Aİ və AP - “Bir medalın iki üzü”
24.10.2024 [09:30]
Hər iki təşkilat COP29 ərəfəsində Azərbaycana qarşı təzyiq cəhdlərini artırır
Erməni lobbisinin yuvasına çevrilmiş Avropa Parlamenti ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycana qarşı total hücumlarını davam etdirir. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra bu təşkilat hər il bir neçə dəfə Azərbaycanı müzakirə edir və müxtəlif sənədlər qəbul edir. Artıq Avropa Parlamentinin ölkəmizlə bağlı yalan üzərində qurulmuş qətnamələrinin sayı-hesabı da bilinmir. COP29 ərəfəsində bu qərəz daha da çoxalıb. Bir sıra hallarda isə Avropa İttifaqı da Avropa Parlamenti ilə ortaq layihələr həyata keçirir. Çünki onlar necə deyərlər, “bir medalın iki üzü” hesab olunurlar.
Aİ və AP-nin Azərbaycana qarşı növbəti tədbiri
Qeyd edək ki, oktyabrın 22-də Avropa Parlamentində növbəti dəfə “Azərbaycanda siyasi vəziyyət və insan haqları məsələləri” müzakirə edilib. Müzakirələr zamanı həmçinin Azərbaycan və Ermənistan münasibətləri də diqqət mərkəzində olub. Tədbir Avropa İttifaqının məşğulluq və sosial hüquqlar üzrə komissarı Nikolas Şmitin çıxışı ilə başlayıb. Komissar deyib ki, bir neçə həftədən sonra baş tutacaq COP29 konfransı “Azərbaycan hakimiyyəti üçün insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirmək üçün yaxşı fürsət olacaq”. “COP29, həm də sülh üçün tarixi fürsətdir. Azərbaycan və Ermənistan onilliklər ərzində davam edən münaqişənin sona çatmasına heç vaxt bu qədər yaxın olmayıblar. COP29 Azərbaycan və Ermənistan üçün sülhə sadiqliklərini nümayiş etdirmək üçün tarixi şans olacaq”, - deyən N.Şmit iddia edib ki, “Azərbaycan həm ölkədə insan haqlarının vəziyyəti, həm də qonşusu ilə sülh prosesi baxımından mühüm seçim qarşısındadır”. Şmitin sözlərinə görə, Avropa İttifaqı öz kommunikasiya kanallarını açıq saxlamalı və onlardan regionda sülh və sabitliyi təmin etmək üçün istifadə etməlidir.
Komissar Şmit də avroparlamentarilərlə eyni “avazı” oxuyur...
Müzakirələr zamanı çıxış edən Avropa Parlamentinin deputatları Azərbaycanda guya fundamental insan hüquqlarının pozulduğunu və qanunun aliliyinin təmin olunmadığını iddia ediblər. Görünən odur ki, Avropa Parlamentinin üzvləri COP29-un Bakıda keçirilməsini qəbul edə bilmirlər. Əgər belə olmasaydı, onlar “insan hüquqlarının pozulması şəraitində ekoloji problemlərin qorunmasının baş verə bilməyəcəyini” iddia etməzdilər. Hətta avroparlamentarilər daha “dərinə gedərək” Avropa İttifaqını Azərbaycanla qaz sazişinə xitam verməyə çağırıb, bəziləri Bakıda keçiriləcək COP29 konfransını boykot etməkdən danışıb, həmçinin Qarabağda “erməni mədəni irsinin qorunub saxlanması” və Qarabağ ermənilərinin öz evlərinə qaytarılmasını “tələb” ediblər.
Deyəsən, avropalı deputatların Azərbaycana qarşı qərəzli çıxışları Avropa İttifaqının komissarı Şmitin düşüncələrinə də təsir edib. Əgər belə olmasaydı, tədbirin açılışındakı çıxışı zamanı balanslı mövqe nümayiş etdirməyə çalışan Şmitin yekun çıxışı deputatların mövqeyi ilə üst-üstə düşməzdi. Belə ki, müzakirələrin sonunda komissar Şmit Azərbaycanda insan hüquqlarına hörmət məsələsinin hələ də vacib olaraq qaldığını deyib. O iddia edib ki, Azərbaycanı “Dağlıq Qarabağa beynəlxalq çıxışı” asanlaşdırmağa çağırmaq, yerlərdə vəziyyətin müstəqil monitorinqinə imkan vermək və “ən əsası” ermənilərin təhlükəsiz şəraitdə Qarabağa qayıtmasına imkan yaratmaq lazımdır.
XİN: Bu yanaşma Azərbaycan-Avropa münasibətlərini mürəkkəbləşdirir
Qeyd edək ki, məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə qeyd edib ki, oktyabrın 22-də Avropa Parlamentində müzakirələr zamanı Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatını qətiyyətlə rədd edirik. Onun sözlərinə görə, komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir: “Bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiası kökündən yanlışdır”.
Ayxan Hacızadə deyib ki, AXFX və Avropa Parlamentinin bu cür zərərli yanaşması çoxdan səmərəsiz olduğunu və heç bir nəticə vermədiyini sübut etməklə yanaşı, yalnız Azərbaycan-Avropa münasibətlərini mürəkkəbləşdirir. Avropa İttifaqının aidiyyəti qurumlarının Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə, bəzi Aİ ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlərə, artan islamofobiya və ikrah doğuran neokolonial siyasətə, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər” kimi aksiyalarda həyatlarını itirməsinə, habelə Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara tam etinasızlığı və biganəliyi fonunda, Avropa komissarının Azərbaycanda insan haqları məsələlərindən və Azərbaycan-Ermənistan arasında sülh səylərindən danışmağa mənəvi haqqı yoxdur.
“Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) iqlim dəyişikliyinin cavablandırılması işinin mahiyyətinə uyğun olmayan siyasi motivli məsələlərlə əlaqələndirmək cəhdləri bəzi Avropa siyasətçilərinin real simasını bir daha nümayiş etdirir. Biz, Avropa Parlamentini və ümumilikdə Aİ tərəfini regionda sülh və sabitliyə zidd olan birtərəfli mövqedən əl çəkməyə şiddətlə çağırırıq”, XİN-in mətbuat katibi vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

