VII çağırış Milli Məclisin ilk iclası...
24.09.2024 [09:06]
Dünən Prezident İlham Əliyevin iştirak və çıxış etdiyi VII çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Gündəliyin təqdim edilməsindən sonra Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib. Səsvermə ilə Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
Azərbaycan parlamenti sədrinin birinci müavini və müavinləri, eləcə də komitə sədrləri və müavinləri müəyyənləşib. Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Əhmədov seçilib. Deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov isə Milli Məclis sədrinin müavinləri seçiliblər.
Milli məclisin komitələrinə gəldikdə isə, deputat Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu, Arzu Nağıyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Zahid Oruc İnsan hüquqları, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya, Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq, Tahir Rzayev Aqrar siyasət, Musa Quliyev Əmək və sosial siyasət, Siyavuş Novruzov Regional məsələlər, Anar İsgəndərov Elm və təhsil, Polad Bülbüloğlu Mədəniyyət, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əhliman Əmiraslanov Səhiyyə, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri, Şahin İsmayılov Gənclər və idman, Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin sədrləri təsdiq ediliblər. İclasda komitə sədrlərinin müavinləri də təsdiqlənib.
Daxil olan ərizələrə baxılıb...
Xatırladaq ki, sentyabrın 21-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclasında seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxmış, VII çağırış Milli Məclisə növbədənkənar seçkilərin nəticələri rəsmiləşdirmişdi. İclasda bildirilmişdi ki, Konstitusiya Məhkəməsi təqdim edilmiş sənədlərin seçki məcəlləsinə uyğunluğunun yoxlanılması üçün mütəxəssislər cəlb edib, Bakı, Sumqayıt, Gəncə, Şirvan və Şəki Apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Prokurorluğunun seçki hüquqlarının müdafiəsi, seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb edib.
Bakı Apellyasiya Məhkəməsinə seçkilərlə bağlı 22 ərizə daxil olub. Onlardan 16 iş üzrə iddia təmin edilməyib, 4-ü aidiyyəti üzrə baxılması üçün digər Apellyasiya məhkəmələrinə göndərilib, 2 iş üzrə iddia isə uyğun sayılmayıb. Sumqayıt Apellyasiya Məhkəməsinin məktubuna əsasən seçkilərlə bağlı 8 ərizə daxil olub. Bundan əlavə, müvafiq olaraq Gəncə Apellyasiya Məhkəməsinə 1, Şirvan Apellyasiya Məhkəməsinə 10, Şəki Apellyasiya Məhkəməsinə 5, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə 1, Ali Məhkəməyə isə 11 ərizə daxil olub. Namizədlərin qeydiyyata alınması, təşviqat və təbliğat zamanı Azərbaycan Respublikası Baş Prokurorluğuna 13 müraciət və məlumat daxil olub. Onlardan 6-sı üzrə cinayət işinin başlanılması rədd edilib, digər müraciətlər isə aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilib. Seçki günü daxil olan 14 müraciət üzrə cinayət işinin başlanılması rədd edilib. On müraciət isə aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilib.
Konstitusiya Məhkəməsi təsdiqlədi...
İclasın sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclisə seçkilərin nəticələrinə dair yekun qərarı elan edib. Qərara əsasən, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri təsdiqlənib. Vurğulanıb ki, Konstitusiya Məhkəməsinin qərarı elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

