Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş nazir Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb

Baş nazir Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb

20.12.2025 [17:38]

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən göstərilən qarşılıqlı dəstək vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, humanitar, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Paylaş:
Baxılıb: 396 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30