“Müharibə qaçılmazdır”
19.12.2012 [02:16]
Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Ərazilərimizin 20 faizi işğal altındadır. Bunun üçün də Azərbaycanın özünü müdafiə hüququ var. Bunu SİA-ya açıqlamsında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq işğal olunmuş əraziərini azad etmək hüququnu özündə saxlayır: “Bu hüquq bizim əlimizdən alınmayıb. Heç bir təşkilat və ya dövlət qarşısında öz ərazimizi azad etməmək haqqında öhdəliyimiz yoxdur. İstənilən yolla bu torpaqlar azad olunmalıdır. Torpaqlarımızı azad etmək üçün hərbi, iqtisadi, siyasi, diplomatik gücümüzü artırmalıyıq. Azərbaycan bütün bu sahələrdə mövqeyini daha da möhkəmləndirib. Bu gün Azərbaycan iqtisadi baxımdan Ermənistandan 10 dəfə güclüdür. Diplomatik cəbhədə üstünlüyümüz isə göz önündədir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz və Qurumun Baş Məclisində 155 ölkənin bizi dəstəkləməsi, Azərbaycanın beynəlxalq təşkilatlarda aparıcı mövqeyi, bir sıra beynəlxalq xarakterli tədbirlərin Bakıda keçirilməsi üstünlüyümüzün göstəricisidir. İlk dəfə olaraq I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi qərarının verilməsi də Ermənistan üzərində mənəvi-psixoloji üstünlüyümüzdür. Bir sözlə, bütün sahələrdə üstünlüyümüz göz qabağındadır. Ordumuz təchizat, silahlanma baxımından Ermənistan ordusundan qat-qat güclüdür. Həmçinin, silah istehsalımız artıq dünya səviyyəlidir. Son iki-üç gündə ölkə Prezidenti İlham Əliyev həm sərhəd bölgələrinə səfər etdi, həm də silah zavodlarında oldu. Artıq Azərbaycan çoxlu adda hərbi məmulatlar istehsal edir. Bütün bunlar göstərir ki, Azərbaycan hər sahədə olduğu kimi hərbi sahədə də öz üstünlüyünü nümayiş etdirir. Bu günlərdə ölkə Prezidentinin Füzuli rayonuna səfəri, orda etdiyi çıxışda torpaqlarımızın azad edilməsindən sonra həmin ərazilərin yenidən qurulması, infrastrukturun yaradılması ilə bağlı dediyi fikirlər bir daha onu göstərir ki, Azərbaycan tərəfi işğal olunmuş ərazilərin azad edilməsi məsələsini birmənalı olaraq gündəmdə saxlayır. Bu, bizim hər gün, hər saat həyata keçirdiyimiz siyasətdə özünü göstərməkdədir. Bütöv siyasətimizin istər qlobal, istər regional, bütün cəhətlərində işğal olunmuş ərazilərin azad edilməsi aparıcı yerlərdən birini tutur”.
Millət vəkili onu da bildirib ki, münaqişənin həlli üçün müharibə qaçılmazdır: “Müharibə olmasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Müharibənin baş verməməsi üçün Ermənistan konstruktiv mövqedən çıxış etməlidir. Əks təqdirdə, Azərbaycan bu məsələnin hərbi yolla həllinə əl atmalı olacaq. Bu da Azərbaycanın qanuni haqqıdır. Bununla belə, hesab edirəm ki, hələ də diplomatik yolla məsələnin həll olunması yolları tükənməyib”.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

