Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 9 oktyabr 2013-cü il

9 oktyabr 2013-cü il

09.10.2024 [08:43]

Missiya davam edir

Tarixin bu günündə - 2013-cü il oktyabrın 9 - da keçirilən növbəti, sayca 7-ci prezident seçkilərində Azərbaycan xalqı artıq üçüncü dəfə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə etimad göstərərək Onu dövlət başçısı seçdi. Yüksək seçici fəallığı şəraitində keçən seçkilərdə 3 126 113 nəfər İlham Əliyevin lehinə səs verdi və beləliklə də O, 84,54 faiz səs çoxluğu ilə 10 namizəd arasında qalib oldu. Xatırladaq ki, İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də, növbəti dəfə isə 2008-ci il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilmişdi. Xalqın Ona  böyük inamı isə bir sıra fundamental amillərlə şərtlənirdi.

Seçicilərin Heydər Əliyev siyasətinə böyük inamı

İlham Əliyevin 2013-cü il oktyabrın 9-da üçüncü dəfə Azərbaycan Prezidenti seçilməsinin təməlində dayanan vacib faktorlar sırasında xalqın böyük siyasətçi, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin əsasını qoyduğu siyasətə inamını və sadiqliyini xüsusi qeyd edə bilərik. Heydər Əliyev Azərbaycanın intibahı üçün fundamental əsaslar yaradan tarixi şəxsiyyətdir. O, Azərbaycana rəhbərliyi ideoloji baxımdan fərqli formasiyalarda həyata keçirsə də, həmişə xalqımızın gələcəyinə, milli maraqlarına hesablanan fəaliyyət həyata keçirib. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin xilası da məhz bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Gənc dövlətimizin müqəddəratının təhlükə qarşısında olduğu 1993-cü ilin yayında xalq Ona üz tutaraq Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini təkid etdi. Xalqın çağırışını qəbul edərək həmin çətin dönəmdə Azərbaycana rəhbərliyi üzərinə götürən Heydər Əliyev Ona xas olan müdriklik və uzaqgörənliklə xilaskarlıq missiyası yerinə yetirdi, xaos, anarxiya, tənəzzül içində olan ölkədə sabitliyi, vətəndaş həmrəyliyini bərqərar etdi və bu əsasda Azərbaycanı inkişafa istiqamətləndirdi. Heydər Əliyev Özünün siyasi varisi kimi məhz İlham Əliyevi görürdü. O, 1 oktyabr 2003-cü il tarixli müraciətində xalqı qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağıraraq Onu “yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət” kimi səciyyələndirib. Heydər Əliyev əminliyini ifadə edərək bildirirdi ki, Özünün başa çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək.

Əlbəttə, Heydər Əliyevin bəhs olunan müraciəti xalqını, Vətənini çox sevən Liderin çağırışı idi və seçicilər də bu çağırışı böyük vətəndaşlıq məsuliyyəti kimi qəbul etdilər. Eyni zamanda, İlham Əliyevin 2003-cü ildə ilk dəfə, 2008-ci ildə ikinci dəfə və 2013-cü ildə üçüncü dəfə xalqın inamını qazanmasını şərtəndirən digər bir mühüm amil isə heç şübhəsiz ki, bilavasitə Onun özünün xarizması və daşıdığı bütün vəzifələrdə uğurla çalışması, etimadı yüksək səviyyədə doğrultması ilə bağlı idi. Hər dövr siyasətçilərdən fərqli keyfiyyətlər tələb edir. Əminliklə deyə bilərik ki, müasir dövr siyasətçilərinə verilən bütün tələblər İlham Əliyevdə cəmləşib. Yüksək intellekt, yaxşı təhsil, idarəetmədə mükəmməl təcrübə, siyasi konyukturanı bilməsi, ən əsası isə xalqa yaxınlığı, milli maraqlarımıza sadiqliyi Onu seçkilərə qatılan digər namizədlərdən fərqləndirirdi.

İki prezidentlik dönəminin nəticələri

Dünya tarixinə nəzər saldıqda ayrı-ayrı ölkələrdə birinci şəxslərin karyeralarının, siyasi talelərinin çox kövrək olduğunu görürük. Müxtəlif zamanların fərqli liderləri olub. Ancaq bir çox hallarda liderlərə bəslənən etimad limiti tez tükənib. Bunun da əsas səbəbi sabun köpüyünə bənzəyən vədlərin yerinə yetirilməməsi olub. İlham Əliyevə gəldikdə isə O, heç vaxt şöhrət naminə  hansısa vədlər verməyib, ancaq nəyi deyibsə, onu da mütləq yüksək səviyyədə yerinə yetirib. Tam qətiyyətlə belə bir fikri ifadə edə bilərik ki, İlham Əliyevin 2013-cü il oktyabrın 9-da üçüncü dəfə Azərbaycan Prezidenti seçilməsi əvvəlki iki prezidentliyi dönəminin nəticələri idi. Bundan əvvəlki 10 illik səmərəli, məqsədyönlü, milli maraqlara, Azərbaycan xalqının mənafeyinə yönələn fəaliyyət elə üçüncü dəfə prezidentliyə aparan yol oldu. Seçicilərin İlham Əliyevə dəstəyinin 2003-cü il seçkilərində qeydə alınan 76 faizlik göstəricidən 2013-cü ildə 84, 54 faizə yüksəlməsi də bunun əyani göstəricisi idi.

Beləliklə, İlham Əliyevin iki prezidentliyi dönəmində hansı uğurlar qazanmışdıq, ölkəmiz haradan haraya gəlmişdi? Yalnız bəzi məqamlara diqqət çəkməklə bu barədə konkret təsəvvür formalaşdırmaq mümkündür.

- Siyasətdə varisliyin yüksək səviyyədə təmin olunması. Dünya təcrübəsində siyasi kursun vaxtaşırı dəyişməsi fonunda bir sıra dövlətlərin sözün əsl mənasında çıxılmaz labrintə düşdüyünü, fəsadlarla üzləşdiyini yaxşı bilirik. Belə dövlətlər sanki geridönüş edərək keçilən yolu təzədən qət etmək məcburiyyətində qalırlar. Bu da ölkənin potensialının, enerjisinin izafi xərclənməsi deməkdir və xalq təkrardan yorulur, bezir. Bizdə belə hallar yaşanmır. İlham Əliyev ilk dəfə Prezident kimi and içəndə Heydər Əliyev siyasi kursuna sadiq qalacağını bildirmişdi. Onun bu vədinə yüksək səviyyədə əməl etməsi və əlbəttə ki, apardığı siyasətdə yaranan çağırışları nəzərə alması, yeni ümummilli hədəflər müəyyənləşdirməsi, onların reallaşdırlması üçün fədəkar və peşəkar fəaliyyətlər sərgiləməsi ölkəmizin xoşbəxtliyidir. İlham Əliyev ənənələrə sadiq qalmaqla respublikamızı hər cəhətdən müasir dövlət quruculuğuna istiqamətləndirdi.

- Dayanıqlı inkişafın təmin olunmasını Prezident İlham Əliyev lap əvvəldən dövlət siyasətinin mütləq prioriteti qismində müəyyənləşdirib. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Müstəqillik və suverenlik prinsiplərinə əsaslanan siyasət Azərbaycana beynəlxalq arenada ləyaqətli dövlət imici qazandırdı, müttəfiqlərimizin, dostlarımızın sayı artdı və ölkəmiz dialoq məkanına çevrildi.  BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına (QH) üzv qəbul olunması respublikamızın böyük uğurları idi.

Paralel şəkildə, Prezident İlham Əliyev yeni neft strategiyasını uğurla reallaşdırmaqla, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması, biznes mühitinin optimallaşdırılması, sahibkarlığın inkişafı, investisiya cəlbediciliyinin artırılması, yerli istehsalın dəstəklənməsi istiqamətində davamlı tədbirlər gördü. Ölkənin işğalla üzləşməsi nəzərə alınmaqla müasir ordu quruculuğuna start verildi. Regional inkişaf proqramları qəbul olundu. Nəhəng infrastruktur layihələri həyata keçirildi ki, bütün bunlar da respublikamızın inkişagına  güclü təkan verdi.

- İlham Əliyevin birinci prezidentliyi dönəmindən başladığı siyasət ilk növbədə dərin sosial məzmunu ilə fərqlənib. İlham Əliyev bəyan etdi ki, O, hər bir vətəndaşın Prezidenti olacaq və oldu da.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30