Aleksitimiyanın növbəti təzahürü
14.10.2025 [10:46]
Bu dəfə Mustafa Hacıbəyli...
Qarabağın azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası yaşadığımız tarixin ən mühüm, ən böyük hadisəsidir. 30 ildən sonra torpaqlarımıza qovuşmağımız, xəyallarımızın gerçəkləşməsi, yurd həsrəti ilə yanıb qovrulan insanlarımızın öz el-obalarına qayıdışı əvəzedilməz fərəh hissi doğurur, hər birimizi sevindirir. Amma bəzi istisnalar var - bəzi aleksitimiya daşıyıcıları bu qüruru, bu sevinci, bu fərəhi yaşaya bilmir, bütün işlərdə bir “qara nöqtə” axtarır, özlərinə uyğun, adlarına uyğun, siyasi kimliklərinə uyğun şəkildə ürək bulandırmağa çalışırlar.
Məsələn, vaxtilə, qardaşı Arif Hacılının “Müsavat” başqanlığını saxtakarlıqla çırpışdırmasına haqq qazandırmaq üçün əldən-ayaqdan gedən Mustafa Hacıbəyli (yeri gəlmişkən, bu qardaşların da eyni soyadı daşımaması maraqlı gəldi - yəqin, ikinci özünü məşhur şəcərəyə qoşmaq niyyətində olub) azad Qarabağa, azad Zəngəzura “səfər edib”. Sosial şəbəkə paylaşımında özü boyda qısqanclığının son həddini biruzə verib - yazır ki, Füzulidə, Cəbrayılda hələ 25-30 bina tikilib.
Əslində, bu adama cavab verməmək də olardı - aleksitimiya daşıyıcısının Qarabağ sevincinə şərik olmamasının heç bir təəccüblü tərəfi yoxdur - amma onun bu qədər cılızlaşması insanda ikrah hissi yaradır.
Birincisi, azad edilmiş ərazilərdə kütləvi minatəmizləmə işləri aparılır ki, bu Mustafa Hacıbəyliyə deyəsən ayan deyil. Ayandırsa da, bunu qəsdən gözardı edir. Hər şəhərdə 25-30 bina tikilirsə, hər rayonda ilkin mərhələ olaraq onlarla kənd salınırsa, körpülər tikilirsə, yollar çəkilirsə, infrastruktur qurulursa və daha sadalanası onlarla inzibati binalar istifadəyə verilirsə, Hacıbəyli başqa nə görmək istəyir? Vaxtilə qardaşının Milli Məclis tribunasından ölkədə hakimiyyəti ələ almaq üçün xarici dövlətlərlə razılaşdıqlarının etirafından, Qarabağın işğalındakı rolundan utanmayan Mustafa Hacıbəyli dövlətin gördüyü meqaişlərə kölgə salmağa çalışır. Amma bu da iflasa məhkumdur.
Adamın şikayətinə baxın - “bütün azad edilmiş ərazilər üçün xas olan hal - addımbaşı yoxlamalardır. İki gündə yoldakı postlarda 7 dəfə sənədlərimizi, 3 dəfə baqajımızı (yükümüzü) yoxladılar. Addımbaşı kameralar quraşdırılıb...”
Şuşa-Xankəndi yolundakı yoxlamalara ironiya edən bu şəxs mahiyyət etibarı ilə 1990-cı illərin xaosunun “məhsulu” olduğunu bir daha ortaya qoyur. Bəli, dövlət həmin ərazilərdə mühüm postlar qurub və yoxlamalar edir. Bu, heç də Mustafa Hacıbəylinin şəxsinə aid bir məsələ deyil - bu təhlükəsizlik məqsədi ilə edilir. Bundan “şou” düzəltmək isə aleksitimistlərin görəcəyi bir işdir.
Beləliklə, redikül müxalifət harda olmasından asılı olmayaraq ancaq mənfi notlara yüklənir - hətta şər-böhtan gücünə olsa belə. Mustafa Hacıbəyli kimi - uğurumuza, qürurumuza, qələbəmizə sevinə bilməyənlər kimi...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

