Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Prezidentinin Türkiyəyə səfərinə dünya mətbuatında böyük diqqət var

Azərbaycan Prezidentinin Türkiyəyə səfərinə dünya mətbuatında böyük diqqət var

15.11.2013 [09:29]

Məlum olduğu kimi, hazırda Azərbaycan-Türkiyə əməkdaşlığı təkcə iki ölkə səviyyəsində deyil, bütövlükdə regional və qlobal miqyasda xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri dünya mətbuatında, müxtəlif xarici KİV-lərdə geniş şəkildə işıqlandırılıb. Həmin məlumatlarda səfərin detallarından bəhs olunaraq iki ölkənin qarşılıqlı əlaqələri bundan sonra daha da genişləndirmək istəyində olduğu xüsusi vurğulanıb.
“euronews.com”: Türkiyə və Azərbaycan prezidentləri ticari-iqtisadi əlaqələri genişləndirmək niyyətindədirlər
Məsələn, Avropada ən nüfuzlu informasiya portalı olan “euronews.com” saytında “Türkiyə və Azərbaycan prezidentləri ticari-iqtisadi əlaqələri genişləndirmək niyyətindədirlər” başlıqlı yazıda qeyd olunub ki, Türkiyə Prezidenti Abdullah Gül ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması diqqət mərkəzində olub. Bildirilir ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edib.
Məlumatda dövlət başçılarının bəyanatlarına əsasən qeyd olunub ki, Azərbaycan və Türkiyə yaxın dost və müttəfiq ölkələrdir. Bildirilib ki, son illər siyasi, iqtisadi və energetika sahələrində iki ölkənin münasibətləri daha çox möhkəmlənib. Həmçinin, görüşdə prezidentlər iqtisadi-ticari əlaqələrin inkişafına da toxunublar. Bu məsələ Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasında da müzakirə olunub. O da vurğulanıb ki, iclasda çıxış edən Türkiyənin ticarət və gömrük naziri Hayati Yazıcı iki ölkə arasında ticarət dövriyyəsinin 2012-ci ildə 4,2 milyard dollar olduğunu və bu rəqəmin artmaqda davam etdiyini deyib.
Sayt iki ölkə rəhbərlərinin iqtisadi məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını da müzakirə etdiyini yazıb. Prezident İlham Əliyev problemin həlli istiqamətində yaxın vaxtlarda daha səmərəli addımların atılacağına ümidini ifadə edib.
O da qeyd olunub ki, prezidentlər Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə də maraqlanıblar. Dövlət başçılarına “T129” hücum helikopteri, Türkiyə istehsalı olan “HÜRKUŞ” təlim təyyarəsi və pilotsuz “ANKA” təyyarəsi nümayiş olunub.
“ria.ru”: Azərbaycan və Türkiyə rəhbərləri ikitərəfli əlaqələri müzakirə ediblər
Rusiyanın “RİA Novosti” agentliyi “Azərbaycan və Türkiyə rəhbərləri ikitərəfli əlaqələri müzakirə ediblər” başlığı altında təqdim etdiyi materialda Azərbaycan Prezidentinin “Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaqdır” fikrini önə çıxarıb. Yazıda Türkiyə Prezidenti Abdullah Gülün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verdiyi, Azərbaycanın milli məsələsinə Türkiyənin milli məsələsi kimi baxması əksini tapıb.
Yazıda bildirilib ki, tərəflər qaz, enerji və nəqliyyat sahələri ilə bağlı da müzakirələr aparıblar. A.Gülün sözlərinə əsasən, qarşılıqlı investisiya layihələri Türkiyə üçün çox vacibdir.
Sonda qeyd olunub ki, son altı ildə Türkiyə və Azərbaycan arasında prezidentlər səviyyəsində 7 rəsmi səfər baş tutub.
“newsgeorgia.ru”: Azərbaycan və Türkiyə birlikdə Türk dünyasına liderlik edəcəklər
Gürcü xəbər portalı olan “newsgeorgia.ru” da Azərbaycan Prezidentinin Türkiyəyə səfərinə geniş yer ayırıb. Portalın xəbərində bildirilib ki, Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilib. Tədbirdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda Azərbaycan ilə Türkiyə arasında viza rejiminin ləğvi məsələsi həllini tapacaq.
Həmçinin, Azərbaycan Prezidenti qeyd edib ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan iki ölkə yoxdur. Prezident İlham Əliyev Türkiyənin böyük və şərəfli yol keçdiyini, dünyanın aparıcı ölkələri sırasında yer aldığını vurğulayıb.
Məlumatda bildirilib ki, Azərbaycan Prezidenti XXI əsrin Türk dünyasının əsri olacağını və Türkiyə ilə Azərbaycanın bu prosesin aparıcıları olacağını bəyan edib.
Eyni zamanda, Dağlıq Qarabağ problemindən danışan Prezident İlham Əliyev bildirib ki, bu məsələdə Azərbaycan Türkiyənin dəstəyinə tam güvənir. Həmçinin, Azərbaycan Prezidenti xatırladıb ki, Azərbaycan və Türkiyənin birgə reallaşdıracağı layihələr Avropanın enerji xəritəsini dəyişdirəcək.
“shanghaidaily.com”: Türkiyə və Azərbaycan 7 saziş imzalayıblar
Çinin “shanghaidaily.com” xəbər agentliyinin dərc etdiyi “Türkiyə və Azərbaycan 7 saziş imzalayıblar” başlıqlı yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə keçirdiyi görüşlərdən bəhs olunur. Bildirilir ki, Türkiyə Prezidenti Abdullah Gül Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dəstəyini ifadə edib.
Saytın məlumatına əsasən, səfər çərçivəsində iki ölkə arasında ticarət, texnologiya, nəqliyyat və elm sahələri üzrə 7 saziş imzalanıb.
Məlumatda iki ölkənin enerji sahəsində əlaqələri genişləndirmək planlarına, xüsusən də Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinə diqqət yönəldilib. Qeyd olunub ki, kəmərin tikintisinin 2014-cü ildə başlanacağı və 2018-ci ildə istismara veriləcəyi gözlənilir.
Hülya

Paylaş:
Baxılıb: 968 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31