Türkiyədən gələn qardaş təbrikləri
21.06.2024 [10:00]
Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı ən yüksək səviyyədədir. Onlar tarixi bağlara, ortaq milli-mənəvi dəyərlərə əsaslanmaqla çətinliklərin öhdəsindən birlikdə gəlirlər, eyni zamanda, xoş günlərin sevincini daim bir-biri ilə bölüşürlər.
Bu günlərdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı qardaş ölkənin rəsmilərindən Azərbaycan xalqının ünvanına çoxsaylı səmimi təbriklər ünvanlanıb. O cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Türkiyə Prezidentinin “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib. Paylaşımda deyilir: “Can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi hisslərimlə təbrik edir, bütün azərbaycanlı qardaşlarıma salam və məhəbbətimi çatdırıram. Yaşasın Azərbaycan!”.
Həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş da Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Türkiyə parlamenti spikerinin sosial şəbəkələrdəki hesablarında paylaşdığı təbrik mesajında qeyd olunub: “Tarixi, mədəni və siyasi əlaqələrin daha da üzərində olan sarsılmaz bir dostluqla bir-birimizə bağlı olduğumuz can Azərbaycanın 15 iyun - Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm”.
TBMM-nin spikerinin təbrikində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına istinad olunur. Numan Kurtulmuş sosial şəbəkələrdəki səhifələrində Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını da yerləşdirib.
Eyni zamanda, Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər. Belə ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Polat, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu qardaş Azərbaycana təbriklərini çatdırıblar.
Türkiyə hökuməti üzvlərinin sosial şəbəkələrdəki səhifələrində yerləşdirdikləri paylaşımlarda iki ölkənin qardaşlıq və dostluğunun sarsılmazlığına xüsusi diqqət yetirilir, Azərbaycanın gələcək uğurlarına inam ifadə olunur.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin təbrik mesajında Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə də istinad olunur. Nazir Azərbaycan və Türkiyənin birlik və həmrəyliyinin bundan sonra da regionda sülhün və təhlükəsizliyin təminatçısı olacağına əminliyini ifadə edib.
15 İyun - Milli Qurtuluş Günü müstəqil Azərbaycanın tarixində çox böyük bayramdır. 15 iyun 1993-cü ildə bütün varlığı ilə doğma Vətəninə bağlı olan müdrik siyasətçi Heydər Əliyev respublikamızda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdıb. Bundan sonra Onun verdiyi müdrik qərarlar sayəsində müstəqilliyimiz üçün yaranan daxili və xarici təhdidlərə son qoyuldu, ölkəmiz sabitliyə qovuşdu və inkişafa istiqamətləndi. Qurtuluşdan başlayan yol Azərbaycanı tarixi zəfərlərə qovuşdurdu. Azərbaycan xalqı tarixinin dönüş nöqtəsini həmişə böyük sevinc və qürur hissi ilə qeyd edir. Türkiyədən gələn çoxsaylı təbriklərdən də göründüyü kimi, Azərbaycan xalqı üçün əlamətdar olan bu tarixə qardaş ölkədə də böyük önəm verilir. Bu təbriklər bir daha təsdiqləyir ki, Azərbaycan və Türkiyə bundan sonra da həmişə birlikdə olacaq və çiyin-çiyinə yeni-yeni nailiyyətlərə doğru irəliləyəcəklər.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

