/ / İlk peşə ixtisaslı təhsil müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumları imzalanıb
İlk peşə ixtisaslı təhsil müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumları imzalanıb
26.10.2013 [12:29]
Oktyabrın 25-də Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə ixtisaslı təhsil müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov ilk peşə ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanmasının əhəmiyyətindən söhbət açıb. Memorandumların Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı sisteminin təkmilləşdirilməsinə və işəgötürən təşkilatlarla əlaqələrin uğurla davam etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
M.Cabbarov milli təhsilimizin inkişafında Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamının əhəmiyyətini xüsusilə vurğulayıb.
İlk peşə təhsilinin nüfuzunun yüksəldilməsi, yeniyetmələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsinin zəruriliyini bildirən nazir birgə proqramların hazırlanması, həyata keçirilməsi baxımından qarşıda duran vəzifələr barədə də məlumat verib.
Tədbirdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini diqqətə çatdırıb və əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının ölkəmizdə uğurla davam etdirildiyini bildirib. Dövlət başçımızın “neft kapitalını insan kapitalına çevirək” şüarını xatırladan R.Abdullayev bu sahədə respublikamızda həyata keçirilən layihələrdən danışıb, ilk peşə ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanmasında Təhsil Nazirliyi ilə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əminliyini söyləyib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov ölkəmizdə əhalinin iyirmi dörd saat içməli su ilə təmin etmək üçün hazırlanmış layihələrin uğurla davam etdirildiyini nəzərə çarpdırıb, peşə ixtisası üzrə mütəxəssislərin yetişdirilməsində Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Sonra Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə ixtisaslı təhsil müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumları imzalanıb.
Memorandumlar Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, işəgötürən təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini təmin etmək məqsədinə xidmət edir.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

