Anti-azərbaycançı qüvvələr yenidən “uğursuzlar komandasından” istifadə etmək niyyətindədirlər
18.12.2012 [00:34]
Lakin may ayında olduğu kimi, onların bu cəhdi də fiaskoya məhkumdur
Xəbər verildiyi kimi, bəzi anti-azərbaycançı dairələr ölkəmizin beynəlxalq imicinə, demokratiya və başqa sahələrdə əldə etdiyimiz nailiyyətlərə kölgə salmaq üçün yenidən fəaliyyətə keçiblər. Bu işdə onların ən yaxın “yardımçısına” çevrilənlər isə “sapı özümüzdən olan baltalar”dır. Özünü QHT elan edən, amma hər fürsət düşdükcə ölkənin imicinə zərbə vurmağa çalışan belələri üçün yalnız aldıqları sifariş önəm daşıyır, milli maraqlar, dövlət, xalq mənafeyi isə heç bir əhəmiyyətə malik deyil.
Məlum olduğu kimi, bu ilin mayında ölkəmizdə keçirilən “Eurovision 2012” mahnı yarışmasından öncə RATİ və İHK-nin vasitəsilə yalanlarla dolu kampaniyalara başlanıldı. “Demokratiya naminə oxu” adlandırılan bu “layihə”nin əsas məqsədi Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyəti təhrif olunmuş şəkildə qabartmaq, xarici anti-Azərbaycan dairələrə ölkəmizə qarşı müxtəlif ittiham və iddialar irəli sürmək üçün bəhanə vermək idi. Onların əsas məqsədi o idi ki, Azərbaycanın imicinə xələl gətirilsin, “Eurovision-2012” mahnı müsabiqəsinə olan maraq azalsın və mədəni hadisə siyasiləşdirilməklə, ölkəmizin maraqlarına zərbə vurulsun. Bu dəfə də analoji yol tutan həmin qüvvələr dekabrın 11-də Bakı Caz Mərkəzində keçirilən “Demokratiya naminə incəsənət” kampaniyasının “təqdimat mərasimi”ni təşkil ediblər. Maraqlıdır ki, bəzi Qərb ölkələrinin səfirləri, həmçinin, ABŞ dövlət katibinin müşaviri Tomas Melia da bu qondarma kampaniyada iştirak ediblər.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Azərbaycan dövlətinin istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi uğurların bəzi qüvvələri nə üçünsə narahat etdiyini söyləyib. Millət vəkili deyib ki, bu, bəzi qüvvələrin dünya xəritəsində kiçik olsa da, belə bir müstəqil dövlətin yaranması, onun heç kimə ehtiyacı olmadığı həqiqətini qəbul edə bilmədiklərinin göstəricisidir. Azərbaycanın stabil siyasi-iqtisadi duruma malik olduğunu söyləyən millət vəkili qeyd edib ki, hazırda ölkəmizin böyük maliyyə qurumlarına da ehtiyacı yoxdur: “Azərbaycan həm siyasi, həm də iqtisadi sferada öz müstəqil siyasətini davam etdirəcək. Dəfələrlə, ölkə Prezidenti cənab İlham Əliyev bəyan edib ki, Azərbaycanda keçid dövrü başa çatıbdır, Azərbaycan inkişafın yeni fazasına keçibdir. Buna görə də, bəziləri narahatlıq keçirir. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Azərbaycan bu yoldan geri çəkilməyəcək. Azərbaycanın siyasətini müəyyən edən ölkə Prezidenti var və bu siyasət müstəqilliyin və inkişafın təminatıdır. Onu da vurğulayım ki, bu siyasətdə mədəniyyətə xüsusi yer ayrılır. Bəzi qüvvələr isə mədəniyyət anlayışından istifadə edərək Azərbaycan dövlətinin, xalqının əleyhinə yönəldilmiş müxtəlif tədbirlər keçirməyə cəhdlər göstərirlər. Bu, nə incəsənətə, nə də siyasi mədəniyyətə uyğundur. Təbii ki, “Eurovision-2012” mahnı müsabiqəsi öncəsi də belə uğursuz cəhdlər edilirdi. Yəqin ki, bu dəfə ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməmiz həmin qüvvələri yenidən belə addımlara məcbur edir. Həmin qüvvələr çalışırlar ki, ölkəmizdə hansısa prroseslərə mənfi çalar gətirsinlər, amma bu, mümkün deyil. Azərbaycan hərəkətə keçmiş güclü bir maşına bənzəyir. Ümumiyyətlə, belə qurumlar, toplantılar Azərbaycanın inkişafını dayandıra bilməz. Sadəcə mən həmin qüvvələrə məsləhət görərdim ki, Azərbaycanla bir yerdə olsunlar, Azərbaycanla bir yerdə müstəqil yolla hərəkət etsinlər. Azərbaycan dünyada qəbul olunmuş gücdür, Avropada xüsusi ehtirama malik bir dövlətdir, Ermənistan istisna olmaqla qonşuları ilə sülhsevər münasibət saxlayır”.
Millət vəkili, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də “Eurovision 2012” mahnı yarışması öncəsi bəzi QHT-lərin fəaliyyətinin mahiyyətində yalnız Azərbaycan haqqında mənfi imic formalaşdırmaq dayandığını deyib. Dekabrın 11-də başladılan kampaniyanın da Azərbaycanın mənafeyinə, inkişafına, vətəndaş cəmiyyətinin maraqlarına uyğun olmadığını söyləyən A.Quliyev onların ssenarilərinin bəlli olduğunu deyib: “Onlar sadəcə, “Eurovision-2012” mahnı yarışması vaxtı başlatdıqları və fiaskoya uğrayan işlərini davam etdirməyə çalışırlar. Bu məsələyə heç vaxt haqq qazandırmaq olmaz. Bunlar öz niyyətlərini incəsənət, mədəniyyət adı altında yenə də peşəkarcasına maskalamaq istəyirlər. Bu, Azərbaycanın əleyhinə aparılan kampaniyanın yeni bir formasıdır. Bu baxımdan, mən bunu çox ciddi şəkildə yanlış bir tədbir hesab edirəm və düşünürəm ki, bu cür özfəaliyyətlə dövlət maraqlarına qarşı çıxırlar və bunun arxasında Azərbaycanı hansısa anti-azərbaycançı qüvvələrin qınağına tuş etmək arzusu dayanır. Bunların heç bir nəticəsi olmayacaq. Orada bir sıra ölkələrin səfirlərinin təmsil olunması isə heç də arzuolunan deyil. Bu, həmin səfirlərin təmsil etdiyi ölkələrlə Azərbaycan arasında münasibətlərə təsir göstərə bilər. Onlar bunun fərqinə varmalıdırlar. Hər bir halda hansısa ölkənin səfirinin fəaliyyətinin məqsədi öz ölkəsi ilə Azərbaycanın münasibətlərinin inkişafına xidmət göstəmək olmalıdır”.
Millət vəkili Bəxtiyar Əliyev bildirib ki, hansısa bir QHT-nin ölkəsinin taleyüklü məsələləri ilə bağlı tədbir keçirməsi müsbət hadisədir. B.Əliyev vurğulayıb ki, əgər bu QHT-lər vətəndaş mövqeyindən çıxış edirsə, ölkəyə qarşı kənardan qeyri-obyektiv münasibətlərə obyektiv rəy bildirirsə, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı müzakirələr keçirirlərsə, beynəlxalq təşkilatların qeyri-obyektiv münasibətinə müqavimət göstərirlərsə, məcburi köçkünlərin hüquqlarının bərpası üçün beynəlxalq təşkilatların laqeydliyini qınayırlarsa, buna müsbət baxmaq olar: “O cümlədən də, diplomatik korpusların nümayəndələrinin, beynəlxalq təşkilatların yerli nümayəndələrinin, səfirlərin burada iştirakına da müsbət baxardım. Amma təəssüf ki, Azərbaycan xalqını narahat edən tədbirlərə, məsələn, Xocalı soyqırımı ilə bağlı tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, səfirliklərin nümayəndələri iştirak etmirlər və ya bəzi QHT-lər bu məsələdə vətəndaş mövqeyi tutmurlar. Amma göründüyü kimi, Azərbaycana qarşı qeyri-obyektiv bir məsələdə canfəşanlıq göstərirlər. Buna mənim birmənalı olaraq mənfi münasibətim var. Bu, vətəndaş mövqeyi deyil, çünki bu, Azərbaycan reallıqlarını əks etdirmir. Xalqını, dövlətini sevən hər bir insan ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada qeyri-obyektiv münasibətə etiraz etməli, eyni zamanda, Azərbaycanın uğurlarını təbliğ etməlidir, Azərbaycanın böyük iqtisadi yüksəlişinin nəticəsi olaraq məcburi köçkünlərə tikilən qəsəbələrdən, şəhərciklərdən danışmalıdır. Azərbaycanda incəsənətə, mədəniyyətə, idmana göstərilən diqqət və qayğı ilk növbədə əhalinin fiziki sağlamlığına xidmət edir. Bu uğurlara sevinmək lazımdır. İki ildən sonra ölkəmizdə ilk Avropa Olimpiya Oyunları keçiriləcək. Bu, Azərbaycanın əldə etdiyi uğurların bilavasitə nəticəsidir, buna sevinməliyik. Diplomatların Azərbaycanın əleyhinə hazırlanmış hər hansı bir tədbirdə iştirakına isə çox mənfi baxıram”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

