Cənubi Qafqazın ən böyük 2 sənaye şəhəri Azərbaycandadır
07.10.2013 [09:55]
Dövlət başçısının müvafiq fərmanları ilə texnoparkların yaradılması, bu texnoparklarda müasir istehsal sahələrinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının gücləndirilməsinə, rəqabətədavamlı və keyfiyyətli məhsulların istehsalına geniş imkanlar açıb
Azərbaycanda son dövrlərdə neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində əhəmiyyətli və ardıcıl layihələr həyata keçirilib. Qeyri-neft sektorunun ən mühüm sahələrindən biri isə şübhəsiz ki, sənayedir. Son illərdə Azərbaycanın artan iqtisadi göstəricilərində sənayenin xüsusi çəkisi var.
Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin son 5 ildə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə, maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb. Sənayenin strukturuna diqqət yetirdikdə, qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Statistik göstəricilərə görə, ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-avqust aylarında 22,5 milyard manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib, sənayenin qeyri-neft sahələrində 2,8 faizlik artım müşahidə olunub. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,8 faizi emal, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. 8 ay ərzində 29,1 milyon ton neft, 11,7 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompüter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım müşahidə olunub.
Bütövlükdə, ölkəmizdə aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına da ciddi təkan verib. Hazırda respublikanın müxtəlif bölgələrində, Sumqayıt, Gəncə, Bakı kimi iri şəhərlərində sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayıb, yeni iş yerləri açılıb. Təkcə 2012-ci ildə ölkədə 60-dan çox sənaye müəssisəsi istifadəyə verilib.
Cari ilin 6 ayı ərzində Bakı şəhərində “Gəmi təmiri və gəmiqayırma” istehsalat birliyi, Sumqayıt şəhərində “Gilan” tekstil parkı, Abşeron rayonunda “Milla” süd məhsulları və dondurma istehsalı zavodu, birdəfəlik plastik qablar və priforminqlər istehsalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, “Aspi Winery” üzüm emalı zavodu, Hacıqabul rayonunda “Seramik” plitələr zavodu və digər istehsal təyinatlı obyektlər istismara verilib. Həmçinin, 2013-cü ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 7031 milyon manat vəsaitin 3187,4 milyon manatından istifadə edilib.
Gələcəkdə sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən, yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcək. Həmçinin, Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır.
Yeri gəlmişkən, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biri sənaye mərkəzlərinin yaradılmasıdır ki, hazırda bu proses uğurla həyata keçirilir. Dövlət başçısının müvafiq fərmanları ilə texnoparkların yaradılması, bu texnoparklarda müasir istehsal sahələrinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının gücləndirilməsinə, rəqabətədavamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar açıb. Sumqayıt Kimya Sənaye parkının ərazisində ilk sərmayəçi olan “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu cür müasir istehsal müəssisələrinin istifadəyə verilməsi ölkə sənayesinin inkişafını daha da sürətləndirəcək. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verir. Bununla da son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurlarına, digər tərəfdən ölkədə iqtisadi inkişaf strategiyasının mühüm komponentlərinin daha keyfiyyətli və uğurlu icrasına təminat verir. Müəssisədə müxtəlif diametrli polad borular istehsal ediləcək. Layihəyə uyğun olaraq zavodda Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında ildə 100 min ton polad borular istehsal olunacaq. Burada hazırlanacaq polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunacaq. Zavodda məhsulun keyfiyyətini tam yoxlamaq üçün rentgen müayinəsi aparatı da quraşdırılıb. Zavodda istehsal olunacaq boruların diametri 400-2000 millimetr, qalınlığı 6-25 millimetr, uzunluğu isə tələbata uyğun olaraq 6-16 metr arasında dəyişəcək. Zavodda ildə 75 min ton müxtəlif diametrli polad borular, 60 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıq və 12 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen boruların istehsalı nəzərdə tutulub. Burada istehsal edilən polad və polietilen borular əsasən daxili bazarda olan tələbatın ödənilməsinə yönəldiləcək. Bu tələbat tam ödənildikdən sonra istehsal olunan boruların xaricə, o cümlədən, Rusiyaya, Qazaxıstana, Gürcüstana, Türkmənistana və digər ölkələrə ixrac edilməsi planlaşdırılır.
Eyni zamanda, Sumqayıt şəhərindəki sənaye zonası ərazisində ümumi sahəsi 168 hektar olan, zəruri infrastruktura və idarəetmə qurumlarına malik, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədilə tikiləcək Sumqayıt Kimya Sənaye parkı mühüm əhəmiyyət kəsb edir. Sənaye parkının əsas xüsusiyyətləri onun ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla yaradılması, sənaye zonalarının fəaliyyətini təmin edən müasir infrastrukturun formalaşdırılması, istehsalla elm və təhsil əlaqələrinin gücləndirilməsi, daha münbit investisiya mühitinin formalaşdırılması, qabaqcıl, müasir arxitekturaya və mühəndis həllərinə cavab verən bina və qurğuların tikilməsidir.
Sumqayıt Kimya Sənaye parkının ərazisi iki hissəyə bölünməklə inzibati-sosial və sənaye zonalarından ibarət olacaq. Parkın sənaye zonasının 43 alt sənaye ərazisində orta hesabla 35-40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada 7 minə qədər yeni daimi iş yerinin açılması gözlənilir. Sənaye zonası polimerlər, inşaat kimyası, avtomobil sənayesi kimyası, kənd təsərrüfatı kimyası, məişət kimyası və tibbi kimya alt sahələrinə bölünəcək. Sumqayıt Kimya Sənaye parkının investisiya cəlbediciliyinin artırılması məqsədi ilə parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eyni zamanda, parka gətirilən avadanlıq və texnologiyalar əlavə dəyər vergisindən azad olunub.
Həmçinin, dövlət başçısı oktyabrın 3-də Sumqayıta səfəri çərçivəsində “Sağlam qida” aqrar-sənaye kompleksinin açılışında iştirak edib. Bu iqtisadi qurum Sumqayıtın sənaye zonasında 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarət müasir aqrar-sənaye kompleksidir. Kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin, qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir.
Göründüyü kimi, Sumqayıt şəhəri respublikanın mühüm sənaye mərkəzlərindən biri kimi öz statusunu geri qaytarır. Təsadüfi deyil ki, oktyabrın 3-də 1 nömrəli Sumqayıt şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşü zamanı bildirib ki, Sumqayıt Bakıdan sonra Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir: “Çünki Cənubi Qafqazın ən böyük iki sənaye şəhəri Azərbaycan şəhərləridir. Sumqayıtın yeni sənaye mərkəzi kimi inkişafı artıq reallaşır. Bu barədə Mən hələ 10 il bundan əvvəl demişdim, 2004-cü ildə burada böyük elektrik stansiyasının açılışı zamanı demişdim ki, bu stansiyanın tikintisi Sumqayıtda sənayenin inkişafına təkan verəcəkdir və belə də oldu. Son illər ərzində Sumqayıtda onlarla zavod, fabrik açılmışdır. Onların hamısı dünya standartları səviyyəsindədir. Sumqayıt Texnoparkı bu gün dünya miqyasında seçilən bir texnoparkdır”.
Prezident İlham Əliyev həmçinin, vurğulayıb ki, Sumqayıt gələcəkdə Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindən biri, dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır, eyni zamanda, ekoloji cəhətdən tam təmiz, insanlar üçün rahat, yaşamaq, işləmək üçün rahat, gözəl, abad bir şəhər olmalıdır.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

