Azərbaycan - Çin münasibətləri yeni məzmunda
14.02.2025 [10:51]
İki ölkə arasında hərtərəfli əməkdaşlıq üçün real imkanlar mövcuddur
Azərbaycan bütün çoxtərəfli və ikitərəli əlaqələrini özünün milli maraqları və bərabərhüquqlu əməkdaşlıq kontekstində inkişaf etdirir. Xüsusilə, bölgədə yaratdığı yeni iqtisadi-siyasi reallıqlar fonunda ortaya çıxan perspektivlər Azərbaycan üçün mühüm dividendlər formalaşdırıb. Regionun təhlükəsizliyinə verdiyi töhfə, yeni iqtisadi əlaqələrin qurulması və ya gücləndirilməsi istiqamətində atdığı addımlar, bölgənin potensialını maksimum səviyyədə nümayiş etdirmək imkanlarının yaradılması Azərbaycanı digər güc mərkəzləri və ya dövlətlər üçün maraqlı edir - bunun nəticəsidir ki, son illərdə ölkəmiz dünyanın aparıcı dövlətləri və ya beynəlxalq təsisatları ilə enerji, daşımaçılıq, tranzit imkanları və ikitərəfli münasibətlərin yeni mərhələsini özündə əks etdirən müstəvilərdə əməkdaşlıq müqavilələri, strateji müttəfiqlik sənədləri, anlaşma memarandumları imzalayır.
Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin əhəmiyyəti
Bu mənada, regional layihələrin gələcək inkişafı istiqamətində yaradılan mənzərə xüsusilə diqqəti cəlb edir. Azərbaycan ilə Çin arasında son illərdə əməkdaşlıq səviyyəsinin artan xəttlə inkişaf etməsi bir çox mətləblərdən xəbər verir. Çin yaşadığımız əsrdə qlobal güc mərkəzi kimi özünün iqtisadi, demoqrafik potensialı ilə çoxqütblü dünyanın mühüm siyasi aktorudur. Rəsmi Pekin müstəqil xarici siyasət kursuna malik olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi lokomotiv ölkələrdən sayılır - Avrasiya geoməkanında, xüsusilə də Azərbaycanın mühüm təsir imkanları yaratdığı Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya bölgəsi üzrə ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin formalaşmasında Çin faktoru xüsusi əhəmiyyətə malikdir. Ötən il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə Toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin əhəmiyyətinə də məhz bu müstəvidən yanaşmaq daha doğru olardı: müasir Çin - Azərbaycan əlaqələrinin komponentləri hazırki dövrün siyasi-iqtisadi aktuallığı ilə yanaşı, həm də gələcək perspektivi də özündə cəmləyir. Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibəsində bildirib ki, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular: “Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.
Əlaqələr geniş və dinamikdir...
Qeyd edək ki, Azərbaycan ilə Çin arasında son illərdə siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri genişlənməkdədir. Üst-üstə düşən maraqlar, uzalaşan mövqelər yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayıb. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və cənab İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Beləliklə, dinamik və işgüzar xarakter daşıyan bu əlaqələr yeni mərhələdə yeni müstəviyə qədəm qoyur.
Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməyə nəzər saldıqda, sənədin iki ölkə arasındakı münasibətlər sisteminin bütün sferasını əhatə etməsi diqqəti cəlb edir. Burada siyasi - iqtisadi bloklar, ikitərəfli münasibətlərin möhkəmlənməsi, beynəlxalq münasibətlər sisteminə baxış, qlobal proseslərdə əməkdaşlıq, maraqların uzlaşdırılması, qarşılıqlı şəkildə dövlət mənafeyinin qorunması və ən əsası təhlükəsizlik kimi strateji məqamlar yer almaqdadır. Çinin Azərbaycana münasibətdə strateji tərəfdaş yanaşması bizə həm siyasi, həm də iqtisadi üstünlüklər vəd edir. Dövlət başçısı öz müsahibəsində bildirib ki, biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq: “Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir”.
Xalqlararası inteqrasiya güclənir...
Bəli, öz növbəsində, Çin də Cənubi Qafqazın ən güclü aktoru olan, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu, Pekinin Bəyannamə ilə bağlı mövqeyində də açıq görünür. Üst-üstə düşən maraqlar, uzalaşan mövqelər, yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri bütün sahələr üzrə danışıqların və razılaşmaların dinamik xarakter almasını şərtləndirir. Azərbaycanın regionda oynadığı rol artamqdadır və Çinin ölkəmizə qarşı yanaşmasında sərgilədyi əməkdaşlıq mövqeyi regional lider statusu ilə uzlaşır. Azərbaycan dünyaya açıq bir ölkədir - biz bərabərhüquqlu tərəfdaşlığı, investisiya mühitinin inkişafını, cəmiyyətlərarası inteqrasiyanı gücləndirməyi təşfiq edirik və bu yöndə addımlar atırıq. Məsələn, bir müddət öncə Azərbaycan Çin vətəndaşlarını viza almaq tələbindən azad edib. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər: “Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi biz rəsmi diplomatik kanallardan istifadə edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

