/ / Ombudsman: ABŞ Konqresinin komissiyasında Azərbaycana qarşı səsləndirilən fikirlər təəssüf doğurur
Ombudsman: ABŞ Konqresinin komissiyasında Azərbaycana qarşı səsləndirilən fikirlər təəssüf doğurur
21.09.2024 [20:12]
ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” mövzusunda dinləmələrin təşkil olunması və çıxış edənlər tərəfindən mövcud faktların açıq şəkildə təhrif olunaraq ölkəmizə qarşı əsassız fikirlərin səsləndirilməsi ciddi təəssüf hissi doğurur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ombudsman Səbinə Əliyevanın ABŞ Konqresinin İnsan Hüquqları Komissiyasında ölkəmizə qarşı səsləndirilən əsassız fikirlərinə dair şərhində yer alıb.
Ombudsman, həmçinin bildirib ki, Azərbaycan tərəfindən 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə tam şəkildə uyğun olaraq həyata keçirilib, mülki əhali heç bir zaman hədəfə alınmayıb.
“Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının, o cümlədən Qarabağda yaşayan erməniəsilli vətəndaşlarının beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.
Otuz ilə yaxın işğal müddətində Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, fundamental insan hüquqlarının davamlı olaraq pozulması, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın vətəndaşımızın taleyi barədə məlumatların ölkəmizə təqdim olunmaması, həmçinin torpaqlarımızın minalarla çirkləndirilməsi, ətraf mühitə ziyan vurulması, ekosid cinayətlərinin törədilməsi faktlarının gözardı edilərək ölkəmizə qarşı ittihamların səsləndirilməsi Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilməsinin və məsələyə qərəzli yanaşmanın təzahürüdür.
Bir daha bildirmək istərdik ki, Ermənistanın azərbaycanlılara qarşı əsassız ərazi iddiaları ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının 20 faizi bu ölkə tərəfindən işğal olunmuş, həmçinin yüz minlərlə soydaşımız indiki Ermənistan ərazilərindən deportasiyaya məruz qalmışdır.
ABŞ Konqresinin ölkəmizə qarşı ikili standartlar, birtərəfli və qərəzli yanaşmalar nümayiş etdirməsini qətiyyətlə pisləyir, əksinə, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə münasibət bildirməyə çağırırıq”, - deyə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva bildirib.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:39
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Dünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35

