TRIPP bütün regionda rifahı və təhlükəsizliyi artıracaq
16.01.2026 [10:58]
Məlum olduğu kimi, ABŞ Dövlət Departamenti “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icra çərçivəsinin qəbul edildiyini açıqlayıb. Qurumun açıqlamasında bildirilir ki, bu sənəd Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün 8 avqust 2025-ci ildə Ağ Evdə qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan son addımdır. Çərçivə Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsi yaratmaq məqsədi daşıyan TRIPP-in fəaliyyətə başlaması üçün konkret bir yol göstərir.
Sənəddə vurğulanır ki, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirən TRIPP Trans-Xəzər Ticarət Marşrutunda vacib bir əlaqə yaradır. “Prezident Trampın ev sahibliyi etdiyi 8 avqust 2025-ci il tarixində keçirilən tarixi Sülh Zirvəsində təsdiq edilmiş prinsipləri əks etdirən TRIPP icra çərçivəsi TRIPP-in ümumi uğuru üçün suverenliyin, ərazi bütövlüyünün və qarşılıqlılığın vacibliyini vurğulayır. TRIPP-in əsas məqsədi regional ticarət və əlaqələri genişləndirməklə, eləcə də Mərkəzi Asiya və Xəzər dənizini Avropa ilə birləşdirən yeni tranzit imkanları yaratmaqla Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini gücləndirmək, Amerika ticarətini daha da inkişaf etdirməkdir”.
ABŞ Dövlət katibi Marko Rubio çərçivə sənədinin qəbulundan sonra bəyanat verərək bildirib ki, sənəd beş ay əvvəl Azərbaycan, ABŞ, Ermənistan liderlərinin zaladığı tarixi sülh sammitinin qoyduğu öhdəliklərə əsaslanır.
“TRIPP Cənubi Qafqazın ticarət, tranzit və enerji axını sahəsindəki potensialını ortaya çıxaracaq və bütün regionda rifahı və təhlükəsizliyi artıracaq”.
XİN: Çərçivə sənədinin qəbulu TRIPP-in icrasına başlamaq üçün mühüm addımdır
Məsələyə münasibətini bildirən Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, TR?PP-in icrası üzrə çərçivə sənədinin qəbul edilməsi 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır. XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir: “Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir”.
Hakan Fidan: Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi həyata keçəcəyinə inanırıq
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan ilə Ermənistan arasında paraflanan sülh sazişinin imzalanaraq həyata keçirilməsini gözlədiklərini bildirib. Nazir Vaşinqtonda Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) fəaliyyətə başlaması üçün Ermənistanla əldə edilmiş razılıqları müsbət dəyərləndirərək Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi həyata keçəcəyinə inandığını xatırladıb: “Azərbaycanı Naxçıvana quru yolu ilə bağlayacaq bu dəhliz həm Orta Dəhliz, həm də Türkiyənin Türk dünyasına açılması baxımından olduqca mühümdür”.
H.Fidan sülh sazişinin tam təmin olunması üçün Ermənistanın həyata keçirməsi lazım olan öhdəliklərin qaldığını Nikol Paşinyanın bu istiqamətdə göstərdiyi müsbət iradəni dəstəklədiyini vurğulayıb.
TRIPP Cənubi Qafqaz üçün strateji yolun başlanğıcıdır
Gürcüstan Strateji Analiz Mərkəzinin regional proqramlar üzrə direktoru, politoloq Gela Vasadze bildirib ki, TRIPP layihəsi ayrıca bir nəqliyyat təşəbbüsü deyil, Cənubi Qafqaz ölkələri qarşısında dayanan daha genişmiqyaslı strateji vəzifənin tərkib hissəsidir. “Cənubi Qafqazın vahid geoiqtisadi, perspektivdə isə geosiyasi məkan kimi formalaşır. Bu məkan elə qurulmalıdır ki, region ölkələri qlobal müsbət çağırışlara cavab verə bilsin və eyni zamanda, mənfi ssenarilərin, yəni Cənubi Qafqaz dövlətlərinin dünya və regional güc mərkəzlərinin qarşıdurmasında “proksi” alətinə çevrilməsi cəhdlərinin qarşısını ala bilsin. Məhz TRIPP layihəsi bu baxımdan ilk və prinsipial addımdır”.
O qeyd edib ki, simvolik çəkisinə görə TRIPP bu gün Bakı-Tbilisi-Ceyhan layihəsi ilə müqayisə oluna bilər. Məhz BTC boru kəməri vaxtilə Gürcüstanın və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dayanıqlı inkişafında təməl rol oynamışdı. “TRIPP yalnız Qərbi Zəngəzurla Naxçıvan arasında nəqliyyat bağlantısı demək deyil. Bu layihənin icrası Ermənistanın Azərbaycan və Türkiyə ilə nəqliyyat kommunikasiyalarının açılması üçün əsas şərtdir. Qarşıda böyük işlər dayanır, lakin əsas məsələ prosesə başlanılmasıdır. İstənilən yol ilk addımla başlayır. Bu baxımdan TRIPP layihəsi Cənubi Qafqaz üçün strateji yolun başlanğıcıdır və bu yolu gedən mütləq nəticəyə çatacaq”.
Xəbər lenti
Hamısına baxHadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20

