“Cırtdan” ölkənin özündən böyük iddiaları
23.11.2024 [09:09]
Fransanın təsiri altında olan Lüksemburq Azərbaycanın daxili işlərinə qarışa bilməz
Azərbaycanda COP29-un keçirilməsi fonunda müəyyən xarici dairələr ölkəmizə qarşı qərəzli kampaniyaları gücləndirməyə çalışırlar. Erməni diasporunun və lobbisinin təsirində olan həmin dairələr BMT-nin ən mötəbər tədbiri olan COP29-un ölkəmizdə keçirilməsini həzm edə bilmir. Digər tərəfdən, COP29 ərəfəsində və onun keçirildiyi günlərdə beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycandadır. Bu səbəbdən uğurlarımızdan məyus olan xarici qüvvələr dünyada Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər.
Məlum şəbəkənin bir qolu - Lüksemburq parlamenti
Həmin şəbəkənin bir qolu da Lüksemburq parlamentidir. Belə ki, Lüksemburq Deputatlar Palatası noyabrın 20-də Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib. Həmin “sənəddə” Lüksemburqun deputatları guya ölkəmizdə siyasi məhbusların olduğunu, vətəndaş cəmiyyətinə təzyiqlər göstərildiyini iddia edir. “Cırtdan” ölkənin deputatları hətta xalqımıza qarşı hərbi cinayətlər törətmiş erməni separatçılarının da azad olunmasını “tələb edib”.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ilin yanvar ayında Azərbaycan nümayəndə heyəti haqqında qəbul etdiyi qanunsuz qərara Lüksemburqu qurumda təmsil edən deputatlar da səs verib. Dövlətimiz həmin qərara səs verən AŞPA-nın 76 deputatını, o cümlədən lüksemburqlu deputatlar Oktavi Moder və İv Kruxteni “persona non-qrata” elan edib. Lüksemburq parlamentinin qəbul etdiyi qətnamədə bu deputatlar haqqında qərarın ləğv edilməsinə “çağırış” olunur. “Sənəd”də, həmçinin Azərbaycanda keçirilən seçkilər haqqında da əsassız fikirlər yer alıb.
“Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına istinad olunan “sənəd”
Maraqlıdır, cəmi 2 min kv.km ərazisi olan bu kiçik ölkəni başqa bir dövlət haqqında belə bir qətnamə qəbul etməyə sövq edən nədir? Niyə Lüksemburq kimi “cırtdan” ölkə özündən böyük iddialarla çıxış edərək belə qətnamə qəbul edir? Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin gedişi zamanı da bu ölkə ermənipərəst mövqe nümayiş etdirmişdi. Budəfəki qətnamədə isə Avropa Parlamentinin “sənədlərinə”, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanla bağlı “hesabat”larına istinad olunması özlüyündə bu qərəzin haradan qaynaqlandığını ifadə edir. Ən əsası isə odur ki, Lüksemburqa Fransanın təsiri kifayət qədər böyükdür. Fransız dili də bu ölkənin rəsmi dillərindən biridir. Ermənidən çox ermənilik edən Fransanın təsirində olan Lüksemburqdan bundan artıq heç nə gözləmək mümkün deyil.
Milli Məclis: Lüksemburq Deputatlar Palatası nəyi tələb edib?
Yeri gəlmişkən, Azərbaycan Milli Məclisi Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirib, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları rədd edib. Milli Məclis hesab edir ki, Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir. Bildirilib ki, Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil.
Qeyd olunub ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri barəsində irəli sürülən iddialar tamamilə əsassızdır. Seçki praktikasının təkmilləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi irəliləyiş beynəlxalq miqyasda təsdiqlənib. Seçkilər milli qanunlara və beynəlxalq öhdəliklərə tam uyğun keçirilib. “Özbaşına həbslər, fikir və toplaşma azadlığının məhdudlaşdırılması barədə qətnamədə ifadə edilən fikirlər kobud təhriflər üzərində qurulub. Müxtəlif hesabatlarda adları hallandırılan şəxslərin həbsləri milli qanunların pozulduğunu göstərən tutarlı sübutlar əsasında həyata keçirilib və bu zaman lazımi hüquqi prosedurlara əməl edilib. Qətnamədə siyasi məhbuslar ilə bağlı irəli sürülən iddialar əsassızdır və Azərbaycanın gözdən salınmasına yönələn kampaniyanın tərkib hissəsini təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik proseslərin möhkəmləndirilməsi üçün göstərilən səylərin üzərinə kölgə salmaq cəhdi təəssüf doğurur”-deyə, Milli Məclis bəyan edib.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Avropa Şurası Parlament Assambleyasının 76 deputatının, o cümlədən Lüksemburq Deputatlar Palatası üzvlərinin “persona non qrata” elan olunması məhz Azərbaycanın sülh və sabitlik yaradılması səylərinə zidd hərəkətlərin fəal surətdə dəstəklənməsi, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə aşkar hörmətsizliyin nümayiş etdirilməsi ilə bağlı olub. Həmin tədbirlərin ləğvinə çağırış bu cür dəstəyin ikitərəfli və çoxtərəfli münasibətlər üçün doğurduğu ağır nəticələrin dərk edilmədiyini göstərir.
Milli Məclis bəyan edib ki, Azərbaycan Lüksemburq da daxil olmaqla, bütün beynəlxalq tərəfdaşlar ilə konstruktiv dialoqa sadiqdir, lakin bu cür dialoq qarşılıqlı hörmətə və beynəlxalq hüquqa riayət edilməsinə əsaslanmalıdır. Bununla əlaqədar Azərbaycan parlamenti Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı, eləcə də parlament dialoqu və diplomatiyası prinsiplərinə zidd olan, etimadı və əməkdaşlıq yaradılması səylərini sarsıdan qətnamələr qəbul edilməsi praktikasından əl çəkməyi tələb edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:39
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Dünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35

