Siyasəti bazara çevirənlər
02.03.2026 [12:33]
Dünyada cərəyan edən bəzi proseslərə diqqət yetirən zaman görürük ki, “quru” faktların siyasətə, habelə vətəndaşların davranış və seçimlərinə təsiri ildən-ilə azalır. Müasir cəmiyyətlərdə dəyərlər sistemi və təhlil bacarığı getdikcə bəsitləşir. Əvəzində isə siyasi münasibətlər “əlvan” emosiyalar ilə sürətlə zənginləşir. Məsələyə fəlsəfi yanaşsaq, həmçinin konkret siyasi proseslərin əsl səbəb və mənbələrinin xüsusiyyətlərini nəzərə alsaq, aydın olur ki, ictimai münasibətlərin siyasi müstəvisi son dövrlərdə sanki “rəngli” emosiyaların topdan satışı ilə məşğul olan “bazara” çevrilib. Hələ antik dövrün mütəfəkkirləri belə öz yazılarında təsadüfi və qeyri-peşəkar insanların siyasət ilə məşğul olmasının dövlət və cəmiyyət üçün təhlükəli olduğunu qeyd edirdilər. Siyasətdə peşəkarlıq amili bütün dövrlərdə düşünən beyinlərin diqqət mərkəzində olub. Bu gün isə, həmin o təsadüfi siyasətçilərin sayəsində peşəkarlıq amili nəinki, təhrif olunub, ümumiyyətlə gündəlikdən çıxarılıb.
Antik dövrünün mütəfəkkirləri nahaq yerə “təsadüfi” siyasətçilərdən narahat olmadıqlarını XXI əsrdə daha aydın şəkildə görə bilirik. Qlobal tendensiyaların təsiri altında dövlətlərin qanunvericiliyində baş verən ifrat liberallıq, demokratik dəyərlərin qərəzli şəkildə təhrif olunması, siyasəti hamı üçün əlçatan edən internetin, ələlxüsus sosial şəbəkələrin sürətli inkişafı, həmçinin müasir cəmiyyətlərdə estetik zövqsüzlük qədər ucuz demaqogiyanın yayılması və digər bu kimi “müasir” amillər həqiqətən də siyasəti eybəcər hala salıb.
Siyasətə pənah gətirən demaqoqlar sanki bazarda piştaxtanın arxasında dayanan alverçi kimi ucadan qışqırmaqla sadəcə alıcının diqqətini çəkmək istəyirlər. Rəqəmsal texnologiyalar dövründə sosial şəbəkələr həmin şərti “bazarları” çox böyük uğurla əvəzləyib. Bu cür “bazarlarda” saxta məlumat və emosiya satan blogerlər əslində kirli siyasət ilə məşğul olanlardır. Populist demaqoqların sosial şəbəkədəki şəxsi səhifələri isə mahiyyət etibarı ilə köhnə bazarlardakı piştaxtaları əvəzləyib.
Bəli, mövzu kifayət qədər mürəkkəbdir, buna baxmayaraq, siyasi müstəvidə yaşanan müəyyən çətinlikləri ictimailəşdirmək zərurəti vardır. Siyasi proseslərin müasir “qəribəliklərinə” mütləq populyar şəkildə aydınlıq gətirilməlidir. Əks halda, sosial şəbəkələr sayəsində əhalinin ictimai-siyasi şüuru yalnız emosiyalar ilə “qidalanacaq”. Bu cür tendensiyalar isə situasiyanı qaçılmaz olaraq ictimai tənəzzülə qədər apara bilər. Dünyada müşahidə olunan estetik zövqsüzlük və humanitar cılızlaşma kimi tendensiyalar da zamanında məhz bu cür başlamışdı.
Siyasətdə yaşanan proseslərə istinadən etiraf edə bilərik ki, “emosiya” bəzi prosesləri yönəldən əsas amilə çevrilib. Fakt özü-özlüyündə “kütlə” üçün artıq cəlbedici deyil. Konkret hadisəni cəlbedici edən onun ətrafında dolaşan emosiyalardır. Bu emosiyalar da nə qədər “əlvan” olsa bir o qədər də hadisə ictimaiyyətin diqqət mərkəzində olacaqdır. Beləliklə, hadisəni maraqlı edən “faktlar” deyil, yaşanan emosiyalardır.
Əlbəttə ki, mövcud vəziyyət “peşəkarlığı” siyasətdən uzaqlaşdırır. Azərbaycanda isə bu cür tendensiyanın inkişafı üçün münbit şərait yaradan əlavə amil bizim şərq mentallığımızdır. Şəxsi həyatda və siyasətdə yaşanan hadisələrə emosional reaksiyanın verilməsi peşəkarlığa yer saxlamır, qərəzli mövqedən çıxış edən rəqib isə bundan çox böyük bacarıqla istifadə edir. Emosiya düşünməyi məhdudlaşdırır, bunun nəticəsində isə sahədən asılı olmayaraq istənilən davranışımız əsasən inersiya xarakterli olur. Rasional düşüncə emosiyaya uduzan kimi biz çox rahat şəkildə manipulyasiya oluna bilirik. Odur ki, siyasətdə “elm”, “strategiya”, “proqnoz” və “davranış modellərinin müəyyən olunması” kimi amillər arxa plana keçdikcə, sözügedən sahə piştaxtaların arxasında dayanan alverçi siyasətçilərinin emosional manipulyasiyalarına məruz qalacaqdır. Məhz bu cür tendensiyaların inkişafı nəticəsində ucuz populizm və demaqogiya artıq bizlərə siyasi oratorluq kimi təqdim olunur.
İnternet məkanında qalmaqal vasitəsilə tirajlanan əlvan emosiyalar əslində əhalinin ictimai təfəkküründə baş verən bu və ya digər konkret hadisə ilə bağlı sifarişli və qərəzli sosial-siyasi stereotip formalaşdırılır. Sözügedən sosial-psixoloji mexanizm elə çalışır ki, sosial şəbəkə sayəsində vətəndaşın düşünməyinə ehtiyac qalmır. Hazır stereotip və düşünmə modelləri vətəndaşın ictimai təfəkkürünə emosiya və cəlbedici ucuz demaqogiya vasitəsilə sözün hərfi mənasında yeridilir. Daha sonra həmin vətəndaş dövlətə qarşı yönəlmiş qərəzli manipulyasiya və təzyiq alətinə çevrilir.
Beynəlxalq təcrübəni nəzərə alaraq, qeyd etməliyik ki, bu cür “kirli” manipulyasiyalar əsasən tərəf müqabilinin emosional cavab verməsinə hesablanır. Belə ki, konkret bir hadisənin siyasətdə emosional qavranılması nəticəsində siyasətçidə cavab vermək zərurəti kimi yanlış təsəvvürlər formalaşır. Emosional reaksiya verilən kimi, təxribatçı öz məqsədinə çatmış olur, çünki bununla da qalmaqal legitimləşdirilir və təxribatçı rəsmi olaraq tərəf müqabilinə çevrilir. Təsadüfi deyil ki, şərq ədəbiyyat və folklorunda “bazar” adətən qalmaqal və fırıldaq məkanı kimi tanınır. Bəli, peşəkarlıq və sosial məsuliyyəti hər kəsdən tələb etmək mümkün deyil, xüsusilə də qərəzli mövqedən çıxış edən təxribatçıdan, elə məhz buna görə də bu cür sadə siyasi həqiqətləri bilməliyik ki, sosial şəbəkələrin istifadəçisi olan sadə vətəndaş manipulyatorların “kirli” oyunlarında alətə çevrilməsin.
politoloq Asif Adil
Xəbər lenti
Hamısına baxİdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21

