70-ci Büro və 65-ci Daimi Komitə iclası...
18.06.2025 [10:15]
Bakıda QDİƏT PA-nın toplantıları keçirilib
Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Belə təsisatlardan biri də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır (QDİƏT). Qara Dəniz İqtisadi Əməkdaşlıq təşəbbüsü Türkiyənin təklifi ilə 1992-ci il 25 iyun tarixində İstanbulda Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, həmçinin Ukraynanın dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə İstanbul Bəyannaməsinin imzalanması ilə yaranıb.
1998-ci ilin 5 iyun tarixində Yalta şəhərində dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ilin 1 may tarixində qüvvəyə minməsi ilə sözügedən əməkdaşlıq mexanizmi təşkilat statusunu alıb. Hazırda təşkilata 13 üzv dövlət daxildir. Qurumun Daimi Beynəlxalq Katibliyi İstanbulda yerləşir. Qara dəniz regionunda uzunmüddətli və sıx əməkdaşlığın təşviq edilməsi, eləcə də bir sıra müvafiq istiqamətlər üzrə iqtisadi aktivliyin artırılması vasitəsilə regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi QDİƏT-in əsas prioritetlərindəndir.
Azərbaycan təşkilatın müxtəlif strukturları çərçivəsində də fəal siyasət həyata keçirir. Onlardan biri də QDİƏT Parlament Assambleyasıdır. Ölkəmiz bu qurumun tədbirlərində aktiv iştirak edir. Yeri gəlmişkən, iyunun 17-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirilib.
Milli Məclisin spikeri və QDİƏT PA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova iclaslara sədrlik edib. O, müzakirələrin konstruktiv və məhsuldarlığına, qəbul olunan qərarların təşkilatın gələcək fəaliyyətinə müsbət töhfələr verəcəyinə inamını ifadə edib.
Keçirilən müzakirələrdə QDİƏT PA-nın Baş Assambleyasının gündəliyi, həmçinin təşkilatın ötən dövr ərzindəki fəaliyyəti, növbəti dövrdə fəaliyyətinə dair məsələlər, bir sıra təşkilati məsələlər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.
Həmin gün Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və humanitar siyasət komissiyasının iclası da keçirilib. Quruma üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirdə Milli Məclisi QDİƏT PA-da nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev, üzvləri Eldar İbrahimov, Musa Quliyev və Səbinə Salmanova təmsil ediblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin və QDİƏT PA-nın Sosial və humanitar siyasət komissiyasının sədri Musa Quliyev gündəlikdə olan məsələlər barədə məlumat verib. Bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızın əsas hədəflərindən biri birlikdə sosial rifahı yüksəltmək, insan ləyaqətini təbliğ etmək və heç kəsi kənarda qoymayan inklüziv cəmiyyətlər qurmaq üçün ortaq niyyətlərimizin həyata keçirilməsini təmin etməkdir.
M.Quliyev qeyd edib ki, tədbir “QDİƏT üzv dövlətlərində əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusuna həsr olunub. İclasda “QDİƏT üzv dövlətlərində əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusunda hesabat layihəsi nəzərdən keçirilib. Sonra eyni mövzuda tövsiyə qərarının layihəsinə baxılıb və sənəd səsə qoyularaq qəbul olunub.
Daha sonra QDİƏT Parlament Assambleyasının baş katibi Asəf Hacıyev çıxış edərək komitənin fəaliyyətinə uğurlar arzulayıb..
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20

