Sədərək gömrük-keçid məntəqəsi üçün yeni kompleks inşa olunacaq
09.10.2013 [14:30]
Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Sədərək gömrük-keçid məntəqəsində yeni kompleksin inşa olunması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, oktyabrın 8-də Ali Məclisin Sədri Vasif Talıbov Sədərək gömrük-keçid məntəqəsinə gəlib, yeni inşa olunacaq kompleksin layihəsinə baxıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Asəf Məmmədov məlumat verib ki, ərazidə Sədərək Gömrük İdarəsi üçün yeni inzibati bina və yük terminalı inşa olunacaq, X-Ray rentgen nəzarət-yoxlama kompleksi qurulacaq. İnzibati binada xidmətin təşkili üçün lazımi şərait yaradılacaq, qatarlara, avtonəqliyyat vasitələrinə və sərnişinlərə gömrük nəzarəti və rəsmiləşdirilmələri vahid mərkəzdən həyata keçiriləcək. Hazırda kompleksin tərkibinə daxil olan X-Ray rentgen nəzarət-yoxlama avadanlıqlarının qurulması üçün yeni bina inşa edilir. Binanın uzunluğu 36, eni 11, hündürlüyü isə 8,8 metr olacaq.
Bildirilib ki, quraşdırılan X-Ray rentgen nəzarət-yoxlama kompleksində iritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarəti həyata keçiriləcək. Ümumi çəkisi 27 ton olan qurğunun inşası üçün zəruri avadanlıqlar Fransadan alınaraq muxtar respublikaya gətirilib. Bu sistem vasitəsilə saatda 23 nəqliyyat vasitəsinə baxış keçirmək mümkündür. Bu avadanlıq yüklərin müayinəsində operativliyi və dəqiqliyi təmin edəcək. Bu da qaçaqmalçılığa, o cümlədən narkotik vasitələrin, silahların, partlayıcı maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyini xeyli artıracaq. Qurğu yük maşınlarının içərisində istənilən yerdə gizlədilmiş əşyaların təsvirini 1 mm dəqiqliklə görməyə, əşyanın tipini, habelə onların təhlükəlilik dərəcəsini müəyyən etməyə imkan verəcək.
Ali Məclisin Sədri muxtar respublikanın gömrük orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib, tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

