/ / XİN rəsmisi: Azərbaycanın diplomatik xidmətini tənzimləyən yeni qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanır
XİN rəsmisi: Azərbaycanın diplomatik xidmətini tənzimləyən yeni qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanır
09.12.2024 [16:20]
“Diplomatik Xidmət haqqında” yeni qanun layihəsi beş fəsil və 31 maddədən ibarətdir. Layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlər araşdırılıb. Bununla yanaşı, diplomatik xidmət sahəsində beynəlxalq təcrübə və dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının aidiyyəti normaları öyrənilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin dekabrın 9-da keçirilən iclasında “Diplomatik Xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması zamanı müvafiq sənədlər və məlumatlar təhlil olunub, layihənin tənzimləmə predmeti baxımından uyğun bilinən rəy və təkliflər nəzərə alınaraq yekun mətni tərtib edilib. Bundan əlavə, layihə Nazirlər Kabineti tərəfindən müvafiq dövlət orqanları ilə razılaşdırılıb. Yeni qanun layihəsi qəbul edildikdən sonra 2001-ci il 8 iyun tarixli “Diplomatik Xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv ediləcək. Yeni qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Sosial Sığorta, Dövlət Qulluğu haqqında qanunlar, habelə diplomatik nümayəndəliklərdə və konsulluqlarda çalışan diplomatik xidmət əməkdaşlarına və inzibati texniki xidməti yerinə yetirən şəxslərə dair bir sıra dəyişikliklər ediləcək.
“Qanun layihəsinin qəbulu ilə diplomatik xidmətdə rast gəlinən və 2001-ci il tarixli qanunla tənzimlənməyən bəzi aktual məsələlərə dair hüquqi baza yaradılacaq. Bu dəyişikliklər diplomatik xidmətin müasir tələblərə uyğun tənzimlənməsini təmin edəcək”, - deyə H.Hüseynov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36

