Ermənistanın ABŞ-yə, “duza getməkliyi”
15.01.2025 [18:08]
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Ermənistan-ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzaladılar.
İqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətdə olan Ermənistanla iqtisadi əlaqələrin genişləndirilməsini nəzərdə tutan sənəddə daha çox diqqət çəkən müddəalar “Ermənistanın müdafiə sisteminin modernləşdirilməsini və suverenliyin qorunması üçün lazımi alətlərin təmin edilməsi”, yaxın vaxtlarda Ermənistana gömrük və sərhəd nəzarətinin gücləndirilməsi üçün xüsusi qrupun göndərilməsi barədə razılaşma, həmçinin Ermənistanın İŞİD-lə mübarizə üzrə qlobal koalisiyayaya qoşulması və ABŞ-la “dinc atom” haqqında yeni bir saziş imzalamağa hazırlaşmasıdır.
İraqda hansısa “atom silahı” axtaran, İranın gününü nüvə silahına görə göy əskiyə düyünləyən ABŞ-nin Ermənistanda “dinc atom” layihəsinə girişməsi də maraqlı gedişatdır. Dünyada terroru dəstəkləyən, himayə edən və onu həyata keçirən ölkələrin ilk onluğunda yer tutan Ermənistanın İŞİD-lə mübarizə üzrə qlobal koalisiyaya qoşulması isə acı gülüş doğurur. Ermənistanın Qarabağda törətdiklərinin yanında İŞİD-in etdikləri nədir ki? Erməni “İŞİD”çiləri bu günədək 4 min azərbaycanlının başını harada kəsdiklərini, harada güllələdiklərini, harada kütləvi dəfn etdiklərini açıqlamır, indi ABŞ kimi ciddi dövlət Ermənistanla birgə İŞİD-ə qarşı mübarizə aparacaqmış. Rusiyaya atılan əlcəkdir, Ermənistan bir vaxtlar Suriyada Rusiya hərbi bazasına öz hərbçilərini yollamışdı. ABŞ bundan sonra Suriyada “İŞİD-ə qarşı mübarizə”də, Pentaqonda təlim keçdiyi Ermənistan hərbçilərini də nümayiş etdirmək niyyətindədir.
Hələlik Rusiya prosesləri izləyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov bu prosesi Ermənistanın “suveren hüququ” kimi qiymətləndiriblər. “Rus NATO-su”nun - KTMT-nin baş katibi İmanqali Tasmaqambetov isə deyib ki, Ermənistanın ABŞ-la tərəfdaşlığı digər ölkələrin təhlükəsizliyinə təhdid yaratmamalıdır. Təbii ki, gedişatdan çox şey asılıdır. Yaxın dövrün təcrübələrini xatırlamamaq olmur.
Gürcüstan-ABŞ münasibətlərinin haradan-haraya gəldiyi göz önündədir. 2004–2008-ci illərdə Gürcüstana vəd verilmişdi ki, onu NATO-ya üzv qəbul edəcəklər. Rusiya tankları Tiflisin “ağzının içinə”dək şütüyəndən sonra baş verənlər də hər kəsin yadındadır. Düzdür, 2009-cu ildə Vaşinqton və Tiflis Strateji Tərəfdaşlıq Xartiyası imzaladı, bunun çərçivəsində ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Komissiyası quruldu. Təqribən Ermənistanla imzalanan sənədin bənzəri: demokratiya, müdafiə və təhlükəsizlik, iqtisadi işlər və mədəni mübadilə kimi məsələlər prioritet idi. Amma nəinki Gürcüstan NATO üzvü oldu, üstəlik, Rusiya tərəfindən işğal olunan 20 faiz ərazisində qondarma respublikalar yaradıldı, ABŞ isə keçən ildən Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Keçən ilin dekabrında ABŞ-nin bir zaman sevimlisi olan və artıq illərdir Tiflis həbsxanasında saxlanılan Mixail Saakaşvili Vaşinqtonla Tiflis arasında 2009-cu ilin 9 yanvarında (Ermənistanla imzalanan sazişin də yanvara təsadüf etməsi maraqlıdır - red.) strateji tərəfdaşlığın dayandırılmasından təəssüfünü ifadə etdi.
Düzdür, ardınca ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “ABŞ Gürcüstan xalqının yanındadır”, dedi. Amma bu, nəyi dəyişir ki? Gürcüstan hakimiyyətinin bəzi nümayəndələrinə qarşı sanksiyalar, viza məhdudiyyətləri tətbiq edən, Gürcüstan hökumətinə ayrılmış 95 milyon dollarlıq yardımı dayandıran ABŞ günün birində Ermənistanı da “birdəfəlik şpris” kimi kənara tullayacaq.
2000-ci illərin əvvəllərində “Ukrayna-ABŞ strateji tərəfdaşlığı genişləndirirlər” bəyanatlarının biri 5 qrivna idi.
Ukraynanın Avropaya və Avroatlantikaya inteqrasiyası xəttinin reallaşdırılması istiqamətində aparılan müzakirələrin yekunu...Krımın ilhaqı oldu. O zaman ki, ABŞ Kiyevə “hələ NATO-ya üzvlüyə hazır deyilsiniz”, cavabını vermişdi.
2021-ci ilin 11 noyabrında isə ABŞ-la Ukrayna arasında yeni strateji tərəfdaşlıq xartiyası imzalanmşdı. 100 gün sonra Rusiya tankları Kiyevə doğru irəlilədi. Özü də Rusiyanın Ukraynanı işğal edəcəyi barədə planlardan ABŞ kəşfiyyatı hələ aylar öncə xəbərdar idi. Di gəl, Ukraynanın müdafiəsi naminə heç nə etmədilər.
Budur, “Bloomberg” yazır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanın taleyi ilə maraqlanmır və münaqişə onun üçün strateji əhəmiyyət kəsb etmir. Bütün dünya ABŞ-dan Ukraynanı xilas planı gözləyir, Blinken isə Ermənistanın xilaskarı kimi çıxış edir. Kimdən? Ermənistan özü bölgənin qarayarasıdır, onu kim asıb-kəsirdi ki, ABŞ demokratları bu qədər narahatdır?
Ermənistan üzərindən hərəkətə keçən, bəlkə də İran planının bir hissəsini gerçəkləşdirən ABŞ sanki postsovet ölkələrini bir-bir Rusiyaya tam şəkildə təslim etməyə and içib. Ermənistanla bağlı xüsusi qayğımız yoxdur, can hayların, cəhənnəm Tanrının. Sadəcə, söhbət Azərbaycana “qonşu” olan oyuncaq ölkədən gedir və növbəti dəfə bizə qarşı maşa kimi istifadə olunacağı şübhə doğurmur. Erməni lobbisinin və diasporunun əlində oyuncağa çevrilmiş Blinken açıqlayıb ki, gələn həftə ABŞ sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək. Soruşan gərək, hansı sərhədə?
Ermənistan bəyan etmişdi ki, rus sərhədçiləri çıxarılandan sonra İranla sərhədi özləri qoruyacaqlar. NATO ölkəsi Türkiyə ilə sərhədlərdə rus sərhədçiləri dayanır. Amerikanların ruslarla birgə postda dayanacaqları da anormal görünərdi. Azərbaycana gəldikdə, hələlik Ermənistanla 1007 km-lik şərti sərhədin cəmi 13 km-i razılaşdırılıb. Ermənistan rəhbərliyi bu 13 km-lə bağlı çox arxayındır və nə vaxtsa narahatlığını bəyan etməyib ki, amerikanlar ora tələssinlər. Gürcüstan-Ermənistan sərhədində də fövqəladə nəsə baş vermir. Elə isə Bayden administrasiyası bu gethagetdə nə həşirdir qoparıb? Hansısa ölkənin Ermənistana hücum etmək niyyəti yoxdur. Əksinə, Ermənistan son illərdə silahlanmaya böyük vəsaitlər xərcləyir və ağır silahları Azərbaycana yaxın ərazilərdə yerləşdirir. Belə çıxır ki, Minsk qrupunun həmsədri olmuş ABŞ Ermənistanı yenidən Azərbaycanla müharibəyə sövq edir? Düzdür, 1992-ci ildə torpaqlarını Ermənistanın işğalından azad edən Azərbaycana qarşı qəbul olunmuş Azadlığı Müdafiə Aktına 907-ci düzəliş – sanksiya qətnaməsini xatırlayanda, təəccüblü görünmür.
Yəni “demokratiyanın beşiyi” təkcə Gürcüstan və Ukraynaya qarşı tarixi pisliyi ilə tarixdə qalmayıb, müstəqilliyinin bərpasının 1 illiyində Azərbaycana böyük namərdlik edib. Hava məkanı, sərhədləri, dəmir yolu, elektrik enerjisi, dövlət büdcəsi Rusiyadan asılı olan, ərazisində daha 20 il Rusiya hərbi bazasını saxlamaqla bağlı öhdəlik götürmüş Ermənistan ABŞ-yə “duza gedir”. Alışıb-yananda su verən də olmayacaq...
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17

