“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” müzakirə edilib
28.09.2012 [16:40]
Dünən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında dövlət başçısının 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” müzakirə edilib.
Tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun icrasına nəzarətin həyata keçirilməsi ilə bağlı müvəkkilin vəzifələri barədə məlumat verib, bütün dünyada olduğu kimi respublikamızda da informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Ombudsman ona verilmiş yeni səlahiyyətlərlə əlaqədar olaraq kütləvi informasiya vasitələrinin təmsilçiləri, media hüquqları üzrə tanınmış ekspertlər, dövlət qurumlarının mətbuat rəhbərləri ilə məsləhətləşmələr keçirdiyini qeyd edib.
Ombudsman, həmçinin Prezidentin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda informasiya azadlığının təmini məsələləri barədə məlumat verib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Milli Fəaliyyət Planı cəmiyyətin dövlət idarəçiliyi sistemində, dövlət orqanlarının fəaliyyətində iştirakı, ona nəzarət etməsi məqsədini həyata keçirmək üçün olduqca səmərəli mexanizmdir. Burada əsas diqqət dövlət orqanları ilə media arasında təmaslara yönəlməlidir. Çünki məhz medianın əsas fəaliyyət istiqamətlərindən biri dövlət orqanlarının fəaliyyəti haqqında cəmiyyəti operativ, dolğun və obyektiv məlumatlandırmaqdır.
V.Əliyev bildirib ki, 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi dövlət orqanlarının, təşkilat və müəssisələrin, bələdiyyələrin öz fəaliyyətləri haqqında cəmiyyəti məlumatlandırılmasının təkmil formada hüquqi əsaslarını yaratdı. Qanunun icrası nəticəsində mətbuat xidmətlərinin fəaliyyətində ciddi irəliləyişlər əldə olunub, dövlət orqanlarının internet informasiya resursları formalaşdırılıb və ardıcıl şəkildə təkmilləşdirilib, mətbuat xidmətlərinin peşəkarlığı yüksəlib.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, müvafiq qanuna və Milli Fəaliyyət Planına uyğun olaraq dövlət qurumlarında informasiya azadlığı üzrə məsul struktur bölmələr və ya şəxslər müəyyən edilməli, informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları qəbul olunmalı, elektron informasiya dövriyyəsinin təmin edilməsi məqsədi ilə vahid sistem yaradılmalı, mövcud strukturda bütün açıq informasiyalar vahid məkanda toplanmalı və ya sənədlərin reyestri yaradılmalıdır. Yəni, sorğu daxil olduqda informasiyanın verilməsinə məsul şəxs ayrı-ayrı strukturlara müraciət etməməlidir və sorğunu qanunla müəyyən edilmiş qaydada operativ və ya müəyyən müddətə cavablandırmalıdır. Məhz belə olduqda cəmiyyətin media vasitəsilə operativ məlumatlandırılması tələbi tam yerinə yetirilə bilər.
Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib, müzakirələr aparılıb.
HÜLYA
Xəbər lenti
Hamısına baxSosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01

