Bu gedişlə İrəvanın mərkəzində “İrəvanda hay qalmadı” oxunacaq
31.01.2025 [13:52]
İrəvanın Respublika meydanında bir qrup azərbaycanlının “Anadır arzulara hər zaman Qarabağ” oxuması hay revanşistlərini havalandırıb. 2019-cu ildə “Qarabağ Ermənistandır. Nöqtə”, deyən Nikol Paşinyanın 44 günlük müharibədən sonra “Qarabağ Azərbaycan ərazisidir, reallıqla barışmaq, real Ermənistana sahib çıxmaq lazımdır”, məzmunlu çıxışlarının ardınca Təbriz azərbaycanlılarının ana dillərində, heç kimdən çəkinmədən İrəvanda “Qarabağ” mahnısı oxuması yeni müharibəyə hazırlaşan ölkənin gündəmini qarışdırıb.
Ermənistanda anlayırlar ki, məsələ bir mahnı ilə bitməycək, davamı gələcək. Bu vaxta qədər Azərbaycan və Türkiyənin varlığından həyəcan keçirən bu xəstə, zəhərlənmiş kütlə indi də baxır ki, onların əmin-arxayın olduqları İran tərəfdən də çəkinmədən, uca səslə “Qarabağ Azərbaycandır!”, deyənlər var, özü də bu hayqırtı qədim İrəvanda səslənir. Axı, haylar İran sarıdan arxayın idilər, zənn edirdilər ki, fars-molla rejimi onların bütün arzu-istəklərini həyata keçirəcək. Amma anlamırlar ki, söhbət 40 milyondan artıq Azərbaycan türklərinin yaşadığı ölkədən gedir və Qarabağ məsələsi buradakı türklər üçün sıradan məsələ deyil.
![]()
Deməli, Ermənistan rəngləri tündləşdirməkdə davam edərsə, gərginliyi tətikləyərsə, yeni savaş hazırlıqlarını Avropa İttifaqı və ABŞ hərbi-casus şəbəkəsinin iştirakı ilə davam etdirərsə, o halda Mehri boğazında da tıxanıqlıq yarana və boğula bilər! Hələlik Ermənistan Qərbdəki havadarlarının, həmçinin Tehranın diktəsi ilə Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərir. Həmçinin Azərbaycanın bölgədə barışı və inkişafı təmin edəcək 3+3 formulunda əməkdaşlıq təşəbbüsünə biganədir. Amma Paşinyan hakimiyyəti və onun gözlərini qan örtmüş əleyhdarları konstruktiv mövqedən çox uzaqdadırlar və bu da sonda fəlakətli nəticələr verə bilər.
Xəbərlər gəlir ki, Ermənistanda idman mərkəzləri, təlim meydançaları və digər adlar altında faktiki olaraq təxribatçı dəstələrin, kəşfiyyatçıların, muzdluların yetişdirilməsi prosesi gedir. Özü də bu işdə Ermənistana ABŞ və Avropa İttifaqının səxavətlə yardım etdiyi bildirilir. Azərbaycanı müharibəyə çəkmək və daha çox silah-sursatın, hərbçinin Ermənistana daşınması üçün “hüquqi əsas” yaratmaq niyyəti var Qərb paytaxtlarında. ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalanması, Avropa İttifaqının casus şəbəkəsinin ömrünün daha 2 il müddətinə uzadılması, özü də patrullara silah daşımaq icazəsinin verilməsi sülhə xidmət etmir ki... Bunlar növbəti lokal toqquşmalara rəvac vermək üçün hərəkətə keçiblər.
![]()
Günün birində Ermənistanda hazırlanmış plan əsasında, “binokl siyasəti”nin təmsilçilərinin Azərbaycanla sərhəddəki döyüş postunda, elə “Yerkrapa” üzvləri tərəfindən güllələnməsi və günahkarın “Azərbaycan tərəfdə axtarılması əməliyyatı”nın da şahidi ola bilərik. Bunlar özlərinin məkrli planlarının reallaşması, Azərbaycanı günahlandırmaq və ölkəmizə şər atmaq üçün hətta 209 nəfərlik hərbi-casus şəbəkəsinin bir neçə üzvünü qurban verə bilərlər! Ərəb ölkələrində, Qəzza zonasında, Afrikada, Ukraynada, Yeni Kaledoniyada min hoqqadan çıxan Fransa və digərləri üçün belə təxribatlara əl atmaq heç də çətin deyil. Əks təqdirdə, Aİ-nin Ermənistandakı missiyası niyə günaşırı Azərbaycanla şərti sərhədlərdə peyda olur, nümayişkaranə şəkildə sərhədçilərimizin, hərbçilərimizin mövqeləri qarşısında saatlarla dayanır, avtomobillərlə ora-bura şütüyür, binokllarla Azərbaycan ərazilərinə baxırlar? Azərbaycanı çox istədiklərindənmi? Təbii ki, yox. Onlar səbrimizi sınağa çəkirlər, çox arzulayırlar ki, Azərbaycan tərəfdən atəş açılsın, kimsə yaralansın, yaxud ölsün və bütün dünyaya hay salsınlar ki, “qoymayın, Azərbaycan beynəlxalq müşahidəçiləri hədəfə alıb!”
Yeri gəlmişkən, Rusiyanın hərbi helikopteri 2020-ci ilin 9 noyabr gecəsi eynisini etmədimi? Yaxud bir günlük antiterror əməliyyatımız zamanı Qarabağdakı rus “sülhməramlılar” əməliyyat aparılan əraziyə nümayişkaranə şəkildə daxil olmadılarmı? 44 günlük müharibə zamanı hətta İranın da Arazboyu ərazilərdə Azərbaycan ordusunun yolunu kəsməyə cəhd göstərdiyi konkret faktlarla sübuta yetirilib. İndi də Avropa İttifaqının casus şəbəkəsi, silahlı “mülki”ləri hərəkətə keçiblər. Heç şübhəsiz, məqsəd minlərlə NATO hərbçisinin Ermənistana gətirilməsinə hesablanıb. Gələcəkdə həm də İrana qarşı istifadə məqsədilə. Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətt” çəkən Tehrandan hələ səs çıxmır...
![]()
Ermənistan özü də hansı oyuna salındığının fərqində deyil. Bunlar İrəvanın mərkəzində oxunan mahnıdan belə qorxurlarsa, bu, nə müharibə hazırlığıdır belə? Şərqşünas Artem Tonoyan sosial şəbəkə hesabında “Qarabağ” mahnısının “İran Təbrizində” geniş yayıldığını, hər küçə musiqiçisinin bunu bildiyini yazır. “Amma sual budur ki, bu adamlar niyə birdən-birə bunu Ermənistan paytaxtında keçirmək qərarına gəliblər və onlara bu ideyanı kim verib”, deyə o qeyd edir.
Maraqlı sualdır təbii ki... Qarabağ dolma deyil ki, “qədim erməni yeməyi” adını qoyub, manipulyasiya edəsən. Heç bu mahnının erməniləşdirilməsi də mümkünsüzdür, hətta Simonyan anlayır ki, bu, Qarabağdır, “artsax” deyil. Qarabağ Zəfərimiz də döyüş mahnılarının, “Xudayar təsnifi”nin müşayiəti ilə qazanıldı.
![]()
Davamı isə gələcək. Günün birində İrəvanın mərkəzində - meydanın adı da İrəvan xanının adını daşıyacaq - “İrəvanda xal qalmadı” əvəzinə “İrəvanda hay qalmadı” da oxuna bilər. Günah özlərində, bizdən xəbərdar etmək!
Yeri gəlmişkən, Türkiyənin Qars şəhərində Azərbaycan hərbçilərinin də iştirakı ilə beynəlxalq “Qış təlimi - 2025” hərbi təlimləri keçirilir.
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

