907-ci düzəlişin ləğvinin zəruriliyi...
29.01.2026 [10:55]
Donald Trampın yenidən hakimiyyətə qayıdışı son 1 ildə beynəlxalq münasibətlər sistemində çoxvektorlu dəyişikliklərin başlanğıcını qoyduğu kimi, Azərbaycan-ABŞ əlaqələrində də yeni mərhələnin əsasını formalaşdırıb. Ötən dövrdə Vaşinqtonun Bakıya yönələn mesajlarında, yüksək səviyyəli dialoqlarda və regional təşəbbüslərə münasibətində açıq şəkildə müşahidə olunan dönüş ABŞ administrasiyasının Azərbaycanın regionda yaratdığı sabitlik modelini və sülh təşəbbüslərini yüksək qiymətləndirdiyini göstərir. Xüsusilə 2020-ci ildə əldə edilən qələbədən sonra bölgədə formalaşan yeni geosiyasi nizam, Azərbaycanın diplomatik manevr imkanları və praqmatik, ardıcıl xarici siyasət kursu ölkəmizi qlobal siyasi xəritənin aparıcı aktorlarından birinə çevirib. Bu gün Azərbaycan nəinki Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının müəllifidir, həm də geniş Avrasiya məkanında enerji təhlükəsizliyi, nəqliyyat şəbəkələri, sülh prosesləri və əməkdaşlıq layihələrinin mərkəzində dayanan dövlət kimi çıxış edir.
ABŞ cəmiyyəti 907-ci düzəlişin ləğvini dəstəkləyir
Vurğulandığı kimi, ABŞ-ın Cənubi Qafqazda sülhün dəstəklənməsi, kommunikasiya xətlərinin açılmasına müsbət yanaşması, regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün göstərdiyi siyasi iradə Azərbaycan - ABŞ münasibətlərinin yeni inkişaf xəttini formalaşdırır. Bu dəyişikliklərin fonunda iki dövlət arasındakı münasibətlərə kölgə salan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğvi regiondakı real münasibətlər sistemini bir az da irəliyə daşıya bilər. Sirr deyil ki, günümüzün regional dinamikası tamam fərqli konturlara əsaslanır: Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin aparıcı iştirakçısı və Cənubi Qafqazda sülh gündəliyinin əsas aparıcı qüvvəsidir. ABŞ-ın da bu reallığı qəbul etməsi 907-ci düzəlişin aradan qaldırılmasını daha aktual edir. Qeyd edək ki, Amerika cəmiyyətinin bir çox aparıcı siyasət və fikir adamları da bu fikri dəstəkləyir. ABŞ-ın Saratoqa Fondunun prezidenti Qlen Hovard bildirib ki, 907-ci düzəliş Azərbaycan və ABŞ arasında münasibətlərin erkən dövrünün qalığıdır və nəinki hər il uzadılmalı, birdəfəlik aradan qaldırılmalıdır. O qeyd edib ki, sənəd artıq köhnəlib və istifadə müddətini bitirib. “Çünki Azərbaycanla Ermənistan arasında dinc münasibətlər inkişaf edir. İki ölkə arasında ticarət mövcuddur, Azərbaycan taxıl və enerji təchiz edir. Yəni münasibətlər sürətlə normallaşır. Ona görə də 907-ci düzəliş öz aktuallığını və ABŞ üçün əhəmiyyətini itirib. Deməli, onun aradan qaldırılmasının vaxtıdır”, - deyə ekspert əlavə edib.
Qeyd edək bu kimi təşəbbüslər artıq birinci deyil - ötən ilin avqustunda ABŞ-ın Hudson İnstitutunda səfərdə olan Azərbaycan parlamentinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və yəhudi icmasının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə dəyirmi masa keçirilmişdi. Dəyirmi masada həmçinin ABŞ beyin mərkəzlərinin təmsilçiləri də iştirak ediblər. Tədbirdə çıxış edən mərkəzin direktoru Mayk Doran Bakının prioritetlərinin ABŞ-ın maraqlarına uyğun olduğunu bildirmişdi. Doran demişdi ki, Azərbaycan həm də Mərkəzi Asiya dövlətləri üçün Avropaya açılan qapıdır. Azərbaycanın bu istiqamətdə rolu barədə daha çox danışılmalıdır. Çıxış edən natiqlər də ikitərəfli münasibətlərdə irəliləyiş əldə etmək üçün danışıqların aparılmasının zərurətindən, 907-ci düzəlişin tam olaraq ləğv olunmasından söhbət açmışdılar. Bundan başqa, Azərbaycanın region ölkələri, o cümlədən Türkiyə ilə müttəfiqlik əlaqələri, Mərkəzi Asiya ilə əlaqələrin inkişafında rolu, TRIPP layihəsi və regionun iqtisadi potensialının gücləndirilməsi üçün atılan addımlar, ABŞ-la münasibətlər istiqamətində müzakirələr aparılmışdı.
İkitərəfli münasibətlərdə “qara xətt”...
Qeyd edək ki, rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən sözügedən düzəliş ilk dəfə 1992-ci ildə senator Con Makkeyn tərəfindən təklif edilmişdi. Sonradan isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürüldü və erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edildi. 11 sentyabr 2001-ci ildə terror aktından sonra Konqres prezidentə düzəlişi ləğv etmək hüququ verən qanun qəbul etdi. Cozef Baydenin ABŞ prezidenti seçilməsinin ardından isə rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən bu düzəliş ləğv edilmədi.
Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən məhz ötən ilin avqustunda Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır, ABŞ-n Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünü özündə ifadə edir. 907-ci düzəlişin ləğvi Vaşinqtonun siyasi arsenalında qalan iradə baryerinin aradan qaldırılması deməkdir. ABŞ-ın bu addımı onu göstərir ki, Vaşinqton Azərbaycanla əməkdaşlıqda siyasi təzyiq alətlərini deyil, qarşılıqlı maraq və reallığa əsaslanan yanaşmanı seçir.
Düzəlişin ləğvi gündəmdədir...
Yeri gəlmişkən, artıq bu istiqamətdə bir sıra addımlar da atılıb. Ötəni ilin dekabrında ABŞ Konqresinə Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsi təqdim edilib - H.R.6534 saylı qanun layihəsi Azərbaycana yardım göstərilməsinə dair məhdudiyyətlərin ləğvini nəzərdə tutur. Qanun layihəsinin təşəbbüskarı Respublikaçılar Partiyasından Florida ştatını təmsil edən konqresmen Luna Anna Paulinadır.
Beləliklə, 907-ci düzəlişin ləğvi həm regional, həm də ikitərəfli siyasi dialoqun gücləndirilməsində, regionda əməkdaşlığın stimullaşdırılmasında və Cənubi Qafqazın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirməsində əsaslı rola malik ola bilər. Vurğulandığı kimi, bu addım həm tarixi ədalətsizliyi aradan qaldıracaq, həm də ABŞ-ın Cənubi Qafqazda yeni reallıqlara dəstəyini gücləndirəcək. Nəticə etibarilə, Bakı ilə Vaşinqton arasındakı münasibətlərin gücləndirilməsi, 907-ci düzəlişin ləğvi və regional əməkdaşlıq layihələrinin reallaşması Cənubi Qafqazın gələcək inkişaf xəttini müəyyənləşdirəcək əsas elementlərdəndir. Bu proses həm Azərbaycan, həm də ABŞ üçün qarşılıqlı fayda və strateji üstünlüklər yaradır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

