Heydər Əliyev Mərkəzinin loqosu, korporativ rəngi və şüarı açıqlanıb
19.02.2013 [01:09]
“Gələcəyə dəyərlərlə” Mərkəzin şüarı seçilib
Bu gün Azərbaycan regionun ən dinamik inkişaf edən ölkəsidir. Bununla yanaşı, müasir Azərbaycan artıq regional müstəvidən çıxaraq beynəlxalq aləmdə yürütdüyü fəal siyasət, iqtisadi inkişafı və ölkədəki islahatları ilə seçilir. Etibarlı tərəfdaş olan Azərbaycan qəbul olunmuş proqramlar, icra edilən layihələrlə uğurlu inkişafı təmin edir.
Azərbaycan keçmişinə bağlı, gələcəyə inamla addımlayan müasir və qüdrətli ölkədir. Ölkə gələcəyə doğru dinamik inkişaf yolundadır. Ümummilli lider Heydər Əliyevlə başlayan bu yol bu gün də davam edir.
Qarşıda bir aydın məqsəd var: Azərbaycanı daha da inkişaf etmiş ölkəyə çevirmək və ölkəmizi dünyada geniş miqyasda tanıtmaq.
Azərbaycan dəyərlərə sahib olan ölkədir. Milli-mənəvi sərvətə, tariximizə, adət-ənənələrimizə, insan faktoruna, vətəndaşa dəyər dövlətin əsas prioritetidir. Bu gün Azərbaycan həm də innovativ texnologiyaların tətbiqi və müasir dünyaya inteqrasiyası ilə seçilir.
Müasir Azərbaycanın dünyada tanıdılmasının əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Təsadüfi deyildir ki, bu gün Ulu öndərin adını daşıyan Mərkəz-Heydər Əliyev Mərkəzi də müasir Azərbaycanın və onun gündən-günə gözəlləşən paytaxtının rəmzinə çevrilib.
Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını, eləcə də Ümummilli liderimizin ölkəmizə həsr olunmuş ömrünü, dövlət və xalqı nurlu gələcəyə doğru aparan siyasətini simvolizə edir.
Heydər Əliyev Mərkəzinin simvolu-loqosu da məhz bu ideyadan yaranıb. Mərkəzin loqosu da Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, ölkəmizdəki tərəqqini simvolizə edir.
Mərkəzdən AzərTAc-a bildiriblər ki, loqonun rəngi - gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımları ehtiva edir. Gümüşü rəng liderlik, mübarizə, dinamika, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir.
Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın regionda liderliyini, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, ölkədəki dinamik inkişafı və aydın sabahı, keçmişin ənənələrini, Vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərləri ilə gələcəyə addımlarını xarakterizə edir.
Heydər Əliyev Mərkəzinin loqosu Mərkəzin üzərinə qoyulmuş vəzifələrin rəmzi təsviri olmaqla, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını da tərənnüm edir.
Bu şüar isə “Gələcəyə dəyərlərlə”dir.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

