Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
22.11.2024 [14:38]
Noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycanın mühüm qlobal təşəbbüslərə imza atması, iqlimlə bağlı fəaliyyət də daxil olmaqla, ölkələr arasında həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyi xüsusi vurğulanıb. Xarici QHT-lər Qlobal Cənubun aparıcı ölkələrindən biri olan Azərbaycan dövlətini COP29-u uğurla təşkil etdiyinə görə təbrik ediblər.
Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb və bəyanata qoşulmağı bütün COP29-da iştirak edən QHT-lər üçün açıq elan edib.
Bəyanatda Azərbaycana güclü dəstək ifadə olunur, onun qlobal roluna diqqət çəkilir, COP29 çərçivəsində sülhün və kollektiv qlobal fəaliyyətin təşviqi üçün iqlim danışıqları zamanı müharibələrin dayandırılmasına yönəlmiş Azərbaycanın “COP Atəşkəs Çağırışı” təqdir edilir. Dünya dövlətləri iqlim dəyişmələrinin humanitar aspektlərinə, o cümlədən həssas icmaların müdafiəsinə, sosial ədalət və ekoloji böhranlara qarşı dayanıqlılığa üstünlük verməyə, öz hərəkətlərini “COP Atəşkəs Çağırışı”nın ruhuna uyğunlaşdırmağa dəvət olunur.
Sənəddə iqlimə davamlılıq və humanitar problemlərin həllində, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış inklüziv siyasətlərin təşviqində QHT-lərin mühüm rola malik olması qabardılır, iqlim maliyyələşdirilməsini və yerli səviyyələrdə təşəbbüsləri dəstəkləmək üçün hökumətlər, maliyyə institutları və QHT-lər arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi ifadə olunur. Qlobal miqyasda QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlimlə bağlı fəaliyyətin təşviqində, xüsusilə regional iqlim problemlərini və icma əsaslı həlləri dəstəkləyən tərəfdaşlıqların təşviqində rollarını gücləndirməyə çağırılır.
Bəyanatda, həmçinin ən yaxşı təcrübələri bölüşmək, dayanıqlı inkişafa təkan vermək üçün iqlim fəaliyyəti üzrə əməkdaşlıq şəbəkəsi kimi Azərbaycan Milli QHT Forumunun təşəbbüsünə dəstək olaraq, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı bildirilir.
COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb.
Qeyd edək ki, dünya ölkələrinin 71 faizini əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi ölkəmizin QHT tarixində ilk dəfə baş verir.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39

