Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Tehranda İran Prezidenti Mahmud Əhmədinejad ilə görüşüb

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Tehranda İran Prezidenti Mahmud Əhmədinejad ilə görüşüb

30.04.2013 [03:45]

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev aprelin 29-da Tehranda İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Prezident Mahmud Əhmədinejada çatdıran Ramiz Mehdiyev yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını ifadə edib.
Ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dini əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev münasibətlərimizin möhkəmlənməsi üçün yaxşı potensialın olduğunu bildirib.
Görüşdə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişaf dinamikasında mühüm rol oynadığı vurğulanıb.
Prezident İlham Əliyevin salamlarından məmnunluq duyduğunu ifadə edən Prezident Mahmud Əhmədinejad onun da səmimi salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Münasibətlərimizin inkişafında hər iki ölkənin dövlət başçılarının yüksək siyasi iradə nümayiş etdirdiklərinin vurğulandığı görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1103 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31