Qərb “humanizmi” :Uşaq qatillərini məsumiyyət libasında təqdim edir
17.10.2024 [09:10]
Öyle bir ölsem,
Öyle bir ölsem ki çocuklar,
Sizə hiç ölüm kalmasa.
Aziz Nesin
Fransız yazıçısı Viktor Hüqonun “Səfillər” əsərində belə bir fikir var: “İmperatordan (Napaleon) göylərə şikayət olunmuşdu və onun süqut məsələsi artıq həll edilmişdi. O, Tanrıya mane olurdu”.
Son vaxtlar ard-arda baş verən proseslər nədənsə bu fikri şüuraltımda tez -tez dilləndirir və mən ədalət və günah hissi ilə əsərlərində ən gözəl təsbitləri edən bu dahinin vətəni Fransada gah dinimizə və Peyğəmbərimizə, gah da haqq davamıza qarşı mənfur münasibəti görüb mənəviyyatın süqutunun hansı fəsadlara yol açmasının təəssüfünü çəkirəm. Bu süqut həm də ona görə baş verir ki, oranı məhəbbət tərk edib, əvəzində güc və terror hakimdir. Bəlkə buna görə insanın Tanrı ilə irtibatı yoxa çıxıb. Bəlkə buna görə son iki yüz ildə qərbin modernist cərəyanları “Tanrı öldü” deyib onu idrakdan kənarlaşdırmağa cəhd etdilər ki, asanlıqla vəhşilik etməyə davam edə bilsinlər. Məhz Tanrı ilə vəhdəti qırandan sonra başqa xalqların dini inancına əl, dil və qılınc qaldırmaq olur, haqq savaşını görməzdən gəlib vəhşiliyə məsumiyyət donu geyindirmək olur. Başını qaldırıb göy üzünə baxmağa ehtiyac duymayan insanlar səmalarda dolaşan balaca mələkləri necə görə bilərlər axı... Görə bilmədiklərinə görə bu gün uşaq qətllərinə son verilmir. Hələ də “Tanrıya mane olurlar”. Xocalı soyqırımında, Gəncə terrorunda ölən uşaqlar bu gün ədalətdən dəm vuran və bizimlə qətnamələrin, bəyanatların dili ilə danışan Qərb “humanizminin” hansı göstəricisinə uyğun gəlir görəsən?...
Yəqin ki, Gəncə hadisələri tarixin yaddaşında uşaq qətliamlarının portreti kimi qalacaq. Dünyanın ən rəzil mənzərəsidir: sən döyüş meydanında uduz, mübarizə aparmağı bacarma, əvəzini uşaqları, dinc əhalini raket atıb öldürməklə çıx. Mən dünyanın deyirəm və bu anda dünyanın əyani bir fakta münasibətdə nə qədər kor, kar və lal olmasını düşünüb susuram.
O öldürülən məsumlara dünyanın bir cavabı varmı?
Bu yazımın adını “müharibə və uşaqlar” qoymaq istədim. Amma bir anlıq fikirləşdim ki, axı biz müharibə aparan ölkə olaraq ermənilərin uşaqlarını öldürməmişik. Onların heç bir uşağı başından güllə yarası almayıb, oyuncaqlarla oynadığı yerdə snayperlə vurulmayıb, heç bir körpəsi yataq paltarında üzü-gözü qana bulanmış, ölü halda torpaq altından çıxarılmayıb, heç bir məktəblisi amansız terrorun qurbanı olub arzularından, istəklərindən məhrum edilməyib. Və bu da taleyin ironiyasıdır ki, hər şeydə saxta məlumatlara əsaslanan, qondarma yalanlarla bəslənən ermənilər Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm, separatizm, qəsdən adam öldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxsləri “erməni hərbi əsirləri” kimi qələmə verərək məzlum obrazda görünmək mərəzindən əl çəkmirlər. Bir gecədə yerlə yeksan etdiyi, viran qoyduğu şəhərlərimizin, 30 illik işğal dövründə xalqımızın mədəni, dini və tarixi sərvətlərinin dağıdılmasının və mənimsənilməsinin haqq-hesabını vermək yerinə erməni mədəni irsinin guya talan edilməsi barədə saxta ittihamlar irəli sürür və öz siyasi havarlarını buna asanlıqla inandıra bilirlər. İnandırsınlar, cənab Prezident İlham Əliyev demiş, “bizim dünyaya deyəcək sözümüz çoxdur”!
Dünya 32 ildir ki, uşaq ölümlərini Xocalı soyqırımındakı qar üzərinə tökülən qan kimi donuq və soyuq baxışlarla izləyir. Gəncə terrorunda baş verən faciəyə ağız, qulaq və göz tıxayıb. Faciənin ağır miqyasına tükü belə tərpənməyən bu dövlətlərə görəsən hara qədər dözmək olar ki, onlar bizə edilən zülmü görməzdən gəlib cinayətkarlığa haqq qazandırırlar.
Əslində, COP29 kmi mötəbər tədbirə ev sahibliyi edəcəyimiz bir dönəmdə bu cür çirkin kampaniyaların aparılması, müxtəlif dövlətlərin, Qərbin insanlığı aşan bu nifrəti mahiyyətcə ermənilərin xislətindən fərqlənmədiyinə görə onların demokratiya, fikir plüralizmi anlayışları kimi insan hüquqları ilə bağlı çağırışları da saxta və məkrli təsir bağışlayır. Ərdoğanın qeyd etdiyi kimi, “faşizm bizim yox, sizin kitabınızda var”.
Nə yaxşı ki, ləyaqətli Azərbaycan əsgərinin əli bir körpənin qanına bulaşmayıb. Nə yaxşı ki, bizim xalqımızın əxlaq obrazı belə bir yırtıcılığa imza atmağa imkan vermədi. Ən ağrılı məqamda halda belə günahı üstünə çəkən və “bağışlayın ki, sizi qoruya bilmədik”, - deyən bir xalq olaraq seçilmişliyin ali qatında qərarlaşmışıq.
Balaca mələklər! Qanadlarınız yanmayıb, bilirəm. Ruhlarınız göy üzünün ənginliklərində qanad çalır. Bu haqq davasında bizi bir də o müqəddəs ruhlar xilas etdi. Buna o qədər əminəm ki...
Çünki bizdən Tanrıya şikayət olunmamışdı!
ELNARƏ AKİMOVA
Milli Məclisin deputatı, filologiya elmləri doktoru
Xəbər lenti
Hamısına baxGündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24

