Okampo yenidən erməni səhnəsində
26.07.2024 [10:10]
Ayrı-ayrı Avropa ölkələrində erməni lobbisinin at oynatdığı, Azərbaycanofobiyanın geniş intişar tapdığı hər kəsə bəllidir. Burada biz koordinasiya edilmiş məkrli fəaliyyətləri izləyirik. Lobbi Azərbaycanofobiyaya mübtəla olmuş vəzifəli şəxslərə, parlament təmsilçilərinə ölkəmizin əleyhinə sifarişlər verir və onlar da aldıqları rüşvət müqabilində verilən tapşırıqları yerinə yetirməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Belələrindən biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Luis Moreno Okampodur. Adı Qərbdə respublikamıza qarşı qərəzli davranışlar nümayiş etdirənlərin siyahısında ön sıralarda gələn Luis Moreno Okampo bu günlərdə yenidən fəallaşıb. O, aldığı sifarişlər əsasında dünya ermənilərini noyabrda Azərbaycanda keçiriləcək COP29-a qarşı kampaniyaya başlamağa çağırış edib.
Qaranlıq keçmişə malik birisi
Luis Moreno Okampo haqqında qısa şəkildə belə deyə bilərik: O, qaranlıq keçmişə malik birisidir. Həmin qaranlıq dünyadan bəzi məqamlara işıq salaq. Yeri gəlmişkən, bununla bağlı transmilli mediada zaman-zaman Okamponu ifşa edən çoxsaylı məlumatlar dərc olunub. Almaniyanın nüfuzlu “Spiegel” nəşrinin 2017-ci ildə dərc etdiyi qalmaqallı məqalədə Okamponun hələ prokuror işlədiyi dövrdə vergi cənnətləri sayılan Panama və Virciniya adalarında müxtəlif şirkətlərə idarəçiliyi həyata keçirdiyi, ancaq bunu bəyan etmədiyi barədə məqamlar yer alıb. Eyni zamanda, o, bir sıra məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşıb. Bu siyahıda aktyorlar Ancelina Coli, Corc Kluni, EBAY-ın həmtəsisçisinin həyat yoldaşı Pierre Omidyarın adları keçir.
Başqa faktlar barədə. 2012-ci ilin 15 avqust tarixində - BCM-in prokuroru vəzifəsindən ayrıldıqdan cəmi 2 ay 10 gün sonra Okamponun Hollandiyanın ABN Amro bankındakı hesabına 50 min dollar pul köçürülüb. Pul İsveçrədəki hesabdan daxil olmuşdu və Panamada yerləşən “Tain Bay” korporasiyası tərəfindən Avropaya göndərilmişdi. Pul transferləri getdikcə artmağa başladı. Növbəti aylarda 140 min dollar Hollandiyadakı hesaba bir neçə tranşla yenə də Panamadan daxil oldu. Bəlkə də, Okampo hər şeyi inkar edəcəkdi, əgər jurnalist araşdırmaları onunla bağlı təkzibolunmaz faktları üzə çıxarmasaydı. Beləliklə, əldə edilən məlumatlardan və bəzi sənədlərin jurnalistlər tərəfindən araşdırılmasından sonra Panamadakı “Tain Bay” korporasiyasının arxasında həqiqətən də Okamponun və həyat yoldaşının olduğu təsdiqləndi. Moreno prokuror kimi fəaliyyətini başa vurduqdan sonra aktivlərini təmkinli şəkildə dəyişdirmək istəyirdi. Eyni zamanda, “Tain Bay” Okamponun yeganə ofşor şirkəti deyil. Sənədlər sübut edir ki, keçmiş prokuror həm də Britaniya Virciniya adalarında (BVI) da bir şirkətin sahibidir. Belizdəki “Lucia Enterprises” şirkəti də onun həyat yoldaşına məxsusdur. Okampo ailəsinin nəzarətində olan daha bir şirkət - “Transparent Markets” Uruqvayda qeydiyyatdan keçib.
Okampo ailəsinin öz şirkətlərini qayda-qanunlardan uzaq yerlərdə qurması və onlara distant idarəçiliyi həyata keçirməsi də səbəbsiz deyil. Okampo özü bəhs olunan məkanların qayda-qanunlarına yaxşı bələddir. Axı o, bir vaxtlar Transparency International təşkilatının Latın Amerikası və Karib hövzəsi üzrə prezidenti vəzifəsində çalışıb. Təşkilat uzun müddətdir ki, vergi cənnətlərində maliyyə sirri ilə “mübarizədə” fəaldır. Məlum məkanlarla uzun illəri əhatə edən tanışlıq, burada qurulan əlaqələr Okamponu sehirli bir qüvvə kimi həmin yerlərdə şəxsi biznes qurmağa sövq edib.
Eyni zamanda, Avropa İstintaq Əməkdaşlıq şəbəkəsi Moreno Okamponun Liviyadakı hərbi cinayətkarları dəstəkləməkdə şübhəli bilinən müştərisi olmasi barədə hesabat təqdim edib. Həmin hesabatda Okamonun da adı keçir.
Ermənistanın iştirakı olmadan erməni separatçılarına himayədarlıq
Ermənidən artıq erməni olmağa çalışan eks prokuror dünya ermənilərinə ünvanladığı açıq məktubunda kütləvi informasiya vasitələrinin Azərbaycanda cəza çəkən qondarma rejimin separatçı “rəhbərlərini” azad etmək üçün kampaniyaya başlamasını istəyib. Qeyd edək ki, Okampo bu havaya xeyli vaxtdır ki, qol götürüb oynayır. Belə görünür ki, erməni lobbisindən gələn şabaşlar onu COP29 ərəfəsində yenidən cuşa gətirib. Okampo 44 günlük müharibə zamanı Gəncə və digər şəhərlərimizin bombalanması əmrini şəxsən verdiyini etiraf edən Araik Arutyunyan, qondarma quruma rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyan, erməni milyarder Ruben Vardanyanla şəxsən tanış olub. Okampo erməni lobbisinin sifarişlərinə uyğun olaraq separatçı rejimə dəstək göstərib və bunu daha “səmərəli” şəkildə etmək üçün “liderlərlə” təmaslar qurub. Təsdiqlənən faktdır ki, vaxtilə Araik məhz Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib. Eks prokuror da tapşırığı yerinə yetirib və Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat dərc edib. Keçmiş prokurorun Qarabağda “humanitar fəlakət” yaşanması ilə bağlı yersiz iddiası hətta Qərb mediası tərəfindən təkzib olunmuşdu. Bu dələduz işğaldan azad edilən Qarabağda “etnik təmizləmə”lərə yol verildiyini belə iddia edib.
Burada bir məqama xüsusi diqqət çəkmək lazım gəlir. Lobbi ilə Ermənistan hakimiyyəti arasında adları Okamponun siyahısında yer alan separatçılara münasibətdə ortaq mövqe yoxdur. Rəsmi İrəvan qeyd olunan şəxslərlə bağlı heç bir mövqe ortaya qoymayıb. Belə çıxır ki, xaricdəki erməni lobbisi Ermənistan hakimiyyətinin iradəsinə zidd olaraq separatçılara himayədarlıq edir və Okampo da bu xorda yer alır.
Ancaq xaricdəki erməni lobbisi və onların sifarişlərini yerinə yetirən okampolar nə qədər fəallıq göstərsələr də, Azərbaycanın separatçılarla bağlı qəti, birmənalı mövqeynə hər hansı bir təsir göstərə bilməyəcəklər. Separatçılar Azərbaycana qarşı dövləti cinayətə yol veriblər, onların əli dinc azərbaycanlıların qanına batıb. Buna görə də separatçıların istintaq təcridxanasında oturub məhkəmənin onlara kəsəcəyi ağır cəzanı gözləməkdən başqa carələri yoxdur.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

