İtaliya qəzeti Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətlərindən yazıb
27.02.2025 [14:37]
Müqəddəs Taxt-Tac Ermənistan ilə Azərbaycan arasındakı sülh və normallaşma prosesinə töhfə verə, dialoqun gücləndirilməsində əvəzsiz rol oynaya bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun İtaliyanın “Tota Pulchra News” onlayn qəzetinə müsahibəsində yer alıb.
Müsahibədə Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri, ölkəmizdə xristianlığın kökləri və Qafqaz Albaniyasının qədim tarixi, Azərbaycanda katolik icmasının yaranması və inkişafı, Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi humanitar fəaliyyət, həmçinin Xocalı soyqırımı və Ermənistan-Azərbaycan arasındakı sülh və normallaşma prosesinə Vatikanın mümkün töhfəsi kimi mövzulara toxunulub.
Yazıda qeyd olunur ki, Müqəddəs Taxt-Tacın Qafqazdakı ən mühüm tərəfdaşı regionda kimliyinin və əhalisinin əksəriyyətinin xristian olmadığı yeganə ölkə olan Azərbaycandır.
Bildirilib ki, Azərbaycan Qafqaz Alban Apostol Kilsəsinin beşiyi olub. Xristianlıq qədim zamanlardan ərazilərimizdə kök salıb və bunu Alban mədəniyyəti ilə bağlı çoxsaylı memarlıq nümunələri sübut.
Oxucuların diqqətinə çatdırılıb ki, sülhün təşviqi, dünya əhəmiyyətli tarixi, mədəni və dini irsin, multikulturalizmin, dini plüralizmin və tolerantlıq dəyərlərinin qorunmasının vacibliyi ilə əlaqəli ortaq maraqlar Müqəddəs Taxt-Tacla müxtəlif sahələrdə, xüsusən siyasi dialoqda, mədəni irsin qorunmasında, elm və təhsildə möhkəm əməkdaşlıq əlaqələrinin qurulmasına səbəb olub. Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı Sərəncamla Vatikanda ölkəmizin səfirliyi təsis edildikdən sonra Müqəddəs Taxt-Tacla əvvəl də mükəmməl olan əlaqələrə yeni təkan verilib. Yüksəksəviyyəli qarşılıqlı səfərlər, eləcə də hər iki ölkənin nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakı ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə olub.
Vurğulanıb ki, Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində yaşadığı məkandır, ölkədə güclü dini tolerantlıq ənənələri formalaşıb.
Diplomat Katolik Kilsəsi ilə Heydər Əliyev Fondunun əməkdaşlığından bəhs edərkən deyib: “Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu həm Azərbaycan mədəniyyətinin dünyada yayılmasında, həm də bu illər ərzində onun dəstəyi ilə bərpa olunan xristian ənənəsinin bütün incəsənət və mədəniyyət nümunələri daxil olmaqla, dünya irsi hesab etdiyi bütün sərvətlərin qorunmasında əvəzsiz rol oynayır. Bunlara Romanın Müqəddəs Marçellino və Pietro katakombalarının bərpası, Vatikan Muzeylərinin bir hissəsi olan Pio Klementino Muzeyindəki Zevsin heykəli və Vatikan Muzeylərinin Sikstin zalının qədim kabinetləri kimi mühüm sənət nümunələrinin restavrasiyası, Müqəddəs Pyotr Bazilikasının nekropolu və 1640-1653-cü illərdə italyan heykəltaraş Alessandro Alqardi tərəfindən yaradılmış, “Papa Böyük Leo və Atilla arasında görüş” qurbangahının, habelə Müqəddəs Kommodilla katakombalarının bərpası və ən son, 2025-ci il Yubiley zəvvarlarının təhlükəsiz şəkildə ziyarətini təmin etmək məqsədilə mühüm müqəddəs abidə olan Müqəddəs Pavel Bazilikasında aparılan işlər daxildir.
Ötən il Bakıda yeni kilsənin təməlinin qoyulduğunu bildirən səfir qeyd edib ki, ölkəmizdə katoliklərin dəqiq sayını müəyyən etmək çətindir. Bu, Katolik Kilsəsi ilə sıx bağlı olan icmadır. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğı göstərdiyi icma bu gün də inkişaf edərək genişlənir.
Bildirilib ki, katolik icması ölkəmizin dini və mədəni həyatına fəal töhfə verir.
Müsahibədə Xocalı qətliamına da toxunulub, hadisələri törədənlər arasında Ermənistan və Qarabağın silahlı hərbi xuntasında yüksək vəzifə tutanlar, o cümlədən Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan, Ermənistanın keçmiş müdafiə nazirinin müavini general Arkadi Ter-Tadevosyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, Bako Saakyan, Vitali Balasanyan və başqaları olub.
Qeyd olunub ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb və minalarla basdırıb. Münaqişə zamanı itkin düşən 4 min azərbaycanlının taleyi naməlum olaraq qalır. Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Diplomat, həmçinin Ermənistanla Azərbaycan arasında sülh prosesindən bəhs edib, regionda davamlı sülhün bütün iştirakçı xalqlar üçün rifah və sabitlik kimi yeni perspektivlər vəd edə biləcəyini diqqətə çatdırıb. Bildirib ki, Roma Papası balanslı mövqeyi, müdrikliyi və dünyada baş verən hadisələrə tətbiq etdiyi qayğılı yanaşması sayəsində dialoqun gücləndirilməsində əvəzsiz rol oynaya bilər.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

