/ / Mübariz Qurbanlı: Təbliğat-təşviqat kampaniyası ilə bağlı ayrı-ayrı sahələr üzrə proqramlarımız artıq hazırdır
Mübariz Qurbanlı: Təbliğat-təşviqat kampaniyası ilə bağlı ayrı-ayrı sahələr üzrə proqramlarımız artıq hazırdır
27.08.2013 [09:46]
“Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədinin təbliğat-təşviqat kampaniyasının aparılması üçün partiyanın proqramına uyğun olaraq müxtəlif layihələr hazırlanıb”. Bu barədə Trend-ə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, YAP bununla bağlı Seçki Məcəlləsinin verdiyi bütün imkanlardan istifadə edəcək: “Təbliğat-təşviqat kampaniyası ilə bağlı ayrı-ayrı sahələr üzrə proqramlarımız, materiallarımız artıq hazırdır”.
M.Qurbanlı əlavə edib ki, YAP təşviqat məsələlərində ən yeni texnologiyadan istifadə edəcək: “Yerlərdə YAP-ın fəalları, o cümlədən regionların tanınmış şəxsləri təşviqat kampaniyamıza qatılacaq, təşviqat kampaniyamız bütün regionları, bütün bölgələri əhatə edəcək. Hər kənddə, hər qəsəbədə, hər məhəllədə YAP-ın namizədi cənab İlham Əliyevin seçki proqramını seçicilərə canlı təmasda çatdırmağa çalışacağıq, televizyaların pullu və pulsuz efir vaxtından səmərəli istifadə edəcəyik”.
M.Qurbanlı əlavə edib ki, YAP-ın təşviqat kampaniyasında əsasən Azərbaycanda həyata keçirilmiş quruculuq, abadlıq, inkişaf, tərəqqi, sabitlik kimi amillərə geniş yer veriləcək: “Azərbaycanda hər bir vətəndaşın ən böyük istəyi sabitlikdir, inkişafdır, rifahdır. Bu istiqamətdə də çox böyük işlər görülüb. Görülən işləri, Prezidentimizin fəaliyyətini seçicilərə çatdırmaq üçün onlarla görüşlərdə bu məsələləri müzakirə edəcəyik. Bizim kampaniyamız istiqamətlər və proqram üzrədir və bu proqramın hər bir maddəsini qanunvericiliyə uyğun şəkildə yerinə yetirəcəyik”.
Gün.Az-a açıqlamasında isə “Milli şura”nın Rüstəm İbrahimbəyovun namizədliyindən bir növ imtina edib, Cəmil Həsənlini prezidentliyə namizəd kimi irəli sürməsinə münasibət bildirən YAP İcra katibinin müavini deyib ki, “Radikal müxalifətin yaratdığı “Milli şura”nın prezidentliyə ehtiyat namizəd kimi irəli sürdüyü şəxsin də seçkidə bu düşərgəyə hansısa uğur gətirəcəyi azacıq olsun belə, ehtimal edilmir və gözlənilmir”.
Onun sözlərinə görə, burada prezidentliyə namizədin kim olmasına baxmayaraq, Azərbaycan cəmiyyətində radikalizmə və radikallara dəstək yoxdur. Azərbaycan cəmiyyəti artıq radikalları və radikalizmi qəbul etmir, ölkənin siyasi həyatında da radikalizmə yer yoxdur.
M.Qurbanlı deyib ki, “Milli şura”nın ehtiyat namizəd kimi C.Həsənlinin namizədliyini irəli sürməsi isə radikalların özlərinin-özlərinə təsəlli verməsi cəhdindən başqa bir şey deyil: “Yəni, onlar bununla demək istəyirlər ki, biz də varıq və biz də seçkilərdə iştirak edirik”.
Millət vəkili eyni zamanda qeyd edib ki, radikalların namizədi kimi C.Həsənli prezidentliyə namizədliyini irəli sürmüş şəxslər arasında YAP-ın namizədi ölkə Prezidenti İlham Əliyev istisna olmaqla, digərləri ilə yarışa bilər və yarışacaq: “Bununla yanaşı, o, seçkilərdə iştirak edən konstruktiv müxalifətin namizədlərindən və digər namizədlərdən az səs toplayacaq. Çünki cəmiyyət həmin şəxsə “Milli şura”nın, radikalların namizədi kimi səs verəcək və dediyim kimi də, artıq Azərbaycan cəmiyyətində radikallara, radikalizmə dəstək yoxdur.
Bu baxımdan, o, namizədliyi təsdiqlənəcəyi, qeydə alınacağı və rəsmi namizəd kimi seçkilərdə iştirak edəcəyi təqdirdə, bütün digər namizədlərdən ən az səs toplayacaq, cəmiyyət həmin şəxsin timsalında radikalizmə birdəfəlik yox deyəcək”.
M.Qurbanlı sonda sözlərinə əlavə edib ki, ümumiyyətlə, C.Həsənli YAP-ın namizədinin qarşısına çıxa biləcək namizəd deyil.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

