Diqqət, “kirli” siyasi texnologiya!
28.01.2026 [18:44]
Əlbəttə ki, Əli Kərimlinin həbsi ətrafında təxribatçıların müxtəlif kirli oyunlar qurması ilə bağlı fərqli cəhdlərin olacağını ehtimal etmək çox da çətin iş deyildi. Bu cür qənaətə gəlmək üçün mürəkkəb təhlil və siyasi proqnozlara ehtiyac yoxdur. Hadisələrin gedişatı növbəti dəfə bizim üçün onu aşkar etdi ki, bu düşərgə və bu siyasətmenin ümumiyyətlə heç bir sosial bazası yoxdur. Müşahidə olunan mənzərə təkcə Ə.Kərimlinin yox, bütün düşərgənin siyasi fiaskosunun təzahürüdür.
Əslində, sözügedən həqiqəti radikal düşərgənin digər qanadında oturanlar çox gözəl anlayır və məhz bu səbəbdən də son günlərdə düşərgənin “bayraqtutanı” statusu uğrunda aparılan rəqabətin əlamətlərini də görürük. Odur ki, yaşananlar həmin düşərgənin ideoloji birliyi ilə bağlı olan mifi də darmadağın etmiş oldu. Məsuliyyətli vətəndaş bəzi hadisələr ilə əlaqədar şəxsi münasibətini formalaşdıran zaman emosional manipulyasiyalara uymamaq üçün bu cür siyasi həqiqətləri mütləq nəzərə almalıdır.

Mövcud kontekstdə “təxribatçı radikal düşərgə” ifadəsi təsadüfən seçilməyib. Çünki, onlar tərəfindən uzun illər ərzində sərgilənən mövqenin sağlam və peşəkar müxalifətçilik institutu ilə heç bir əlaqəsi yoxdur. Tam əksinə, yoluxucu radikal təfəkkürün mövcudluğu Azərbaycanda siyasi partiyaların işlək və demokratik institut kimi inkişafının qarşısını alırdı. Cəmi 5-6 il öncə siyasi partiyalar ilə əlaqədar cəmiyyətdə yaşanan neqativ stereotipləri unutmayaq. Partiyalara ictimai münasibətin dəyişdirilməsi və bu institutun ölkənin siyasi sistemində rolunun artması sözügedən istiqamətdə bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlamış islahatlardan sonrakı dövrə təsadüf olunur. Bu gün partiya sədrləri mətbuatdadır, müxtəlif hadisələr ilə bağlı münasibət bildirir, tədbirlər təşkil edir və dövlətin maraqlarını bütün müstəvilərdə qoruyurlar. Budur vətənpərvər, konstruktiv, peşəkar və demokratik yanaşma. Təşviq olunan siyasi dialoq mühiti də məhz bu cür prinsip və yanaşmanı tərənnüm edir.
Bu da bir həqiqətdir ki, Ə.Kərimli həbsdə olduğu müddət ərzində sözügedən faktdan müxtəlif təxribatlar həyata keçirtmək üçün hələ çox istifadə olunacaqdır. Ə.Kərimli və təmsil etdiyi düşərgənin ölkənin daxilində heç bir ciddi sosial baza olmadığı üçün onların tək ümidi kuratorları tərəfindən yazılmış ssenarilərə qalıb. Elə ona görə də təxribat xarakterli ssenariləri tərksilah etmək üçün artıq istifadə olunan və ya istifadə oluna biləcək kirli siyasi texnologiyalar zamanında ifşa olunmalıdır. Yalnız bu halda sıravi vətəndaşın kimlərinsə məkrli planlarında alət kimi istifadə olunmasının qarşısı alına bilər.

Konkret hadisə ilə bağlı cəmiyyətdə emosional dalğanın yaradılması üçün istifadə olunan ən populyar “kirli” siyasi texnologiya həbsdə olan siyasətçinin ailə üzvlərindən istifadə edilməsidir. Bir çox ölkələrin siyasi təcrübəsində analoji texnologiyadan dəfələrlə istifadə olunub. Sözügedən texnologiya cəmiyyətin diqqətini konkret cinayət faktından yayındırır və əhalinin düşüncələrini emosional müstəviyə sürükləməsinə xidmət edir. Əlbəttə ki, bunun nəticəsində həqiqət rahatlıqla təhrif olunur.
Bu dəfə də, yəni Ə.Kərimlinin həbsi ətrafında manipulyativ ssenariləri yazanlar sözügedən metodun potensiallarına müraciət ediblər. Belə ki, cəmiyyətin parçalanması kimi məkrli məqsədlərindən əl çəkməyən qüvvələrin dəstəyi ilə Ə.Kərimlinin həyat yoldaşının müsahibələri təşkil olunur və tirajlanır. Odur ki, diqqətli olmaq lazım, “kirli siyasi texnologiyalar” artıq hərəkətə gətirilib. Görünür seçkilər zamanı olduğu kimi, bu dəfə də manipulyasiyaların qarşısını almaq üçün istifadə olunacaq siyasi texnologiyaların ifşa olunmasına xidmət edən yazılara ehtiyac vardır.
Təfərrüatlara varmadan və oxucunu qəliz mülahizələr ilə yormadan sözügedən texnologiyanın (təşkil olunan müsahibənin) əsl təyinat və hədəflərini ifşa edək. Həbsdən demək olar ki, iki ay sonra bu cür müsahibələrin təşkili hadisənin emosional yenilənməsi və yeni informasiya dalğalarının yaradılmasına hesablanıb. Müsahibə vasitəsilə cəmiyyətə köhnə hadisələrin yeni siyasi interpretasiyaları təqdim olunur.
Beləliklə, sözügedən siyasi texnologiya imkan yaradır ki, konkret olaraq heç nə etmədən məsələ ilə bağlı yeni siyasi situasiya yaradılsın. Sözsüz ki, müsahibələrin təşkili süni şəkildə AXCP-nin də müəyyən mənada aktuallaşmasına xidmət edir. Müsahibə emosional manipulyasiyalar ilə yanaşı, həm də radikal müxalifət düşərgəsinin yeni simanın qazandırmasına hesablanıb.

Təşkil olunmuş bu müsahibələrdə səsləndirilmiş fikirlərə diqqət yetirsək burada daha böyük hiylələrin gizləndiyini görə bilərik. Aydın məsələdir ki, Azərbaycanın qlobal enerji bazarında iştirak payının artması və ABŞ ilə strateji əməkdaşlıq əlaqələrinin inkişafı kimlərisə ciddi şəkildə narahat edir. Ona görə də ölkəmizin beynəlxalq enerji bazardakı rolunu məhdudlaşdırmaq və ABŞ-ni Azərbaycandan uzaqlaşdırmaq üçün mənfur qüvvələr tərəfindən bütün fürsətlər dəyərləndiriləcəkdir. Bu mənada məqalədə öz əksini tapmış fikir vasitəsilə - “müxalifət sabah hakimiyyətə gəlsə, Azərbaycan Qərblə daha da yaxından əməkdaşlıq edəcək”, - müəyyən dairələrə açıq mesaj ötürülür.
Müsahibədə Kərimlinin həbsində dolayısilə hətta ABŞ-ni da günahlandıran müəllif sadəcə ona verilmiş konkret təlimatların icrası ilə məşğul olur. Əlbəttə ki, hədəfləri siyasi sabitliyin pozulması və cəmiyyətin parçalanması olan qüvvələrin strateji təyinatı konkret ölkədə protest elektoratının formalaşdırılmasıdır. Biz öz tariximizdə bu cür uğursuz cəhdləri dəfələrlə müşahidə etmişik. Ona görə də belə müsahibələrin təşkili eyni zamanda potensial protest elektoratının test olunması kimi də dəyərləndirilə bilər.
Bu cür təxribat xarakterli texnologiyaları mərd xalqımız nağıllardakı “Biri var imiş biri yox imiş” sözləri kimi çoxdan tanıyır. Tətbiq olunan “kirli” siyasi texnologiyaları ifşa edək, məsuliyyətli olaq və emosional manipulyasiyalara uymayaq ki, suverenliyimizin toxunulmazlığını əbədi olaraq qoruya bilək.
politoloq Asif Adil
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

