2 qızıl, 2 gümüş və 3 bürünc...
13.08.2024 [10:17]
Sizinlə fəxr edirik!
“Paris - 2024” 33-cü Yay Olimpiya Oyunlarının son günləri Azərbaycan idmançıları üçün uğurlu olub. Belə ki, onlar ölkəmiz adına daha üç medal - sərbəst güləşçi Maqomedxan Maqomedov bürünc, sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc, bokusçu Alfonso Dominqes gümüş medal qazanıblar. Eyni zamanda, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris Olimpiadasında tarixi nəticəyə imza atıb.
Birinci vitse-prezidentin idmançılara təbrikləri
“Paris - 2024” 33-cü Yay Olimpiya Oyunlarında idmançılarımızın keçirdikləri görüşlər ölkəmizdə böyük diqqətlə izlənilirdi. Təbii ki, gərgin mübarizə şəraitində qazanılan hər uğura sevinirdik və bununla qürur duyurduq. Olimpiada günlərində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qızıl medal qazanan idmançılara telefon açaraq onları şəxsən təbrik etdilər. Eləcə də Mehriban xanım Əliyeva idmançılarımzın qazandıqları uğurlarla bağlı sosial şəbəkə hesabında ayrıca paylaşımlar etdi. Birinci vitse-prezident öz ənənəsinə sadiq qalaraq idmançılarımızın olimpiadanın son günlərində əzmkar mübarizə aparıb komandamızın medal sayını artırmalarına da sosial şəbəkə hesabında etdiyi yeni paylaşımlarla diqqət çəkib. Mehriban xanım Əliyeva paylaşımlarında sərbəst güləşçi Maqomedxan Maqomedovu bürünc, sərbəst güləşçisi Giorgi Meşvildişvilini bürünc, bokusçu Alfonso Dominqesi gümüş medal qazanmaları münasibəti ilə təbrik edərək onlara daha böyük uğurlar arzulayıb.
Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atması münasibətilə təbrik edib. Birinci vitse-prezidentin bununla bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımında oxuyuruq: “Əhsən! Sizinlə fəxr edirəm! Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinizə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!”.
Qızıl medal qazanan idmançılara edilən zənglər, bəhs olunan paylaşımlar Azərbaycanın dövlət başçısının, birinci vitse-prezidentin xaraktercə səmimi olduqlarının, eyni zamanda, Azərbaycan adına yazılan hər uğura necə böyük həssaslıqla yanaşdıqlarının ifadəsidir. İdman dünyada ölkəni və xalqı tanıdan ən güclü vasitələrdən biridir. Biz qürur duyuruq ki, idmançılarımız “Paris - 2024” - də Azərbaycanı yaxşı tərəfdən tanıtmağa, himnimizi səsləndirməyə, bayrağımızı ucaltmağa nail oldular.
Medal sıralamasında ölkəmizin yekun mövqeyi
Artıq ölkələrin “Paris - 2024” - də hansı yerdə qərarlaşdıqları bəllidir. O cümlədən Azərbaycanın Yay Olimpiya Oyunlarında medal sıralamasındakı yekun mövqeyi bəlli olub. Olimpiadada 7 medal qazanan ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Bununla da Azərbaycan medal əyarına görə Tokio olimpiadasındakı nəticəsini yaxşılaşdırıb. İdmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdular.
Qeyd edək ki, Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub.
İdmanın inkişafına davamlı dövlət qayğısı
Olimpiadalarda, digər nüfuzlu çempionatlarda əldə olunan qələbələrədək idmançılar uzun və çətin yol keçirlər. Hər uğurun arxasında gərgin məşqlər, hazırlıqlar və əlbəttə ki, dövlət qayğısı dayanır. Məhz davamlı dövlət qayğısının nətcəsidir ki, artıq Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Qürurverici haldır ki, bu gün respublikamız yüksək səviyyəli idman infrastrukturu ilə təminat baxımından dünyanın ən qabaqcıl ölkələri sırasında yer alır. Buna görə də son illərdə bir sıra mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi hüququ Azərbaycana verilib və ölkəmiz bu etimadı yüksək səviyyədə doğruldub.
Eyni zamanda, dövlət qayğısından, yaradılan şəraitdən bəhrələnən idmançılarımız beynəlxalq çempionatlarda, olimpiadalarda yüksək nəticələr qazanaraq himnimizin səsləndirilməsinə, bayrağımızın ucaldılmasına nail olurlar. Bu cəhətdən 2023-cü il də istisna olmayıb. Ötən il idmançılarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə 1472 medal qazanıblar. Bu, idman tariximizdə rekord göstəricidir.
Gimnastlarımız tarix yazırlar
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris Olimpiadasında tarixi nəticəyə imza atıb. Belə ki, final mərhələsində Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 3 lent və 2 topla hərəkətlərdə 31.600 xal toplayıb. Daha əvvəl 5 halqa proqramında hakimlərdən 34.850 xal alan yığma iki hərəkətin cəmində 66.450 xalla 5-ci pilləni tutub.
Bəli, ölkəmizdə idmanın ayrı-ayrı sahələrinin dövlət qayğısı sayəsində inkişafını gimnastlarımızın uğurlarının timsalında izləmək mümkündür. Azərbaycan Gimnastika Federasiyası (AGF) 1956-cı ildə yaradılıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra AGF 1993-cü ildə Beynəlxalq Gimnastika Federasiyasına, 1996-cı ildə isə Avropa Gimnastika İttifaqına üzv qəbul olunub. AGF-nin 2002-ci il oktyabrın 7-də keçirilən konfransında ölkənin birinci xanımı Mehriban Əliyeva federasiyanın prezidenti seçilib. Həmin vaxtdan etibarən federasiyada bütün işlər yenidən qurulub. Gimnastikanın bütün növləri üzrə maddi-texniki bazanın gücləndirilməsi, kadr islahatlarının aparılması sayəsində 2002-ci ildən başlayaraq bu sahədə yüksək uğurlar qazanılıb. AGF-in məqsədyönlü və səmərəli fəaliyyətinin nəticəsində ölkə üzrə uşaq, yeniyetmə və gənclərin gimnastika növləri üzrə bölmələrə axını artıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

