə də, hökumət onları mümkün qədər zərərsizləşdirməyə çalışır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

