Milli Məclisin iclasında...
04.12.2024 [10:57]
2025-ci il dövlət büdcəsinin layihəsi ikinci oxunuşda qəbul olunub
Dekabrın 3-də Milli Məclisin növbəti iclası keçirilib. Əvvəlcə iclasda 2025-ci ilin büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirəyə çıxarılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edərkən bildirib ki, növbəti ilin büdcə zərfində makroiqtisadi sabitlik, davamlı iqtisadi artım və büdcə dayanıqlığı iqtisadi siyasətin əsas hədəfləri olaraq müəyyən edilir. Sənəd rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır və günün reallıqlarını nəzərə alır.
Onun sözlərinə görə, sosial xərclərin həcmi və strukturu vətəndaşların sosial müdafiəsinin və rifahının dövlətin diqqət mərkəzində saxlanıldığını göstərir: “İqtisadiyyatın şaxələndirilməsi üçün stimullaşdırıcı və təşviqedici tədbirlər nəzərdə tutulur. Böyük Qayıdış proqramının maliyyələşdirilməsi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa prosesinə, bu ərazilərdə iqtisadi həyatın canlanmasına və məskunlaşmaya öz layiqli töhfəsini verəcək. İqtisadi və maliyyə imkanlarımıza adekvat olaraq müdafiə və milli təhlükəsizliyimiz üçün büdcə vəsaitlərinin artırılması həm ölkəmizin təhlükəsizliyinə, həm də regionda sülhün və sabitliyin qorunmasına xidmət edir. Büdcənin strateji istiqamətləri Azərbaycanın regionda iqtisadi, siyasi və hərbi lider mövqeyini daha da möhkəmləndirir”.
A.Əmiraslanov deyib ki, büdcə layihəsinin ikinci oxunuşu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Komitə üzvləri tərəfindən qaldırılan məsələlər, suallar və təkliflərə aidiyyəti üzrə münasibətlər bildirilib, şərhlər verilib. Vurğulanıb ki, növbəti ilin büdcə layihəsi, ölkə rəhbəri tərəfindən müəyyən edilmiş strateji vəzifələr və təşəbbüslər, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri əks etdirir. Layihə, bu hədəflərin hər birinin icrası üçün zəruri maliyyə təminatını yaratmaq məqsədini daşıyır.
Aparılmış ilkin müzakirələrin nəticələri barədə məlumat verən komitə sədri deyib: “İlkin müzakirələrin nəticələri göstərir ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsi qanunvericiliyin tələblərinə və ölkənin strateji sənədlərinin müddəalarına uyğundur. Büdcə zərfinin birinci oxunuşunda deputatlar müxtəlif təkliflər irəli sürüb və layihəni konseptual olaraq dəstəkləyiblər ki, bu da büdcə müzakirələrinin parlament formatına uyğun olaraq təbii qiymətləndirilir. Lakin qeyd olunmalıdır ki, bütün gözləntilərin növbəti il üçün təqdim olunan büdcə zərfi vasitəsilə reallaşdırılması mümkün olmayacaq”.
Büdcə prosesinin yalnız bir illə məhdudlaşmadığını və uzunmüddətli xarakter daşıdığını diqqətə çatdıran A.Əmiraslanov əlavə edib: “Bu baxımdan, büdcə hər zaman təkmilləşməyə məruz qalır və bu istiqamətdə Prezident İlham Əliyevin tapşırıqları ilə hökumət və Maliyyə Nazirliyinin həyata keçirdiyi mühüm işləri, parlament formatında büdcə müzakirələrinin ali maliyyə audit rəylərini, Milli Məclislə hökumət arasında səmərəli əməkdaşlığın əhəmiyyətini və töhfələrini xüsusi olaraq qeyd etmək lazımdır”.
Müzakirələrdən sonra gələn ilin büdcə layihəsi ikinci oxunuşda qəbul olunub. Qeyd edək ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat məbləğində nəzərdə tutulur. Beləliklə, növbəti il üçün dövlət büdcəsinin gəlirləri 5,3 faiz, xərcləri isə 4,1 faiz artırılır. 2025-ci il üçün icmal büdcəsinin isə gəlirləri 43 milyard 911 milyon manat, xərcləri 47 milyard 589 milyon manat, kəsiri isə 3 milyard 679 milyon manat proqnozlaşdırılır.
Daha sonra millət vəkilləri gündəlikdə olan digər məsələləri müzakirə ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38

