Redikül müxalifətin növbəti ifşası...
07.10.2025 [09:55]
Aleksitimistlər ATƏT-in Minks Qrupunun ləğvinə niyə reaksiya vermədilər?
Ermənistanın ölkəmizə qarşı apardığı işğal 30 ildən artıq davam etdi. Bu 30 ildə Azərbaycan Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq üçün bütün səylərini səfərbər etdi - təəssüf ki, dünya ictimaiyyəti düz 30 il bu işğala, bu təcavüzə, bu haqsızlığa göz yumdu, hətta bəzi məqamlarda işğalçıya haqq qazandırmaq üçün “qollarını” çırmadı. Xocalı boyda həqiqətə kor, Şuşa boyda haqsızlığa lal olan susqun dünya “Qarabağ münaqişəsi”ni həll etmək üçün “ATƏT-in Minsk Qrupu”nu yaratdı və görəvləndirdi.
Nəticə yenə dəyişmədi - hətta zaman-zaman ATƏT-in Minsk Qrupunun davranışlarından, bəyanatlarından belə bir nəticə hasil olurdu: sanki bu qrup “münaqişə”ni həll etmək yox, onu “yaşatmaq, “uzatmaq” və nəticədə Ermənistanın xeyrinə yekunlaşdırmaq üçün vəzifələndirilmişdi.
Minsk Qrupu tarixə qovuşdu - Azərbaycanın qətiyyəti sayəsində...
2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı, səmərəsiz ATƏT-in Minsk Qrupunun da ləğvini legitimləşdirdi. Artıq “Qarabağ münaqişəsi” deyilən bir konfrantasiya yox idi - artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi vardı ki, burada da ATƏT-in Minsk Qrupu ilə bağlı bir şey yox idi. Başqa sözlə, bu qurumun ləğvi tarixə qovuşmuş “münaqişənin” siyasi, de-fakto bitməsini təsdiqləyən amilə çevriləcəkdi.
Ermənilər də bunu anlayırdı - son iki ildə Minsk Qrupunun ləğvindən yayınmaq üçün etdikləri cəhdlər də bu faktı sübut edir. Erməni xisləti özünü burada da ortaya qoyurdu - onlar ümid edirdi ki, hansısa bir “zaman” gələcək və ATƏT-in Minsk Qrupunun “zühuru” onlara sərf edəcək: bu qurum onlara yenidən öz qondarma iddialarını bərpa etmək üçün platforma rolunu oynayacaq.
Azərbaycanın qətiyyəti isə bu xəbisliyi də darmadağın etdi - avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzaladılar - müraciətin mahiyyəti isə ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə idi. Cəmisi 22 gün sonra, sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olundu...
Növbəti böyük qələbə...
Əslində, bu arayışı yazmağımızın səbəbi var - ATƏT-in Minsk Qrupunun ləğvi Azərabycanın müasir tarixinin ən mühüm nailiyyətlərindən biridir. Bu, “Qarabağ münaqişəsi”nin bütün dünya tərəfindən siyasi təsdiqi olmaqla yanaşı, həm də ermənilərin gələcəkdə hansısa yeni bir qondarma iddia ilə üstümüzə gəlməsini əngəlləyən haldır. ATƏT-in Minsk Qrupunun ləğvi Azərbaycanın suverenliyinin dünya ictimaiyyəti tərəfindən legitim təsdiqi idi. Son 5 ilin Qarabağ zəfəri epopeyasının ən vacib epizodlarından idi. Bu mənada, ATƏT-in Minsk Qrupunun ləğvi bütün dünyada böyük səs-küylə müşayiət olundu - dünyanın əksər dövlətlərinin başçıları bununla bağlı müsbət fikirlərini çatdırdılar, xalqımızı və dövlətimizi təbrik etdilər.
Bu qərar ölkəmizdə də yüksək səviyyədə qəbul olundu - ziyalılar, fikir adamları, siyasətçilər ATƏT-in Minsk Qrupunun ləğvinin mahiyyəti ilə bağlı fikirlərini geniş ictimaiyyətlə bölüşdülər, bu uğurun əldə olunmasının sülh müqaviləsinin imzalanması istiqamətində vacib bir addım olduğunu dedilər...
Aleksitimiya daşıyıcıları öz ampluasında...
Amma bir “cəbhə”dən nə bir səs eşidildi, nə də bir reaksiya verildi. Qarabağ sevincini, qələbə şövqünü, Zəfər emosiyasını yaxalandıqları aleksitimiya psixoloji pozuntusu üzündən yaşaya, bölüşə bilməyən redikül müxalifət bu uğuru da görməzdən gəldi. Heç bir redikül müxalifət nümayəndəsi nəinki ATƏT-in Minsk Qrupunun ləğvinin böyük bir uğur olduğunu etiraf etmədi - tam əksinə, bu məsələnin üzərindən ölü bir sükutla keçdilər: Sanki heç ABŞ-da belə bir bəyanat imzalanmayıb, sanki ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunmayıb. Hətta erməni KİV-ləri, erməni siyasətçiləri və erməni radikalları belə ATƏT-in Minsk Qrupunun ləğvini Azərbaycanın növbəti qələbəsi kimi tanıdılar - amma Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı və onlar kimi aleksitimiya psixoloji xüsusiyyətinin daşıyıcıları bu qələbəyə də sevinmədilər.
Diqqət edək - dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq Azərbaycana qarşı olan, Azərbaycanı qaralamağa yönələn şər və böhtana o dəqiqə reaksiya verirlər, “verilişlər” həsr edir, sosial şəbəkələrdə paylaşımlar edirlər. Amma ATƏT-in Minsk Qrununu ləğvi ilə bağlı qərar haqda bir cümlə belə yazmayıblar. Sosial şəbəkələrdə aparılan monitorinq də bunu təsdiqləyir...
Beləliklə, Əli Kərimli və əlaltıları bununla tək erməni lobbisi və ya ermənipərəstlərlə olan əlaqələrini faş etmirlər, həm də, öz xəbis, kinli, xalqa qarşı qisasçı mövqedə olmalarını, qələbələrə və uğurlara qısqanc yanaşmalarını ortaya qoyurlar. Hər zaman bildirilir ki, Qarabağ zəfəri dövlətin, xalqın, hər bir azərbaycanlının, hətta körpələrimizin qələbəsidir. Amma bu aleksitimiya daşıyıcıları bu qələbəyə də sevinmirlər - demək ki, nə bu xalqdan, nə də bu dövlətdən deyillər...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

