Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin nümayəndə heyəti Ankarada Heydər Əliyev parkını və Atatürkün məqbərəsini ziyarət edib

Milli Məclisin nümayəndə heyəti Ankarada Heydər Əliyev parkını və Atatürkün məqbərəsini ziyarət edib

03.12.2024 [12:48]

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dekabrın 3-də Azərbaycan parlamentariləri Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət ediblər. Dövlət xadiminin xatirəsinə əklil qoyulub. Milli Məclisin komitə sədri Səməd Seyidov fəxri qonaqlar kitabında ürək sözlərini yazıb.

Daha sonra nümayəndə heyəti Heydər Əliyev parkında olub.

Azərbaycan dövlətçiliyinin memarı, Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub. Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri üzvlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31