Azərbaycan Asiya Parlament Assambleyasına uğurla sədrlik edir
21.10.2025 [10:53]
Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Belə təşkilatlardan biri də Asiya Parlament Assambleyasıdır (APA). Asiya Parlament Assambleyası Asiya ölkələrinin qanunverici orqanlarını birləşdirən və regional əməkdaşlığı gücləndirməyi hədəfləyən parlament təşkilatıdır. Azərbaycanın bu qurumda aktiv iştirak etməsi ölkənin beynəlxalq parlament diplomatiyasına verdiyi töhfənin göstəricisidir.
Yeri gəlmişkən, Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfər edən Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının Koordinasiya görüşünə sədrlik edib.
Gələn il təşkilatın 20 illiyi qeyd olunacaq
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda çıxışı zamanı spiker Sahibə Qafarova bu görüşlərin qarşılıqlı maraq doğuran əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığın və koordinasiyanın genişləndirilməsində mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, əlaqələndirici görüşlər, xüsusilə belə həssas vaxtlarda vacib əhəmiyyət kəsb edən mühüm beynəlxalq məsələlərin müzakirəsi və fikir mübadiləsinin aparılmasında APA-nın əhəmiyyətli potensialından tam istifadə etmək üçün əla imkan yaradır. Gələn il Asiya Parlament Assambleyasının yaradılmasının 20-ci ildönümünün qeyd olunacağını söyləyən Milli Məclisin sədri ötən dövrdə assambleyanın artıq mühüm parlamentlərarası əməkdaşlıq, konstruktiv dialoq və həmrəylik platformasına çevrildiyini bildirib. Onun sözlərinə görə, bu qurum üzv ölkələrin parlamentlərini öz çətiri altında birləşdirir, onların səsini eşitdirir və ölkələrimizin ümumi məqsədlərə nail olmaq səylərinə parlament töhfəsini verir.
Azərbaycanın təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən bəri görülən işlər haqqında məlumat verən Sahibə Qafarova vurğulayıb ki, bu müddət ərzində assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi istiqamətində səylər göstərilib. Azərbaycan birgə işin daha da gücləndirilməsi - APA-nın institusional potensialının inkişafı, sıralarının genişləndirilməsi, mövcud orqanların səmərəliliyinin artırılması ilə bağlı bir sıra prioritetlər irəli sürüb. Sözügedən dövrdə təşkilatın sıraları genişlənib. Belə ki, Oman Sultanlığının Şura Məclisi APA-nın tamhüquqlu üzvü olub, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurası müşahidəçi statusu qazanıb, APA-da müşahidəçi statusu olan beynəlxalq təşkilatların da sayı artırılıb, Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasına müşahidəçi statusu verilib. Qeyd olunub ki, Azərbaycanın sədrliyi dövründə APA büdcəsinin formalaşdırılması qərarı ilə bağlı konsensus əldə olunub ki, bu da assambleyanın imkanlarının daha da gücləndirilməsi və artırılması üçün çox vacibdir.
Sədrlik Bəhreyn Krallığına keçir
Milli Məclisin sədri çıxışında, həmçinin deyib ki, dünyamızın üzləşdiyi problemlərin miqyası kollektiv tədbirlər və birgə səylər olmadan onların öhdəsindən gəlməyin qeyri-mümkün olduğunu göstərir. Qəzzada atəşkəslə bağlı əldə olunan razılaşma bunu bir daha nümayiş etdirdi. O, ümidvar olduğunu bildirib ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və Yaxın Şərq Sülh Sammitinin nəticələri regiona ədalətli və davamlı sülh gətirəcək.
Spiker Sahibə Qafarova xatırladıb ki, gələn il Bəhreyn Krallığı APA-ya sədrlik edəcək. O, inamını ifadə edib ki, Bəhreynin rəhbərliyi altında assambleya bütün Asiyada parlamentlərarası əməkdaşlığı gücləndirməyə davam edəcək və ümumi məqsədlərə uyğun olaraq qitəmizdə sülhün, həmrəyliyin və davamlı inkişafın təşviqinə töhfə verəcək.
Sonra iclas gündəlikdə duran məsələlərin müzakirəsi ilə davam edib.
Xatırladaq ki, hələ 2023-cü ilin sentyabrında ölkəmiz bu qurumun sədrliyinə namizədliyini irəli sürmüşdü. Həmin ilin noyabrında isə Türkiyənin Antalya şəhərində 20 dövlətin parlament nümayəndə heyətinin təmsil olunduğu Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclasında Azərbaycan APA-nın 2024-2025-ci illər üzrə sədri seçilib.
Ölkəmiz APA-nın hansı tədbirlərinə ev sahibliyi edib?
Ötən il 22-23 fevral tarixində Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilmişdi. “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri, habelə bir sıra beynəlxalq parlament təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.
Bu il fevralın 18-dən 20-dək isə Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının açılış mərasimi keçirilib. 35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra məsələlər müzakirə olunub. Bütün bunlar göstərir ki, APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.
Qeyd edək ki, İsveçrəyə səfəri zamanı olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyası çərçivəsində təşkilatın Baş katibi Martin Çunqonq ilə də görüşüb.
Görüşdə Milli Məclis ilə PAİ arasında mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər bundan əvvəlki görüşləri məmnunluqla xatırlayaraq, bu kimi təmasların təşkilat və ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.
Söhbət zamanı bu kimi tədbirlərin mühüm beynəlxalq məsələlərin müzakirəsi baxımından vacib və əlverişli platforma olduğu qeyd edilib, PAİ-nin təşkilata üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsindəki mühüm rolu vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti də təqdir olunaraq, Azərbaycan Milli Məclisinin sədrliyi ilə təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artması istiqamətində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32

